Vergi bildiriş formaları təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi xəbərdarlıqVergi güzəştləri və azadolmalarına dair bildiriş formaları təsdiqlənib


Vergi sistemində həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də uçot sisteminin şəffaflaşdırılması, vergi güzəşti və azadolmalarının iqtisadi səmərəsinin yüksəldilməsidir. Vergi Məcəlləsinə dəyişikliklərdə malların sənədsiz dövriyyəsinə qarşı mübarizə aparılması, habelə vergi ödəyicilərinin gəlir və xərclərinin uçotunun sənədləşdirilməsi və dövriyyələrin şəffaflaşdırılması məqsədilə malların sənəd təqdim edilmədən satılmasına, xərclərin rəsmiləşdirilməməsinə, habelə vergidən azad olunan gəlirlərin sənədləşdirilməməsinə və bəyan edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulur.

Məcəlləyə yeni əlavə olunmuş 58.15-ci maddəyə əsasən, vergi güzəşti və azadolmalarını əldə edən şəxslər vergidən azad olunan gəlirlərin bəyan edilməsinə və ya azad olunmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Mövcud qanunvericilik müəyyən fəaliyyət növlərindən və əməliyyatlardan əldə olunan gəlirləri vergidən azad edir. Bununla belə, həmin fəaliyyət növü ilə məşğul olan şəxslər də gəlir və xərclərinin uçotunu aparmalı və vergi orqanına bəyannamə təqdim etməlidirlər. Yəni vergidən azadolma vergi ödəyicilərini digər öhdəliklərindən – bəyannamə verməkdən, uçot aparmaqdan azad etmir.

Vergilər naziri vergi güzəşti və azadolmalarının qanunvericiliklə müəyyən edilmiş qaydada tətbiqinin təmin olunması və maliyyə sanksiyalarına məruzqalma risklərinin azaldılması məqsədilə müvafiq əmr imzalayıb. Bununla da istifadə olunmuş güzəşt və azadolmaların vergi bəyannamələrinin müvafiq sətirlərində düzgün əks etdirilməsi, habelə onlardan istifadə hüququnun müvafiq sənədlərlə əsaslandırılmasının vacibliyi barədə bəyannamələr vergi orqanlarına göndərilməmişdən qabaq vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə bildiriş formaları təsdiq olunub.

Bunlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş güzəşt və azadolmalara əsas verən sənədlərin siyahısı barədə məlumat”, “Vergi güzəşti və azadolmaları bəyan edən şəxslər üçün bildiriş-xəbərdarlıq”, “Vergi güzəşti və azadolmaları bəyan etməyən aidiyyəti şəxslər üçün bildiriş-xəbərdarlıq” formalarıdır.

Vergi Məcəlləsi ilə müəyyən olunmuş güzəşt və ya azadolmalardan istifadə hüququnu təsdiq edən sənədlər vergi növlərinə müvafiq olaraq qruplaşdırılıb. Buraya aşağıdakı güzəşt və ya azadolmalardan istifadə hüququ verən sənədlər aiddir:

  • muzdlu işlə əlaqədar əldə edilmiş gəlirdən tutulan gəlir vergisi üzrə;
  • muzdlu işə aid olmayan gəlirdən tutulan gəlir vergisi üzrə;
  • mənfəət vergisi üzrə;
  • əlavə dəyər vergisi üzrə;
  • torpaq vergisi üzrə;
  • əmlak vergisi üzrə;
  • sadələşdirilmiş vergi üzrə.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Maliyyə Direktoru tələb olunur

posted in: İş elanı, Maliyyə, Vakansiya, Xəbər | 0

Maliyyə Direktoru VakansiyaVakansiya: Maliyyə direktoru

İşəgötürən: Ferrum Capital

Vəzifə öhdəlikləri

  • Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik etmək
  • Şirkətin aylıq və illik maliyyə hesabatlarının tərtibini təmin etmək və nəticələrini təhlil etmək
  • Müəssisənin illik büdcəsininin hazırlanması və icrasına nəzarət etmək
  • Pul vəsaitlərinin hərəkətinin proqnozu,proqnoz və real hərəkət arasında fərqlərin təhlili
  • Uçot sisteminin qurulması
  • Rəhbərlik üçün zəruri olan digər hesabatların hazırlanması

Telegram qrupumuza üzv olun

Tələblər
  • Maliyyə,mühasibat uçotu,iqtisadiyyat ixtisasları üzrə ali təhsil
  • Uyğun vəzifədə 3-5 il iş təcrübəsi
  • Azərbaycan,rus və ingilis dilini bilmək
  • Microsoft office,xüsusilə Excel proqramını peşəkar səviyyədə bilmək
  • İdarəetmə bacarığı, liderlik, dəqiqlik və punktuallıq
Vakansiya barədə məlumat
  • İş qrafiki: 6 gün, bazar günü istirahət günü
  • İş saatı: 10:00-dan 19:00-dək
  • Şənbə günü – 10:00- dan 16:00-dək
  • Əmək haqqı: 800-1200 AZN

E – mail :  /

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kiçik yatırımla ən faydalı biznesi qurmaq yolları (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

Kiçik yatırımla ən faydalı biznes qurmaq yolları (2-ci hissə)

1-ci hissəni oxumaq üçün keçidə daxil olun.

İnkişaf etmiş ölkələrdə kiçik biznes iqtisadiyyatın mühüm hissəsini təşkil edir. Təəccüblənmək lazım deyil: sahibkar demək olar ki, sərmayəsiz yaxşı pullar qazana bilər. Əlbəttə, gəlir fəaliyyət növündən və biznesin təşkili formasından asılı olur. Biz sizə kiçik yatırımla ən faydalı biznesi necə qurmağın yollarından söz açacağıq.

Biznes rəhbəri – təşkilatçı roluna can atır. Burada rəsmiyyət xatirinə (mühasibat uçotu, kadr məsələləri, icarə) start üçün demək olar ki, həmişə əhəmiyyətli sərmayə tələb olunur. İlkin mərhələdə biznes gəlir gətirmir, nə vaxt gəlir gətirəcəyi məsələsi də bir qədər qaranlıq qalır. Amma, əgər prosesi yoluna qoymaq mümkün olarsa, yüksək mənfəət və passiv gəlirlər, bütün riskləri qabaqlaya bilir.

İşlərin təşkili üsullarından asılı olmayaraq, sahibkarın peşəkar hazırlığı çox mühümdür. Yüksək gəlirli biznes növlərinin əksəriyyəti yaxşı peşəkar hazırlıq tələb edir. Siz inkişaf etdirmək istədiyiniz sahə üzrə ya mütəxəssis, ya da ekspert olmalısınız.  Bu, danışıqlarda sizə kömək edəcək və səmərəli olmayan qərarlar qəbulundan sizi qoruyacaq.

Biznesin informasiya hazırlığı

İnformasiya hazırlığı mərhələsində bazarı və rəqiblərinizin təcrübəsini öyrənin, gələcək fəaliyyətiniz üçün əsas iqtisadi göstəriciləri nəzərə alın:

  • qoyulacaq investisiyaların həcmi;
  • icarə, nəqliyyat, reklam, xammal alışına çəkilən xərclər;
  • vergi yükü;
  • xidmət və məhsulların maya dəyəri;
  • biznesin təmiz gəliri.

Sizin məhsullara və xidmətlərə böyük tələbat olduğuna və bazarın kifayət qədər “dərin” olduğuna əmin olmalısınız: müştəriləriniz ödəmə qabiliyyətinə malikdirlər və təkcə sizi yox, həm də sizin gələcək əməkdaşlarınızı dolandırmaq imkanındadırlar. Sizin təklifləriniz istehlak mühitinə adekvat olmalıdır. Kiçik qəsəbələrdə ayfonlar və incəsənət əşyaları satmayın.

Əmək bazarında sizə lazım olan ixtisaslar üzrə mütəxəssislərin olub-olmamasını yoxlayın. Potensial tədarükçüləri axtarıb tapın və onların zəruri olan xammalla sizi təmin edə biləcəyinə əmin olun. Fəaliyyətinizlə bağlı stabil istiqamətləri seçin, əgər risk etmək istəmirsinizsə və özünüzə ciddi biznes qurmaq istəyirsinizsə,  mövsümi məşğuliyyətdən uzaq durun və ya mövsümiliyi nəzərə alın və fəaliyyətiniz üçün elə növü seçin ki, o, “aşağı mövsümə” uyğun gəlsin.

Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yeni nəsil NKA-ların tətbiqi qrafiki təsdiq edildi

posted in: Xəbər | 0

Yeni nəsil NKAAzərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan NKA tətbiqi Qrafikinin təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 414 nömrəli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının

Baş naziri                              Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2019-cu il 14 fevral

tarixli 52 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

NKA tətbiqi QRAFİKİ
 

 

 

 

 

 

 

 

 

 

Mərhələlər

 

 

 

 

 

 

 

 

 

Təsərrüfat subyektlərinin (obyektlərinin) təsnifatı

 

 

 

 

 

 

 

 

 

Bakı şəhəri

 

 

 

 

 

 

 

 

 

Gəncə şəhəri

 

 

 

 

 

 

 

 

 

Sumqayıt şəhəri

Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı,

Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad, Naftalan, şəhər və rayonları (kənd və qəsəbələr istisna

olmaqla)

 

 

 

 

 

 

 

Digər rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla)

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri

1 2 3 4 5 6 7 8
 

 

I mərhələ 2019-cu il 1 iyul

tarixədək

iri ticarət mərkəzləri (“Mall” tipli) 2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək
şəbəkə sistemli marketlər 2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il

1 oktyabr tarixədək

2019-cu il

1 oktyabr tarixədək

2019-cu il 1 oktyabr tarixədək
yanacaqdoldurma məntəqələri 2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək
 

 

 

II mərhələ 2019-cu il 1 oktyabr tarixədək

Ixtisaslaşmış qaydada avtomobil satışını həyata

keçirən vergi ödəyiciləri

 

2019-cu il 1 iyul

tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

2019-cu il 1 oktyabr tarixədək

 

şadlıq evləri

2019-cu il 1 iyul

tarixədək

2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək
mebel satışı üzrə ixtisaslaşmış müəssisələr 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək 2019-cu il 1 oktyabr tarixədək
1 2 3 4 5 6 7 8
 

 

III mərhələ 2020-ci il 1 yanvar

tarixədək

Əlavə Dəyər Vergisi ödəyicilərinin pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat

subyektləri (obyektləri)

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

2020-ci il 1 yanvar tarixədək

 

 

 

2020-ci il 1 yanvar tarixədək

 

IV mərhələ 2022-ci il 31 dekabr tarixədək

digər pərakəndə ticarət və (və ya) ictimai iaşə

fəaliyyəti üzrə təsərrüfat subyektləri

(obyektləri)

 

 

2021-ci il 1 aprel

tarixədək

 

 

2021-ci il 1 aprel

tarixədək

 

 

2021-ci il 1 aprel

tarixədək

 

 

2021-ci il 1 oktyabr tarixədək

 

 

2021-ci il 31 dekabr tarixədək

 

 

2022-ci il 31 dekabr tarixədək