Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Kiçik mühasibVakansiya: Baş mühasib

İşəgötürən: “ME.GA.AN MMC”

    • Şəhər: Bakı
    • Yaş: 30 – 50 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Murad bəy
Vakansiya barədə məlumat

– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– Gömrük Bəyannamələrinin tərtib edilməsi
– İdxal-ixrac əməliyyatları üçün lazım olan sənədləri hazırlamaq və prosesi idarə etmək.
– Müqavilələri və sifariş formalarını tərtib etmək
– E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı
– E-portal proqramı ilə işləmək bacarığının olması
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
– Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının (B1, B3) hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
– İş qrafiki: 5 günlük iş qrafiki, saat 09:00-dan 18:00-dək


 Telegram qrupumuza üzv olun

Namizədə tələblər

– Ali təhsilli
– B1-B3, Microsoft Office proqramlarını bilmək
– 1 C 8.2 və 8.3 proqramında sərbəst işləmək bacarığı olana üstünlük veriləcəkdir. (Istehsal və satış və s.)
– e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək
– Vergi, əmək qanunvericilikləri üzrə məlumatlı
– Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması
– Balansın çıxarılması

Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçisi eyni olan şirkətlər bir birinə faizsiz borc verə bilər?

posted in: Xəbər | 0

borcTəsisçisi eyni olan şirkətlər bir birinə faizsiz borc verə bilər?

Sual: Sualım təsisçisi eyni olan şirkətlərin bir-birinə verdiyi borc haqqındadır və heç bir faiz gəliri yoxdur. Borc alındığı məbləğ qədər bir müddət sonra geri qaytarılır. Bu məsələ ilə bağlı araşdırma aparmışam. VM-nin 123, 13, 102-ci maddələri üzrə araşdırma apardım. Lakin bu mövzuda bir maddəyə rast gəlmədim. Xahiş edirəm, geniş məlumat verərdiniz. Bu hal necə tənzimlənir?

Cavab: Bildiririk ki, təsisçisi eyni olan hüquqi şəxslərin mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd edilənlərə əsasən bir hüquqi şəxsin digərinə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir. Bunlarla yanaşı, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə – ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Bax: Vergi Məcəlləsinin 14-cü və 110-cu maddələri.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi ilə borc müqaviləsinin notariusda təsdiqinin zəruriliyi

posted in: Müqavilələr, Xəbər | 0

Təsisçi ilə borc müqaviləsinin notariusda təsdiqinin zəruriliyi.


Sual: Müəssisənin təsisçisi xarici hüquqi şəxsdir. Təsisçi ilə faizsiz borc müqaviləsi yalnız tərəflər arasında bağlanmışdır. Notarial təsdiq zəruridirmi?

Cavab: Bildiririk ki, Mülki Məcəllədə mütləq şəkildə notarial qaydada təsdiq daşınmaz əmlaka sahiblik və istifadə hüququnu təsdiqləyən müqavilələrə şamil edilir.

Pul öhdəliyini özündə ehtiva edən əqd tərəflərin hüquqlarının müdafiəsi baxımından notarial təsdiq məqsədəuyğundur.

Bax: Mülki məcəllənin 146-cı və 438-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Hər bir insanın aparmalı olduğu 7 siyahı

posted in: Məqalə, Xəbər | 0

siyahıHər bir insanın aparmalı olduğu 7 siyahı.

Həyatı təşkil etməyin ən sadə və geniş yayılmış üsullarından biri siyahılardır. Biz belə siyahılara o qədər vərdiş etmişik ki, bunların bəşəriyyətin ən əla icadlarından biri olduğu haqqında hətta heç fikirləşmirik də. Bu yazıda biz sizə onların nə olduğunu və hər bir ağıllı insanın hansı siyahıları aparmalı olduğundan  söz açacağıq.

  1. Kreativ ideyalar.

    Yaradıcılıqbu spontan bir prosesdir, onu normalar çərçivəsində aparmaq çətindir. O səbəbdən dəyərli ideyalar, orijinal tapıntılar, qeyri-adi düşüncələrlə bağlı siyahı tutulması, bekar vaxtlarınızda, ağlınıza yeni nəsə gəlməyən məqamlarda dadınıza çata bilər. Axı yaşayıb, yaratmaq lazımdır, bekarçılıqdan nə əldə edə bilərsiniz ki?!

  2. Oxumaq lazım gələn kitablar.

    Hər dəfə bir kitabı oxuyub başa çatdıqdırdan sonra uzun müddət mütaliə etmək üçün hansı kitabı seçəcəyinizlə bağlı xeyli əziyyət çəkirsiniz. Yaxşı olmazmı ki, bir siyahı tərtib edəsiniz və ora növbəlilik əsasında oxuyacağınız kitabların adlarını daxil edəsiniz. Həmin siyahıya dostlarınızın, hətta metroda qonşuluqda əyləşən birinin sizə oxumağı tövsiyə etdiyi kitabların adını da daxil edə bilərsiniz. Yeri gəlmişkən, həmin siyahının köməyilə oxuduğunuz kitabların dəqiq sayını və hətta oradan sizə ən faydalı olan fikirləri də xatırlaya bilərsiniz.

  3. siyahıMaraqlı hadisələr.

    Ən dəhşətlisi odur ki, siz həyatınızda olan, baş verən maraqlı yerlər, təəssüratlar və hadisələrlə bağlı siyahı tutmaq istəyirsiniz və bu zaman dərk edirsiniz ki, həmin siyahını doldurmaq üçün heç bir faktınız yoxdur. Elə bu faktın özü sizi həmin məsələyə yenidən baxmağa və məqsədyönlü şəkildə həyatınızda baş verənləri qələmə almağa motivasiya edə bilər. Heç olmasa, həyatınızın sonrakı dönəmlərində baş verən maraqlı hadisə, təəssürat və yerləri qələmə almağa başlayın.

  4. Görüləcək cari işlərin siyahısı.

    Bəli, bu usandırıcı və bayağı görünə bilər, lakin, biz bu növ siyahını diqqətdən qaçıra bilməzdik. Bu bizə gündəlik mühafizəkarlıq kimi görünən işlərin öhdəsindən daha yaxşı gəlməyə, hər yerə vaxtında çatmağa və gecikməməyə kömək edə bilər. Eləcə də səliqəli şəkildə qeyd olunmuş məsələlərin həlli əmək gününün sonunda insana sadəcə hüzur gətirir.

  5. Baxmaq üçün film siyahısı.

    Kitablarla bağlı siyahıda olduğu kimi burada da eyni cür planlaşdırma gedir. İndi o qədər boş və mənasız filmlər çəkilir ki, cəfəng şeylərə vaxt itirmək sadəcə əbəsdir. Yaxşı düşünülmüş bir film siyahısı sizi təsadüfi filmləri izləməkdən xilas edəcək və maraqlarınıza cavab verən ekran əsərlərinə baxmaqda sizin yardımçınız olacaq.

  6. Arzuların siyahısı.

    Arzularla bağlı böhran yaşanması, həqiqətən zarafat məsələ deyil. Əgər siz bir gözəl anda ümumdünya darıxıdırıcılığı siyahıduysanız və dərk etsəniz ki, heç nə etmək istəmirsiniz, bax, bu arzuların böhranı olacaq. Öz arzularınızı sevmək, qorumaq və ölçüb-biçmək lazımdır. Onların daha yaxşı boy atması üçün xüsusi siyahı tutmaq və ora qeyd etmək lazımdır, hansı ki, bu 101 bənddən az olmamalıdır.

  7. Anti-siyahı.

    Hamı qarşıda duran məsələlərin həlli ilə bağlı siyahı tutmağa vərdiş edib. Amma, bəzi hallarda heç vaxt etmək lazım gəlməyən işlərin də siyahısını tutmaq, çox faydalıdır. -İçki içmək; Yenidən siqaret çəkməyə başlamaq; Gününü televizor qarşısında keçirmək; Yalan danışmaq. Günü başa vurursan və həmin qara siyahıdakı hər bir bəndə əməl edirsən. Bu o deməkdir ki, düzgün istiqamətdə irəliləyirsən.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.