Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması

posted in: Xəbər | 0

elektron satınalmaXidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması.

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza (VN-nin Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirildikdə Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza)

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3, 24.0.2 və 24.0.6-cı maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.09.2016-cı il tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “ Hüquqi şəxsin fəaliyyətinin online dayandırılması” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az), VN-nin Çağrı Mərkəzi (195-1)

Müraciəti emal edən struktur vahidi: 

VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: 

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla) VN-nin Çağrı Mərkəzi vasitəsilə – 5-7 dəqiqə

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

İnternet Vergi İdarəsi Portalı vasitəsilə – fəaliyyətin dayandırılması haqqında bildiriş (e-qutuya göndərilir)

VN-nin Çağrı Mərkəzi vasitəsilə – SMS (mobil telefona göndərilir), əməliyyat tarixçəsi (e-qutuya göndərilir)

Elektronlaşdırma səviyyəsi: 

İnternet Vergi İdarəsi Portalı vasitəsilə -tam elektronlaşıb

VN-nin Çağrı Mərkəzi vasitəsilə – qismən elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mal göndərənlərin nümayəndələri üçün ödənilmiş mehmanxana və yemək xərcləri gəlirdən çıxılır?

posted in: Vergi, Xəbər | 0

Mal göndərənlərin nümayəndələri üçün ödənilmiş mehmanxana və yemək xərcləri gəlirdən çıxılır?


Sual: Firma malların xaricdən alınıb gətirilməsi ilə məşğul olur. Bəzən olur ki, mal göndərənlərin nümayəndələri malların satışının təşkili və müəyyən məlumatların təqdim edilməsi ilə bağlı dəvət olunur və onların otel xərcləri, restoranlarda yemək xərcləri firma tərəfindən qarşılanır. Bu xərclərin gəlirdən çıxılmasına yol verilirmi? Əgər verilirsə hansı formada olmalıdır? Bəzi restoranlar elektron qaimə göndərə bilmədiklərini söyləyirlər və ödəməni nağd şəkildə tələb edirlər.

Cavab: Bildiririk ki, sahibkarlıq fəaliyyəti əyləncə və ya sosial xarakteri daşıyan vergi ödəyicisinin bu cür fəaliyyət çərçivəsində çəkilən əyləncə və sosial xərcləri istisna olmaqla əyləncə və yemək xərclərinin (Nazirlər Kabinetinin 04.06.2007-ci il tarixli 89 nömrəli qərarı müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

Qeyd edilənlərə əsasən mal göndərənlərin nümayəndələri üçün ödənilmiş mehmanxana və yemək xərcləri-nin gəlirdən çıxılmasına yol verilmir.

Bax: Vergi Məcəlləsinin 108-ci, 109.3-cü və 109.4-cü maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Qoç Ət MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib Vakansiya Vakansiya: Mühasib

İşəgötürən: “Qoç Ət” MMC

  • Şəhər: Bakı
  • Yaş: 25 – 55 yaş
  • İş təcrübəsi: 5 ildən artıq təcrübə
  • Əlaqədar şəxs: Elvin Qurbanov
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: Bazar ertəsi – cümə, 09:30-dan 18:30-dək, şənbə günü isə 10:00-dan 16:00-dək
– Bazar günü istirahət günüdür
– Nahar şirkət tərəfindən qarşılanır

Namizədə tələblər

– Cinsi Kişi / Qadın
– Yaş həddi 25-50
– Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir
-Vergi Məcəlləsinə edilmiş son dəyişiklikləri bilməli
Müvafiq sahə üzrə ali təhsilli olması arzu olunandır
– e-gov.az, e-taxes.gov.az, digər portallardan istifadə etmək bacarığı
– 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək bacarığı olana üstünlük veriləcəkdir. (İstehsal və satış və s.)
– Mühasibat sahəsində ən az 5 il iş təcrübəsi
– Əmək qanunvericilyi üzrə məlumatlı olmalı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  /  elektron ünvanına göndərə bilərlər.

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Türkmənistanda təhsil sistemində mühasiblər işdən çıxarıldı

posted in: muhasibat, Xəbər | 0

Türkmənistanda təhsil sistemində mühasiblər işdən çıxarıldı.

Bu uşaq bağçalarında ödənişlərin artmasına gətirib çıxardı.

Türkmənistanda Aşqabad şəhər təhsil idarəsi sistemindən mühasiblərin işdən çıxarılması, uşaq bağçaları üçün ödənişlərin artımına gətirib çıxarıb, bu haqda Xronika Turkmenistana saytı məlumat verib. Bundan sonra valideynlər ödənişləri bank vasitəsilə həyata keçirməlidirlər. ANT saytının verdiyi məlumata görə, bu səbəbdən uşaqlar üçün bağçalara ödənilən məbləğ yüksəlib: adamlar ayda 80 türkmən manatı əvəzinə indi 86,9 manat ödəyirlər ki, bunun 5 manatı bankın komisiyası kimi, 1,9 manatı isə bu zaman verilən qəbzə görə tutulur. Həmin qəbzi isə valideynlər məktəbəqədər uşaq müəssisələrinə təhvil verməlidirlər.

Həmçinin qeyd etmək lazımdır ki, aylıq ödənişlərin yüksəlməsi ilə yanaşı valideynlər üçün daha bir problem də özünü qabarıq nümayiş etdirməyə başlayıb. Belə ki, onlar ayda bir dəfə iş vaxtı ödənişləri etmək üçün banklarda növbə gözləməli olacaqlar. Bundan əvvəl isə uşaq bağçalarına görə ödənişləri valideynlərdən məktəbəqədər uşaq müəssisənin əməkdaşlarından biri toplayırdı və şəhər təhsil idarəsinin mühasibatlığına çatdırırdı, orada isə Təhsil nazirliyi üçün aylıq maliyyə hesabatı tərtib olunurdu.

Şöbələrdə xərclərin optimallaşdırılması çərçivəsində uşaq bağçalarına ödənişlər üzrə daxil olan vəsaitlərin uçotu və nəzarəti ilə məşğul olan 28 əməkdaş işdən çıxarılıb. Türkmənistanda həmçinin elmlər Akademiyası institutlarında aparılan islahatlar nəticəsində əməkdaşların üçdə bir hissəsini də işdən çıxaracaqlar. Tikinti nazirliyindən isə artıq yüzlərlə əməkdaş ixtisara salınıb.   


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.