Problemli kreditlərin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib

posted in: Xəbər | 0

elektronProblemli kreditlərin hesablanması üçün elektron kalkulyator istifadəyə verilib.


“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının icrasında şəffaflığın təmin edilməsi məqsədilə əsas kredit borclarının devalvasiya nəticəsində manatla artmış hissəsi üzrə nəzərdə tutulan güzəşt məbləğinin vətəndaşlar tərəfindən hesablanması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində elektron kalkulyator istifadəyə verilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, palatanın rəsmi internet səhifəsinə (www.fimsa.az) giriş edən hər bir vətəndaş “Ana səhifə”də əks olunan “PK – Problemli kreditlərin həllinə dair məlumat” bölməsində yerləşdirilmiş “Kalkulyator”a (https://pk.fimsa.az/az) daxil olaraq müvafiq hissələrə lazım olan məlumatı daxil etməklə əldə edəcəyi güzəşt məbləğini sərbəst şəkildə hesablaya bilər. Kalkulyator “21.02.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” və “21.12.2015 tarixinə qalıq məbləğ (ABŞ dolları ilə)” adlı iki boş xanadan ibarətdir ki, bu xanalar birinci və ikinci devalvasiya tarixini əks etdirir.

Vətəndaş müvafiq olaraq hər bir devalvasiya zamanı mövcud olan əsas kredit borcunu uyğun xanalara daxil etdiyi zaman üçüncü xanada avtomatik olaraq həmin şəxsin əldə edəcəyi güzəşt məbləği əks olunur. Misal üçün, əgər birinci devalvasiya zamanı vətəndaşın banka 5500 ABŞ dolları məbləğində, ikinci devalvasiya zamanı isə 3000 ABŞ dolları məbləğində əsas kredit borcu qalıbsa, qeyd olunan məbləğləri uyğun xanalara daxil etmək lazımdır. Yalnız bir devalvasiya nəticəsində zərər görən vətəndaşlar həmin devalvasiya zamanı malik olduqları əsas kredit borcunu daxil edərək digər xananı boş saxlayırlar. Qeyd edək ki, digər xarici valyutada olan kreditlərin qalıq məbləği Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarixlərə olan rəsmi məzənnəsinə uyğun olaraq ABŞ dollarına konvertasiya olunaraq göstərilir.

Mövzu ilə bağlı sual yarandıqda və ya əlavə məlumata ehtiyac olduqda vətəndaşlar palatanın “966 Çağrı mərkəzi”nə, sosial şəbəkə səhifələrinə, həmçinin saytın “Əlaqə” alt-bölməsində qeyd olunan əlaqə vasitələrindən istifadə edə və ya elektron qaydada müraciət ünvanlaya bilərlər.
Mənbə: azertag.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Roma imperiyasında vergi sistemi (1-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

vergiRoma imperiyasında vergi sistemi (1-ci hissə)

1-ci hissə

E.ə III əsrin əvvəlində yaşamış Roma tarixçisi Kassiy Dion Kokkean vergiləri bu şəkildə əsaslandırmışdı: “Ordunun saxlanılması üçün və digər dövlət xərclərinin ödənilməsi üçün zəruri olan vəsaitləri hardan əldə etməli? Bunu sizə izah edəcəyəm, amma, öncə qeyd etmək istərdim ki, hətta bizdə demokratiya olsaydı belə, bütün hallarda dövlət büdcəsindən ötrü yenə də pul lazım gələcəkdi.

Zira əsgərsiz dövlət mövcud ola bilməzdi, pul məsrəfləri olmadan isə biz ordu saxlaya bilməzdik. Beləliklə, vergilər heç də monarxiyanın fərqləndirici cizgiləri deyil, istənilən hakimiyyət forması vergilərin tutulmasını tələb edir. Biz sahibinə gəlir gətirən istənilən mülkiyyəti vergi yığımına cəlb etməliyik və bundan ötrü imperiyanın hər yerində vergiləri toplayacağıq. Axı, heç bir şəxs və heç bir yerin vergilərdən kənar qalmayacağı tamamilə ədalətlidir, nəticədə onların özləri də başqaları kimi vergi yığımı vasitəsilə dövlətin hər kəsə verdiyi faydalardan istifadə edirlər… ”

Romanın kiçik şəhər-dövlət olduğu zamanlarda onun ictimai xərcləri elə də böyük deyildi, seçilən magistratlar öz vəzifələrini qarşılığını almadan yerinə yetirirdilər. Tributum – hərbi məqsədlər üçün vergi isə qələbə qazanıldığı halda qənimət şəklində geri qaytarılırdı. Bu pul şəklində alınan müxtəlif növlü torpaq vergisi idi.

Vergi məbləğinin müəyyən olunması senz (census) adlanırdı və beş ildən bir seçilən xüsusi yüksək rütbəli məmurlar vasitəsilə həyata keçirilirdi. Onlar həm də vətəndaşlar və hərbi mükəlləfiyyətlilərin siyahısını hazırlayırdılar. Senzorlar adamları əmlak statuslarına görə siniflərə ayırırdılar.

E.ə 250-ci ildə bütün Orta İtaliya özünün çoxsaylı şəhərləri ilə Romaya məxsus idi. Bu isə Roma vergi sisteminin mürəkkəbləşməsinə gətirib çıxardı. Şəhər xəzinəsinə torpaq icarəsindən, rüsum və şəhərlilərdən tutulan digər kommunal vergi gəlirləri daxil olurdu. Bu vergilər və mükəlləfiyyətlər “numera” adlanırdı. Vergilərin təyinatı Romada olduğu kimi hər beş ildən bir müəyyən edilirdi. Bundan əlavə, sakinlər “tributum” adlandırılan dövlət vergisini ödəməyə də cəlb olunurdular.

E.ə. 168-ci ildə üçüncü makedoniya müharibəsi başa çatdıqdan sonra Roma bahalı qınimətlər əldə etdi və “tributum” uzun müddət üçün ləğv edildi.

Asılı dövlətlər və yeni ələ keçirilən əyalətlərdən daxil olan gəlirlər cari xərcləri tam şəkildə ödəyirdi. Bu səbəbdən Roma vətəndaşları torpaq vergisindən tamamilə azad edilmişdilər.

Roma tərəfindən işğal edilmiş dövlətlərdə, onun əyalətlərinə çevrilmiş yerlərdə orada hökm sürən vergi sistemi qorunub saxlanılmışdı, fərq onda idi ki, indi vergilər Roma xəzinəsinə daxil olurdu.  Yox, əgər əyalətə Roma qanunları şamil olunurdusa, belədə onun sakinləri roma vətəndaşlığı alır və torpaq vergisindən azad olunurdular.

Romanın inkişafının erkən çağlarında həmahəng inzibati sistem yox idi, əyalətlərdə dövlət maliyyə orqanları mövcud deyildi. Ona görə də vergi yığımına otkupçuları (publicani) cəlb edirdilər, bu isə korrupsiya və vəzifədən sui-istifadə hallarına gətirib çıxarırdı.

Daha sonralar, e.ə. I əsrdə imperator Oktavian Avqustun dövründə, əyalətlərdə vergi məbləğlərini müəyyən edən və onun toplanılmasına nəzarət edən maliyyə idarələri şəklində xəzinə filialları yaradıldı.

Əyalətlərin vergi imkanlarını dəyərləndirmək, vergi yükünü daha ədalətli bölüşdürülməsini və vergi yığımından daxil olmaların yüksədilməsi üçün əyalət senzləri müəyyən olunurdu. Bundan ötrü əyalətlərin xəritəsi tərtib olunur, şəhərlər, yollar, çaylar və torpaq sahələrinin yerləri dəqiqləşdirilirdi.

Həmçinin bax: Dünya ölkələrində vergi rejimi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Fiziki şəxsin fəaliyyətinin online dayandırılması

posted in: Vergi, Xəbər | 0

Xidmətin adı: Fiziki şəxsin fəaliyyətinin online dayandırılması.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3, 24.0.2 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Fiziki şəxsin fəaliyyətinin online dayandırılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin dayandırılması haqqında bildiriş (e-qutuya göndərilir) 

VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)

Elektronlaşdırma səviyyəsi:

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb.

VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Gömrük ekspertizasının aparılması qaydalarına dəyişiklik edilib

posted in: Xəbər | 0

Bakı şəhəri, 1 mart 2019-cu il / Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı ilə təsdiq edilmiş Gömrük ekspertizasının aparılması Qaydalarında dəyişiklik edilməsi barədə

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1294-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 noyabr tarixli 743 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 232 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 1030; 2015, № 5, maddə 630) ilə təsdiq edilmiş “ Gömrük ekspertizasının aparılması Qaydaları”nın 5.8-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“5.8. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.”.

Azərbaycan Respublikasının
Baş naziri                                    Novruz Məmmədov

Mənbə: cabmin.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.