Hüquqi şəxslərin də problemli kreditlərinin həlli ilə bağlı proqram hazırlanır

posted in: Xəbər | 0

Problemli kredit vakansiya“Azərbaycan dövləti fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər görür, lakin bu gün bankların hüquqi şəxslərlə bağlı çətinlikləri də var”.

Bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

Bəzi şirkətlər banklara olan borclarını vaxtında qaytarmırlar, ödənişlərdə çətinlik çəkirlər. Bu da istər-istəməz bankların fəaliyyətinə mənfi təsir göstərir. Dövlət qurumları bununla bağlı da işləyir. Prezidentin tapşırığı var. Bank sektorunun sağlamlaşdırılması ilə bağlı növbəti proqram hazırlanır, onun maliyyə tutumu müəyyən edilir, yəqin ki, yaxın zamanlarda bu proqram təqdim ediləcək”, – deyə nazir qeyd edib.


Problemli Kreditlərlə bağlı Qanunun misallarla izahı

Bununla yanaşı, S.Şərifov banklara verilən dəstəyə baxmayaraq, onların verdikləri kreditlərin faizlərinin hələ də yüksək olduğunu qeyd edib:

Kredit faizlərinin inflyasiya səviyyəsindən 5-6 dəfə yüksək olması əsaslı deyil. Amma bankların da ola bilsin ki, arqumentləri var və biz onları eşitməliyik”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması

posted in: Xəbər | 0

NKAHüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması


Xidmətin adı: Hüquqi şəxsin fəaliyyətinin müvəqqəti  dayandırılması

Tələb olunanlar: – “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 16.3-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

– Vergilər nazirinin 31.01.2013-cü il tarixli 1317040100078200 nömrəli əmri ilə təsdiq edilmiş “Fəaliyyətini dayandırmış vergi ödəyiciləri üzrə nəzarətin gücləndirilməsi Qaydaları”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri, ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergiödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Müraciəti emal edən struktur vahidi: 

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri, Şuşa və Zəngilan RVŞ-nin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: 

– Hüquqi şəxsin fəaliyyətinin  dayandırılması haqqında bildiriş (e-qutuya  göndərilir)

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az

Bax: NKA-nın qeydiyyat məlumatlarının dəyişdirilməsi (məlumat dəyişikliyi EMQ və ENL ilə əlaqədar olduqda)

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Problemli Kreditlərlə bağlı Fərmanın misallarla izahı

posted in: Xəbər | 1

problemli kreditlərProblemli Kreditlər ilə bağlı Fərmanın misallarla izahı


28.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə verilmiş yeni fərman fiziki şəxslərin xarici valyutada olan kreditləri ilə bağlı üzləşdikləri maliyyə itkisini də aradan qaldırmış olacaq. (Problemli kreditlərin həllinə dair fərman imzalanıb)

Verilmiş bu fərman həmçinin əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin prioritetlərindən olmasına daha bir bariz sübutdur.

Fərmandan irəli gələrək aşağıdakıları qeyd edə bilərik:

  1. Fiziki şəxslərin 10 min USD məbləğədək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 28.02.2019-cu ildə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq qiymətləndirilərək (1 USD-1.7 AZN) dövlət büdcəsinin hesabına ödəniləcək.

1.1. 21.02.2015-ci ilədək olan əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.25 AZN (yəni 0.15 USD) hissə dövlət büdcəsinin hesabına ödəniləcək.

Misal: Şəxsin 1-ci devalasiyayadək 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 78 manat edirdisə, 1-ci devalvasiya nəticəsində 105 manata çatdı və nəticədə kredit borcu 27 manat artdı. Bu fərmanla həmin 27 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.25 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.25 AZN=25 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 27 manat artmış hissəsindən 25 manatı dövlət büdcəsi hesabına ödəniləcək.

1.2. 22.02.2015-ci ildən 21.12.2015-ci ilədək bağlanmış müqavilələrə şamil edilən şərtə görə isə əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.6 AZN (yəni 0.35 USD) hissə dövlət büdcəsi hesabına ödəniləcək.

Misal: Şəxs 1-ci devalvasiyadan sonra, lakin 2-ci devalasiyayadək kredit müqaviləsi bağlayır və onun bu müqavilə üzrə 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 105 manat edirdisə, 2-ci devalvasiya nəticəsində 155 manata çatdı və nəticədə kredit borcu 50 manat artdı. Bu fərmanla həmin 50 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.6 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.6 AZN=60 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 50 manat artmış hissəsindən 60 manatı dövlət büdcəsi hesabına ödəniləcək.

1.3. 21.02.15-ci il və 21.12.15-ci il tarixlərinədək xarici valyutada kredit borcu olanlarla bağlı isə 21.02.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə 0.25 AZN, 21.12.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə isə 0.60 AZN dövlət büdcəsi hesabına ödəniləcək.

  1. Yeni fərmana əsasən səlahiyyətli qurumlar tərəfindən həm əsas kreditin manatla artmış hissəsinin hesablanma mexanizmi, həm də həmin kreditlərin əsas məbləğilə bağlı hesablanmış faiz və dəbbə puluna ediləcək güzəştlərin mexanizmi müəyyən ediləcək.
  2. Fərmana əsasən həmin kreditlərlə əlaqədar fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min USD-nin manat ekvivalentindən çox olmayacaq.
  3. Banklar 1 ay müddətində xarici valyutada 10 min USD, milli valyutada isə 17 min AZN vaxtı keçmiş borcu olanlarla bağlı

4.1. yeni güzəştli kredit müqaviləsi bağlanmanı təklif etməli (yəni illik faiz dərəcəsi 1% olan müqavilə)

4.2. məhkəmədə olan işləri geri çağırmalı (yəni baxılan işlərdən imtina etməli və icra sənədləri üzrə icraata xitam üçün tədbir görməli)

4.3. bu kreditlərə hesablanmış faizləri silməli (yəni faiz və dəbbə pulunu) və bununla bağlı digər borc yükünü yüngülləşdirən tədbirlər görməli olacaq.

Fərman bank və bank olmayan kredit təşkilatlarında borcu olanlarla bağlı tətbiq ediləcək.

Banklar bu fərmana əsasən 2012-ci il 01 yanvardan 28.02.2019-cu ilədək xarici valyutada 10 min USD, milli valyutada 17 min AZN kredit borclarının qalıq məbləği olanlar və 01.01.2012-28.02.2019-cu il tarixləri dövründə bağlanmış kredit müqavilələri üzrə əsas məbləği ilə faiz borcunu 360 gündən artıq gecikdirənlərlə bağlı güzəştlər tətbiq etməli olacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

Vergi yoxlamaları məbləğ təsərrüfat2019-cu ilin mart ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr, ödənilməli vergilər və sığorta haqqları barədə YADDAŞ

2019-cu ilin fevral ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin mart ayının 27-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2019-cu ilin fevral ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş verginin ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 1-ci rübü üzrə bəyannaməni 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2019-cu ilin fevral ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin mart ayının 27-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 1-ci rübü üzrə bəyannamə car ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin fevral ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin mart ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

2018-ci ilin yekunlarına görə

  • hüquqi şəxslər tərəfindən Mənfəət və Əmlak vergisinin bəyannaməsi,
  • fiziki şəxslər tərəfindən Gəlir vergisinin bəyannaməsi
2019-cu ilin aprel ayının 1-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

Qeyd:

–  20.03.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 27.03.2019-cu il tarixə

–  20.04.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 22.04.2019-cu il tarixə

– 31.03.2019-cu tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixlərdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin və hesablanmış vergilərin ödənilməsinin son müddəti 01.04.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.