Vergi yoxlamaları ilə daxil olan məbləğ açıqlandı

posted in: Vergi, Xəbər | 0

Vergi yoxlamaları ilə daxil olan məbləğ açıqlandı.

2018-ci ildə 1707 səyyar vergi yoxlaması təyin edilib, 1703-ü başa çatdırılıb.

2017-ci il ilə müqayisədə yoxlamaların sayı 3,3 dəfə azalıb. Belə ki, hər 1000 aktiv fəaliyyət göstərən ödəyicədən 4-də səyyar yoxlama aparılıb, bu isə 0,4% göstəricidir.

Yoxlamaların sayının azalması ilə əlaqədar hesablanmış əlavə vəsaitin məbləği azalsa da auditin keyfiyyətinin artırılması və hərtərəfli aparılması nəticəsində bir yoxlamaya düşən əlavə vəsait dəfə artaraq 136,3 min manatdan 273,5 min manata çatıb.

Ümumiyyətlə, 2018-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 465,7 mln. manat təşkil edib ki, bu da 2017-ci ildəkindən 1,7 dəfə azdır.
Qeyd edək ki, 2017-ci ildə səyyar vergi yoxlamaları ilə əlavə hesablanmış məbləğ 787,8 mln. manata bərabər olub.
Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının online dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

Vakansiya 1C OperatorHüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi

Xidmətin göstərilməsi üçün tələb olunanlar: – VN tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

– VM-nin 33, 34-cü maddələri

– AR Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2 və 2-1-ci hissələri

– NK-nın 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”

– VN Kollegiyasının 07.10.2013-cü il tarixli 1317050000005500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hüquqi şəxsin filialının, nümayəndəliyinin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament”

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az)

Müraciəti emal edən struktur vahidi: VN-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamenti və İnformasiya texnologiyaları mərkəzi

İcra müddəti: Dərhal (sistem tərəfindən emal müddəti nəzərə alınmaqla)

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – ərizənin icraya qəbul edilməsi barədə bildiriş

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb (əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə)

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq forum keçirilir

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyinin təşkilatçılığı ilə beynəlxalq forum keçirilir.


Fevralın 19-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə “Avtomatik məlumat mübadiləsindən əldə olunan məlumatlardan istifadə” mövzusunda Forum öz işinə başlayıb. Tədbirdə IOTA-ya üzv olan 29 ölkənin nümayəndəsi iştirak edir. Forumun təşkilində məqsəd Avtomatik məlumat mübadiləsi, Ümumi Hesabatlılıq Standartı və Xarici Hesablar üzrə mütəxəssisləri bir araya gətirməklə Vergi Əməletməsi Aktı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadə sahəsində üzv ölkələrə köməklik göstərməkdən ibarətdir.

Vergilər naziri Mikayıl Cabbarov Forumda çıxış edərək bildirib ki, Azərbaycanın vergi administrasiyası vergi inzibatçılığı sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədə beynəlxalq təşkilatların və digər dövlətlərin vergi orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. Vergilər Nazirliyinin 2002-ci ildən etibarən IOTA-ya tam hüquqlu üzv olduğunu qeyd edən vergilər naziri bu təşkilatın vergi sistemini qabaqcıl təcrübələr əsasında inkişaf etdirmək üçün vacib platforma rolu oynadığını vurğulayıb.


Gəlir vergisi güzəşti qazanacaq işçilərlə bağlı meyarlar təsdiq edildi

IOTA-nın İcraçı katibi Migel Silva Pinto beynəlxalq Forum və onun təsis edilməsində məqsəd, IOTA-nın fəaliyyəti və ölkəmizlə əlaqələri barədə tədbir iştirakçılarına məlumat verib. Forumun gündəliyi və müzakirə ediləcək məsələlər iştirakçıların diqqətinə çatdırılıb.

Forum öz işini sessiyalarda davam etdirib. Vergilər Nazirliyinin, həmçinin iştirakçı dövlətlərin vergi administrasiyalarının nümayəndələri təqdimatlarla çıxış ediblər. IOTA-nın Katibliyinin nümayəndələri Forumun 2018-2019-cu illər üzrə mandatı barədə, üzv ölkələrin nümayəndələri isə Ümumi Hesabatlılıq Standartı vasitəsilə əldə edilən məlumatlardan səmərəli istifadənin perspektivləri barədə çıxış ediblər.

Forum öz işini fevral ayının 21-dək davam etdirəcəkdir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

Vakansiya MühasibZeta Group Mühasib üzrə vakansiya elan edir.

Namizədə tələblər:

• Yaş: 25-35
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (Maliyyə sahəsində olanlara üstünlük verilir)
• İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində +3 il
• Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dili bilmək üstünlükdür
• Kompüter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)

Mühasib üçün Şəxsi keyfiyyətlər:

• Analitik düşünmə bacarığı
• Problemləri həll etmə bacarığı
• Düzgünlük və Dəqiqlik
• Analiz etmə bacarığı
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

• Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
• Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
• Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi;
• Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
• Aylıq maliyyə hesabatlarının hazırlanması;
• Satış və debitor borc hesabatın hazırlanması;
• Alış və kreditor borc hesabatının hazırlanması.

İş şərtləri:

• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Əmək haqqı 1000-1500 AZN (bilik və təcrübəyə əsasən)

Maraqlanan şəxslər öz CV formalarını  / ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiya adını qeyd edin)

Qeyd: Yuxarıda qeyd olunanları nəzərə alaraq, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.