Azərbaycanda 17 MMC və 1 QSC ləğv edildi

posted in: Xəbər | 0

MMC QSCAzərbaycanda 17 MMC və 1 QSC ləğv olunduğunu elan edir.


Psixoloji və Sosial İnkişaf Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 6801083381

Psixoloji və Sosial İnkişaf MMC-i Kanal MMC-ə qoşulma qaydasında ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ5400, Sabirabad rayonu, Nizami küçəsi, ev 11 ünvanına bildirə bilərlər.


“MEDICAL DESIGN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305514511

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1138, Bakı şəhəri, Yasamal rayonu, Xaqani Dadaşov, ev 229 ünvanına bildirə bilərlər.


“AZLEECH” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 3102440901

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1039, Abşeron rayonu, Subtropik sovxoz (Maştağa) ünvanına bildirə bilərlər.


“PC TEX” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2001760731

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1025, Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsi, ev 16, mənzil 7 ünvanına bildirə bilələr.


Telegram qrupumuza üzv olun

“HDX Systems” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2001796951

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  AZ1142, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 15, mənzil 123 ünvanına bildirə bilərlər.


“A & Z Qrup” Məhdud Məsuliyyətli Cəmiyyət

VÖEN: 1500945161

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1106, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə, ev.20, məhəllə 942-943, mənzil 48 ünvanına bildirə bilərlər.


BM DEVELOPMENT QSC

VÖEN: 1404113421

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri Abasqulua Ağa Bakıxanov küçəsi, ev 6 ünvanına bildirə bilərlər.


“AZBUİLD MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1903524241

Ləğv olundugunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1133, Bakı şəhəri Suraxaı rayonu,AB yaşayış sahəsi (Yeni Günəşli qəs.), ev 117A, m.17 ünvanına bildirə bilərlər.


“AZƏRZEYTUN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1101367191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Balıqçılar, ev 2 ünvanına bildirə bilərlər.


“BUSINESS RING” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1403954821

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov, ev 3, mənzil 136 ünvanına bildirə bilərlər.


“DOMİNANT LOGİSTİCS” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1001833911

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1116, Bakı şəhəri, Binəqədi rayonu, mikrorayon 7, ev 16A, mənzil 10 ünvanına bildirə bilərlər.


“MT-TELECOM” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1602816931

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, L. Məmmədbəyova ev 68, mənzil 2 ünvanına bildirə bilərlər.


SOCAR-Abşeron Məhdud Məsuliyyətli Cəmiyyət

VÖEN: 1701807561

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Neftçilər prospekti, 73 ünvanına bildirə bilərlər.


“MECHANİC SUPPLY AND SERVİSE” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ

VÖEN: 1602703221

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu,Qara Qarayev prospekti, ev 30/42 , mənzil 17 ünvanına bildirə bilərlər.


“DECODE” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1305788171

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 47, mənzil 64 ünvanına bildirə bilərlər.


“AQUAFİLTER AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1202194991

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1045 Bakı şəhəri, Xəzər rayonu, Üzeyir Hacıbəyov 33A ünvanına bildirə bilərlər.


“SYNERGY DEVELOPMENT” MMC

VÖEN: 1701444911

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva 55, mənzil 23 ünvanına bildirə bilərlər.


“AZERBAİJAN ENGİNEERİNG SERVİCES” Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 2002611131

Ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 76 ünvana bildirə bilərlər.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Prioritet peşələr üzrə standartlar hazırlanacaq

posted in: Xəbər | 0

Əmək müqaviləsiPrioritet peşələr üzrə standartlar hazırlanacaq

Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən olunmuş əsas hədəflərdən biri işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə sənəddə əksini tapan tədbirlər sırasında peşə standartlarının hazırlanması da var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartları hazırlanacaq.

Strategiyanın tələblərinə uyğun olaraq peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil edilməsində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Qeyd edək ki, son illər qabaqcıl ölkələrin təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aydın Kərimov: Transfer qiymətinin açıqlaması

posted in: Xəbər | 0

Transfer qiymətiTransfer qiyməti – Açıqlama: Aydın Kərimov

Ayrı-ayrı əməliyyatlar haqqında müqayisə edilə bilən məlumatlar mövcud olmadıqda və (və ya) rəsmi və açıq mənbələrdən malların (işlərin, xidmətlərin) aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında təqdim edilmə qiyməti barədə məlumat əldə etmək mümkün olmadıqda, transfer qiyməti aşağıdakı üsullardan biri əsasında müəyyənləşdirilir:

– Yuxarıda «Bazar qiyməti» bölməsinin 5-ci bəndində göstərilən qaydada müəyyənləşdirilən sonrakı (təkrar) satış qiymətinə əsasən; – Yuxarıda «Bazar qiyməti» bölməsinin 6-cı bəndində göstərilən qaydada müəyyənləşdirilən dəyərin toplanması üsuluna əsasən;

– Rentabellilik üsuluna əsasən. Bu üsulla malların (işlərin, xidmətlərin) transfer qiyməti, əməliyyatın tərəfi olan şəxsin əldə etdiyi mənfəətin, onun ümumi xərclərində və ya gəlirlərində və ya aktivlərinin ümumi dəyərində xüsusi çəkisinin aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyat çərçivəsində formalaşan qiymət göstəricisi ilə müqayisəsi əsasında müəyyənləşdirilir;

– Mənfəətin bölgüsü üsuluna əsasən. Bu üsula əsasən malların (işlərin, xidmətlərin) transfer qiyməti eyni müəssisə qrupunun üzvü olan aşağıda 1-ci bənddə göstərilən şəxslər arasında əməliyyatlar aparıldığı zaman tərəflərdən hər birinin həmin əməliyyatlardan əldə etdiyi mənfəətin qrupun həmin əməliyyatlardan əldə etdiyi məcmu mənfəətindəki xüsusi çəkisinin aşağıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında aparılan müqayisə oluna bilən əməliyyatlar çərçivəsində formalaşan eyni göstərici ilə müqayisəsi əsasında müəyyənləşdirilir. Misal: «Araz» MMC özünün xaricdə yerləşən «BMQ» törəmə şirkətinə birinin qiyməti 60.000,00 manat olmaqla, ümumi dəyəri 600.000,00 manat olan 10 ədəd avadanlıq satır. Oxşar əməliyyatlara və digər məlumat mənbələrindən əldə olunan məlumatlara əsasən «Araz» MMC və «GMS» arasındakı qiymət- 64.000,00 manat; «MARS» ASC və «BMQ» arasındakı qiymət- 70.000,00 manat; «MARS» ASC və «KPG» arasındakı qiymət- 82.000,00 manat olub. İnterval- 60.000,00 AZN- 82.000,00 AZN arasındadır. Ədədi orta 72.000,00 AZN olur (64.000,00+70.000,00+82.000,00):3. Göründüyü kimi, göstərilən hal üzrə satış qiymətı (64.000,00 AZN) müəyyən olunan intervalın (60.000,00-82.000,00 AZN) aşağı həddindən də az olduğundan, transfer qiyməti kimi ədədi orta- 72.000,00 AZN götürülür və vergilər yenidən hesablanır.

1. Transfer qiyməti əsas götürülməklə vergilər aşağıdakı şəxslər arasında həyata keçirilən əməliyyatlardan hesablana bilər:

– Azərbaycan Respublikasının rezidenti ilə onunla qarşılıqlı surətdə asılı olan qeyri-rezident şəxslər arasında;

– qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında;


Telegram qrupumuza üzv olun

AR-nın rezidenti və (və ya) qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlər arasında. Yuxarıda 1-ci bənddə nəzərdə tutulan şəxslər arasında aparılan əməliyyatlar zamanı vergi ödəyicisinin təqdim etdiyi mallara (işlərə, xidmətlərə) tətbiq etdiyi qiymətlər eyni əməliyyat üçün yuxarıda 1-ci bəndində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan qiymətlərin aşağı həddindən az olduqda, vergilər transfer qiyməti ilə, yuxarı həddindən çox olduqda isə faktiki satış qiyməti ilə hesablanır. Transfer qiymətlərinin tətbiqi nəticəsində yaranmış fərq mənfəət (gəlir) vergisinin məqsədləri üçün istifadə edilir. (Qeyd: vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, auditor tərəfindən yoxlanılması nəzərdə tutulduğu hallarda isə auditor rəyi əlavə edilməklə vergi hesabatını, habelə hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqvim ili ərzində hər bir şəxs üzrə ümumi dəyəri 500.000,00 manatdan artıq olan əməliyyatlara dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayışı təqdim etmək). Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti eyni əməliyyat üçün yuxarıda 1-ci bənddə göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şəraitdə təşəkkül tapan ən yüksək qiymətdən çoxdursa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilmişdirsə, həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə transfer qiyməti ilə aid edilir və vergilər yenidən hesablanır. Transfer qiymətinin tətbiqi zamanı qiymətlərə təsir edə bilən amillər müəyyənləşdirilərkən yuxarıda «Bazar qiyməti» bölməsinin 4-cü bəndinin müddəaları tətbiq edilir.

Vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) transfer qiymətinin Vergi Məcəlləsində göstərilənlərdən fərqli qaydada müəyyənləşdirilməsi barədə sübutlar təqdim etmək hüququ vardır. Malların (işlərin, xidmətlərin) transfer qiymətləri müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, vergi ödəyicilərinin vergi orqanına təqdim etdiyi məlumatlardan, açıq məlumat mənbələrində yerləşdirilmiş hesabatlardakı məlumatlardan və digər müvafiq məlumatlardan istifadə edilir. Transfer qiymətlərinin müəyyən edilməsi və tətbiqi qaydası Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1500 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiya baş mühasibVakansiya: Baş mühasib

İşəgötürən: Azplast 2012 LLC

Namizədə olan tələblər :

– Azərbaycan rus dillərində səlis danışıq qabiliyəti;
– Müvafiq sahədə minimal 5 il iş təcrübəsi;
– Dağ mədən, tikinti quraşdırma mal materail alınması sahəsində  iş təcrübəsi olan şəxlərə üstünlük veriləcək;

Vakansiya şərtləri :

– 5 günlük iş norması (şənbə bazar istirahət günləri)
– İş vaxtı : 09:00 – 17:00
– Nahar və nəqliyyat ilə təmin olunma


Telegram qrupumuza üzv olun

Əmək funksiyası :

– Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
– Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir.
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir. Və s.

Əmək haqqı :

– 1500  AZN – dən başlayaraq

Əlaqə nömrəsi: 0559097785 – İR şöbəsinin müdiri
E mail ünvanı:  /
Ünvan:  Bakı şəh., Grand Park 2  yaşayış kompleksi.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.