600 AZN məvaciblə Mühasib tələb olunur

posted in: muhasibat, Vakansiya, Xəbər | 0

MühasibVakansiya: Mühasib

İşəgötürən: Pera Plastik Qrup MMC

  • Şəhər: Bakı
  • Yaş: 35 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR Menecer
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– Bank əməliyyatlarının aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
– İş qrafiki: 09:00-dan 18:00-dək
– İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)


Telegram qrupumuza üzv olun

Mühasib üçün tələblər

– 1C 8 versiyasını və MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– Ali iqtisadi təhsil xanım
– Şirkətə gediş-gəliş xidməti avtobusladı

Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər! (uyğun olmayan CV-ə baxılmayacaq).

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Əvvəlki illərin məzuniyyət məbləği 2019-cu ildə ödənilərsə vergiyə necə cəlb olunmalıdır?

posted in: Vergi, Xəbər | 0

mühasib məzuniyyətƏvvəlki illərin məzuniyyət məbləği 2019-cu ildə ödənilərsə vergiyə necə cəlb olunmalıdır?


Sual: Bildiyimiz kimi 2019-cu ildən etibarən özəl sektorda 8000 manata qədər əmək haqqı gəlir vergisindən azaddır. Özəl sektorda çalışan işçi 2019-cu ilin yanvar ayında işdən çıxdıqda 2017, 2018-ci illərdə istifadə etmədiyi məzuniyyət günləri hesablanarkən əmək haqqından gəlir vergisi tutulmalıdırmı?

Cavab: Fiziki şəxsin iş yerindən əldə etdiyi əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən istifadə edilməyən əmək məzuniyyətinə görə kompensasiya onun muzdlu işlə əlaqədar alınan gəlirlərinə aid edildiyindən işəgötürən tərəfindən ödənilən kompensasiya işçinin vergi tutulan gəlirlərinə aid edilməklə kompensasiyanın verildiyi ayda gəlir vergisinə cəlb edilir.

Buna əsasən işəgötürən tərəfindən işçiyə əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya ayrı-ayrılıqda həmin illərdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yəni, Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən 1-ci cədvələ əsasən gəlir vergisinə cəlb edilir və Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinin də həmin illər üçün qüvvədə olan müddəaları nəzərə alınır.

Bax: Əmək Məcəlləsinin 140-cı və 144.2-ci  maddəsi, Vergi Məcəlləsinin 98.1-ci və 101.1-ci102.1.6-cı maddələri

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Mühasib köməkçisi VakansiyaVakansiya: Mühasib köməkçisi

İşəgötürən: AF Holding

Tələblər:

•  Ancaq xanım namizəd
•  e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
•  Vergi, əmək qanunvericilikləri üzrə məlumatlar
•  Office proqramlarını yüksək səviyyədə bilməli (Excel, 1C 7.7  8.3)
•  Diqqətli, məsuliyyətli olması və kollektivdə işləmə bacarığı vacibdir
•  Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
•  Azərbaycan və Rus dillərini bilmək
•  23 yaşdan yuxarı
•  İş stajı 5 il


Telegram qrupumuza üzv olun

Vakansiya üzrə vəzifələr:

• Lazımi sənədləri hazırlamaq.
• Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək.

Ünvan:

Eurohome
Binəqədi rayonu Sulutəpə qəsəbəsi 1

İş şəraiti:

•  Bazar ertəsi – şənbə günü  09:00 – 18:00
Bazar günü 09:00-15:00 istirahət günü həftə içi

CV-ri  / ünvanına göndərin.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyində görüş keçirilib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyində görüş keçirilib.

Fevralın 21-də vergilər naziri Mikayıl Cabbarov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ezoral, Türkiyə-Azərbaycan parlament dostluq qrupunun rəhbəri, İstanbulun millət vəkili Şamil Ayrım və Türkiyə Parlamentinin bir qrup millət vəkili ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə arasında əməkdaşlıq məsələləri və onun perspektivləri müzakirə edilib.

Media və Kommunikasiya Mərkəzi


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.