Vergilər Nazirliyi məcburi sığorta haqları ödəmələri ilə bağlı ödəyicilərə müraciət edib

posted in: Vergi, Xəbər | 0

nümayəndəliyin vergi öhdəliyiVergilər Nazirliyi məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödəyən şəxslərə müraciət edib.


Vergilər Nazirliyi məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları ödəyən şəxslərə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, müraciətdə bildirilib ki, 2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları fevral ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Mənbə: report.az


Bugün Vergi xidməti işçilərinin peşə bayramı günüdür

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bugün Vergi xidməti işçilərinin peşə bayramı günüdür

posted in: Vergi, Xəbər | 0

vergiBu gün Vergi xidməti işçilərinin peşə bayramı günüdür.


Fevralın 11-i Vergilər Nazirliyinin yaradılmasının 19-cu ildönümü və vergi xidməti əməkdaşlarının peşə bayramı günüdür.

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 11 fevral tarixli Fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilərək onun bazasında ölkədə dövlətin vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Vergilər Nazirliyi yaradılıb.

Bazar iqtisadiyyatına keçid şəraitində məqsədyönlü və ardıcıl iqtisadi siyasətin həyata keçirilməsində, ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti orqanlarının rolu durmadan artır.

Ölkə iqtisadiyyatında bazar münasibətlərinə keçidlə əlaqədar, yeni iqtisadi münasibətlər şəraitində prinsipial cəhətcə yeni vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə çatası vergilərin və digər icbari ödənişlərin tam və vaxtında səfərbər olunması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına dövlət nəzarətinin təmin edilməsi məqsədilə 1990-cı ilin iyul ayında Respublika Maliyyə Nazirliyinin tərkibində yaradılıb.

1991-ci ilin oktyabrında vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarət sisteminin təkmilləşdirilməsi, bu sahədə dövlət vergi xidməti-nin rolunun gücləndirilməsi, onun müstəqil fəaliyyətinin və nəzarət işlərinin obyektivliyinin təmin edilməsi məqsədilə xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılaraq müstəqil orqan, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.

Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyllərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi yükü azaldılıb, vergilərin sayı və dərəcələri optimallaşdırılıb, sahibkarlıq üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Hazırda Azərbaycanın vergi qanunvericiliyi təkcə fiskal məqsədlərə deyil, həm də iqtisadiyyatın inkişaf etdirilməsi, ayrı-ayrı fəaliyyət sahələrinin inkişafının stimullaşdırılması, investisiyaların və yeni texnologiyaların cəlb olunması, sosial sahələrin dəstəklənməsi kimi məqsədlərə də xidmət edir.

Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabətə davamlı olması üçün vergi sistemində beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Bu məqsədlə nazirliyin beynəlxalq əlaqələri sürətlə genişləndirilir.

Vergi Məcəlləsindəki dəyişikliklər

Ötən ilin sonlarında vergi islahatları istiqamətində mühüm addımlar atılıb, Vergi Məcəlləsinə əlavə və dəyişikilər edilib. Sözügedən dəyişikliklərdə sahibkarlığın inkişafı, ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması başlıca yer tutur. Bu ilin yanvarından həyata keçirilən dəyişikliklər 5 əsas istiqaməti əhatə edir.

• Sahibkarlığın dəstəklənməsi;

• Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması;

• Vergitutma bazasının genişləndirilməsi;

• Vergi inzibatçılığının təkmilləşdirilməsi;

• Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

Sahibkarlığın dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sadələşdirilmiş verginin dərəcəsinin bütün ölkə ərazisində 2 faiz müəyyən edilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi, inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması və digər məsələlər daxildir. Bu dəyişikliklər sırasında mikro və kiçik sahibkarlıq subyektləri üzrə sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur və onlar əsasən aşağıdakılardan ibarətdir:

• 2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq edilir;

• Kiçik sahibkarlıq subyektləri şəffaf uçot apardıqları halda, onlara əlavə vergi güzəşti verilir;

• Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad olunur;

• KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad edilir;

• KOB klasterinin iştirakçısı olan sahibkarlıq subyektlərinin gəlirlərinin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə mənfəət vergisindən azad olunur.

Nəzərə çatdıraq ki, mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir. Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. “Startap” şəhadətnaməsi əldə etmiş mikro və kiçik sahibkarlıq fəaliyyəti subyektləri müvafiq şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə gəlir və mənfəət vergisindən azad edilir.

Bütün bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi kimi istiqamətlərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir.

Mənbə: azertag.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya: Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Vakansiya, Xəbər | 0

vakansiyaVakansiya: Mühasib

İşəgötürən: Oven

    • Şəhər: Bakı
    • Yaş: 30 – 45 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Sevda Mehdiyeva
Vakansiya barədə məlumat:
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə fakturalarının yazılması
-Vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– İş qrafiki: 6 günlük iş qrafiki
– Nahar şirkət hesabına qarşılanır

Namizədə tələblər:
– Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir)
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması
– Excell proqramında yüksək səviyyədə işləmə bacarığı
– Stresədavamlı, tələbkar, məsuliyyətli
– Vergi qanunvericiliyi bilmək

CV-lərinizi foto ilə birlikdə /  ünvanına Mühasib başlığı altında göndərməyiniz xahiş olunur.

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Xəstələnən işçinin stajına görə bülleten (xəstəlik vərəqəsi) təqdim etməklə ödənilən müavinət hansı nisbətlərdə ödənilir?

posted in: Xəbər | 9

Xəstələnən işçinin stajına görə bülleten (xəstəlik vərəqəsi) təqdim etməklə ödənilən müavinət hansı nisbətlərdə ödənilir?

Cavab:

  • İşçinin 8 ilədək sosial sığorta stajı olduqda – qazancın 60%-i,
  • 8 ildən 12 ilədək sosial sığorta stajı olduqda – qazancın 80%-i,
  • 12 il və daha çox sosial sığorta stajı olduqda – qazancın 100%-i olaraq ödənilir.

 Telegram qrupumuza üzv olun

İzahlar:

Xəstəlik zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün) sosial sığorta üzrə ödəmələrin bir növdür.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ilk 14 təqvim günü üçün işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.

Müavinətin məbləği işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayındakı qazancın məbləğindən asılı olaraq müəyyənləşdirilir. Bu zaman bir iş gününə düşən orta gündəlik qazanc işçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi aydan etibarən əvvəlki son 12 tam təqvim ayı ərzində əldə etdiyi qazancı həmin dövrdəki iş günlərinin sayına bölməklə tapılır.

Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.