Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının online dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

sənədXidmətin adı: Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının online dəyişdirilməsi

Tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 33, 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – ərizənin icraya qəbul edilməsi barədə bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Həbs olunan şəxsin vergi borcu silinir?

posted in: Vergi, Xəbər | 0

maliyyə sanksiyaları vergi borcuSual: Həbs olan şəxsin, 5 il azadlıqdan məhrum olunmuş, vergi borcu silinirmi?

Cavab: Bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi ödəyicisinin müəyyən müddətə azadlıqdan məhrum edilməsi onu vergi öhdəliklərinin yərinə yetirilməsindən azad etmir. Vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

mühasib20 ildən artıq  konsaltinq aləmində fəaliyyət göstərən “BSC” Consalting və Outsorsing  MMC-yə lahiyələrin  və müştəri portfelinin sayının artması ilə bağlı Mühasib tələb olunur.

Niyə məhz Biz?

– Davamlı olaraq işləmək istəyəcəyiniz pozitiv komanda və etibarlı şirkətik
– 20 illik iş təcrübəsi ilə bölüşməyə hazırıq
– Kreativ ideyaları yaradırıq
– İstedadlı gənclərə yol açırıq
– Peşakarlarla inkişafa şərait yaradırıq

Mühasib
Vakansiya barədə məlumat

∙ İnternet bank əməliyyatlarının, debitor və kreditorlarla hesablaşmaların aparılması;
∙ Vergi hesabatlarının hazırlanması (ƏDV; ÖMV; gəlir vergisi);
∙ Statistika hesabatlarının hazırlanıb, təqdim edilməsi;
∙ Mühasibatliq modulu üzrə 1 C əməliyyatlarının aparılması;
∙ Gömrük bəyannamələri ilə bağlı əməliyyatların icrası;
∙ Dövlət orqanları ilə yazışmaların aparılması.


Telegram qrupumuza üzv olun

Tələblər

∙ İqtisadiyyat, maliyyə və ya müvafiq sahədə ali təhsil;
∙ Mühasibatlıq üzrə ən azı 2 il iş təcrübəsi;
∙ 1C (8.3) proqramında işləmək bacarığı
∙ MS Office proqramları üzrə qabaqcıl istifadə biliyi;
∙ Komandada və təzyiq altında işləmə bacarığı;
∙ ACCA, CIMA sertifikatı olan (və yaxud təhsil alan) namizədlərə üstünlük verilir.

Əmək haqqı 600-1000 manat

CV-lərinizi foto ilə birlikdə hr@bsc-group.az /  elektron ünvana “ Mühasib” başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xidməti müqavilə ilə işləyənlərin itirdikləri

posted in: Müqavilələr, Xəbər | 0

Xidməti müqaviləXidməti müqavilə ilə işləyənlərin itirdikləri


Xidməti müqavilə əsasında işləyən işçi həmin müqavilədə Əmək Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan tələbləri rəsmiləşdirməyibsə, işçi kimi bir çox hüquqlarından məhrum edilmiş sayılır. Buraya aşağıdakılar aiddir:
  • Əmək kitabçası açılmır və iş stajı hesablanmır;
  • İşçilər ödənişli məzuniyyət, yəni 21 təqvim günündən az olmayan əsas əmək məzuniyyəti, iş stajına görə əlavə məzuniyyət, əmək şəraitinə və işin xarakterinə görə əlavə məzuniyyət hüququnu itirir;
  • Hamiləliyə və doğuşa görə qismən ödənişli sosial məzuniyyət hüquqlarından məhrum olurlar;
  • Xidməti müqavilələyə xitam verilərkən istifadə edilməmiş məzuniyyətin pul əvəzi verilmir;
  • İşçi əmək xəsarəti aldıqda və ya peşə xəstəliyinə tutulduqda müavinət ala bilmir;
  • İşəgötürən (sifarişçi) müxtəlif bəhanələrlə işçi ilə əmək münasibətlərinə xitam verə bilər. Bu zaman sifarişçi Əmək Məcəlləsində göstərilən tələblərə görə hər hansı məsuliyyət və sosial öhdəlik daşımır.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.