Problemli Kreditlərlə bağlı Fərmanın misallarla izahı

posted in: Xəbər | 1
birbank biznes

problemli kreditlərProblemli Kreditlər ilə bağlı Fərmanın misallarla izahı


28.02.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə verilmiş yeni fərman fiziki şəxslərin xarici valyutada olan kreditləri ilə bağlı üzləşdikləri maliyyə itkisini də aradan qaldırmış olacaq. (Problemli kreditlərin həllinə dair fərman imzalanıb)

Verilmiş bu fərman həmçinin əhalinin layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin prioritetlərindən olmasına daha bir bariz sübutdur.

Fərmandan irəli gələrək aşağıdakıları qeyd edə bilərik:

  1. Fiziki şəxslərin 10 min USD məbləğədək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi 28.02.2019-cu ildə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq qiymətləndirilərək (1 USD-1.7 AZN) dövlət büdcəsinin hesabına ödəniləcək.

1.1. 21.02.2015-ci ilədək olan əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.25 AZN (yəni 0.15 USD) hissə dövlət büdcəsinin hesabına ödəniləcək.

Misal: Şəxsin 1-ci devalasiyayadək 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 78 manat edirdisə, 1-ci devalvasiya nəticəsində 105 manata çatdı və nəticədə kredit borcu 27 manat artdı. Bu fərmanla həmin 27 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.25 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.25 AZN=25 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 27 manat artmış hissəsindən 25 manatı dövlət büdcəsi hesabına ödəniləcək.

1.2. 22.02.2015-ci ildən 21.12.2015-ci ilədək bağlanmış müqavilələrə şamil edilən şərtə görə isə əsas kredit borcu olanlarla bağlı 1 USD məbləğə 0.6 AZN (yəni 0.35 USD) hissə dövlət büdcəsi hesabına ödəniləcək.

Misal: Şəxs 1-ci devalvasiyadan sonra, lakin 2-ci devalasiyayadək kredit müqaviləsi bağlayır və onun bu müqavilə üzrə 100 USD məbləğində əsas krediti üzrə borcu olub. Bu köhnə məzənnə ilə 105 manat edirdisə, 2-ci devalvasiya nəticəsində 155 manata çatdı və nəticədə kredit borcu 50 manat artdı. Bu fərmanla həmin 50 manat artmış hissə 100 USD üzrə yarandığı üçün 28.02.2019-cu il tarixdən artıq hər 1 USD-yə görə 0.6 manat dövlət büdcəsi hesabına ödənilmiş olacaq. Daha dəqiq desək 100*0.6 AZN=60 AZN. Nəticədə şəxsin əsas kredit borcunun 50 manat artmış hissəsindən 60 manatı dövlət büdcəsi hesabına ödəniləcək.

1.3. 21.02.15-ci il və 21.12.15-ci il tarixlərinədək xarici valyutada kredit borcu olanlarla bağlı isə 21.02.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə 0.25 AZN, 21.12.15-ci ilədək olan əsas kredit borcunun artmış hissəsinə görə isə 0.60 AZN dövlət büdcəsi hesabına ödəniləcək.

  1. Yeni fərmana əsasən səlahiyyətli qurumlar tərəfindən həm əsas kreditin manatla artmış hissəsinin hesablanma mexanizmi, həm də həmin kreditlərin əsas məbləğilə bağlı hesablanmış faiz və dəbbə puluna ediləcək güzəştlərin mexanizmi müəyyən ediləcək.
  2. Fərmana əsasən həmin kreditlərlə əlaqədar fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min USD-nin manat ekvivalentindən çox olmayacaq.
  3. Banklar 1 ay müddətində xarici valyutada 10 min USD, milli valyutada isə 17 min AZN vaxtı keçmiş borcu olanlarla bağlı

4.1. yeni güzəştli kredit müqaviləsi bağlanmanı təklif etməli (yəni illik faiz dərəcəsi 1% olan müqavilə)

4.2. məhkəmədə olan işləri geri çağırmalı (yəni baxılan işlərdən imtina etməli və icra sənədləri üzrə icraata xitam üçün tədbir görməli)

4.3. bu kreditlərə hesablanmış faizləri silməli (yəni faiz və dəbbə pulunu) və bununla bağlı digər borc yükünü yüngülləşdirən tədbirlər görməli olacaq.

Fərman bank və bank olmayan kredit təşkilatlarında borcu olanlarla bağlı tətbiq ediləcək.

Banklar bu fərmana əsasən 2012-ci il 01 yanvardan 28.02.2019-cu ilədək xarici valyutada 10 min USD, milli valyutada 17 min AZN kredit borclarının qalıq məbləği olanlar və 01.01.2012-28.02.2019-cu il tarixləri dövründə bağlanmış kredit müqavilələri üzrə əsas məbləği ilə faiz borcunu 360 gündən artıq gecikdirənlərlə bağlı güzəştlər tətbiq etməli olacaq.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

  1. Monica Leonard
    |

    Hamıya salam, ümid edirəm uşaqlar hamısı yaxşıdır ??? Adlarım xanım xanım Monica Leonard, mən Miçiqandan gəlmişəm, Bir neçə ay əvvəl pis bir maliyyə vəziyyətimə düşmüşdüm və borclarımı ödəmək və maddi cəhətdən ayaqlarımı geri qaytarmaq üçün təcili kreditə ehtiyacım var idi. mənə kredit vermək üçün onlayn olaraq təminatsız bir kredit axtarmaqdan başqa bir seçim qalmamışam, tədqiqat müddətimdə fırıldaqçılıq qurbanı olmuşam və 1200 dollar itirmişəm və daha çox çətinlik çəkmişəm və demək olar ki, vermişəm Mən bir onlayn yazı tapana qədər kredit almaq ümidi ilə Arizona Ştatlarından olan cənab Douglasın Damian Finance Inc-dən 80.000 dollar aldığına dair verdiyi bir ifadəydi. Yazını oxuduqdan sonra Damian Finance Inc ilə əlaqə qurmağı qərara aldım. e-poçt: () əlaqə ilə paylaşılan əlaqə, 750.000 ABŞ dolları dəyərində olan təminatsız kredit tələbim, tələbimin 48 saatı ərzində təsdiqləndi və borcum heç bir buraxılmadan bank hesabımda ödənildi.

    Dərin minnətdarlığımı bildirmək istəyirəm və həmçinin kredit axtaranlara çox ayıq olmağı məsləhət görürəm, çünki günahsız kredit axtaranları aldatmaq məqsədi ilə orada çox sayda fırıldaqçı var, buna görə də uşaqlar diqqətli və sayıq olmalısınız .. kreditə ehtiyacı olanlara Damian Finance Inc tövsiyə edirəm, şirkət ilə e-poçt vasitəsilə əlaqə qura bilərsiniz: ()

    Şəhadətimi oxuduğunuz üçün təşəkkür edirəm, sizə uğurlar arzulayıram.

    Sənin,
    Monica Leonard.