Prioritet peşələr üzrə standartlar hazırlanacaq

posted in: Xəbər | 0
birbank biznes

Əmək müqaviləsiPrioritet peşələr üzrə standartlar hazırlanacaq

Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda müəyyən olunmuş əsas hədəflərdən biri işçi qüvvəsinin bacarıqlarının və rəqabət qabiliyyətinin artırılmasıdır. Bu məqsədlə sənəddə əksini tapan tədbirlər sırasında peşə standartlarının hazırlanması da var.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2030-cu ilədək əmək bazarında mövcud olan bütün prioritet peşələr üzrə peşə standartları hazırlanacaq.

Strategiyanın tələblərinə uyğun olaraq peşə standartlarının müntəzəm yenilənməsi mexanizminin yaradılması, peşə təhsilində kurikulumların peşə standartları əsasında hazırlanmasına nail olunması əsas hədəflərdəndir. Peşə standartları əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkil edilməsində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.

Qeyd edək ki, son illər qabaqcıl ölkələrin təcrübəsi əsasında beynəlxalq ekspertlərin və yerli mütəxəssislərin iştirakı ilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 289 peşə və 63 kvalifikasiya standartı hazırlanaraq işəgötürənlərin istifadəsinə verilib.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email