Vergilər Nazirinə xüsusi rütbə verilib

posted in: Vergi, Xəbər | 0

rütbəVergilər Nazirininə xüsusi rütbə verilib.

M.Ç.Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının vergilər naziri Mikayıl Çingiz oğlu Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2019-cu il.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Yaponiyada sosial sığorta barədə bilmədiklərimiz

posted in: Məqalə, Xəbər | 0

Yaponiyada mühasibatYaponiyada sosial təminat xərclərinin maliyyə bazası muzdlu işçilər və sahibkarların üzlük haqlarından (60%), dövlət vəsaitlərindən (20% yaxın), aktiv maliyyə əməliyyatlarının gəlirlərindən (12% çox) və digər mənbələrdən təmin olunur. Bu struktur aktiv maliyyə əməliyyatlarının gəlirlərinin yüksəlişi (pensiya fondunun artırılması hesabına) və dövlət büdcəsindən vəsaitlər payının aşağı düşməsi (xərclər hissəsində sosial təminat xərclərinin payının daimi artması ilə) son onilliklər ərzində demək olar ki, hansısa əhəmiyyətli dəyişikliklərə uğramayıb.

Yaponiya hökumətinin strategiyasına uyğun olaraq təqaüdlərin, tibbi sığortanın, ehtiyacı olanlara qayğı göstərmək üçün uzunmüddətli planın həyata keçirilməsi, gəlir vergisinin tədricən azaldılması və istehlakçılara vergilərin artırılması yolu ilə planlaşdırılır (3% -dən 5% -ə qədər).

Sosial təminat strukturunda ən böyük məbləğlər sosial müavinətlərə ayrılır: bunun 1/3 dövlət büdcəsinin vəsaitləri, 2/3 müxtəlif sığorta pensiya fondları (məsələn, yaşa görə və ya ailə başçısını itərənlər üçün baza pensiya fondu) əsasında təmin edilir. Pensiya fondlarının yaradılmasında Yaponiyanın demək olar ki, 20 yaşından 60 yaşına kimi bütün əhalisi iştirak edir.

Sosial təminat sisteminin ikinci komponenti – sağlamlığın sığortalanmasıdır. Bütün ölkə əhalisini əhatə edən 6 alternativ sistem mövcuddur.

Sistemin üçüncü komponenti – ictimai ümumi yardımlardır ki, bu da öz minimum həyat səviyyəsini təmin edə bilməyənləri əhatə edir.

Yaponiyada sosial təminat sisteminin xüsusi tərəfləri kimi əhalinin pensiya və sağlamlıqlarının sığortalanmasının kütləvi şəkildə əhatə olunması, diqqətəlayiqdir;  ölkədə baş verən dəyişikliklərə müvafiq olaraq, bütün sosial təminat sistemində daimi korreksiyalar edilir və bu sahədə prioritetlər müəyyən olunur.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər azalıb

posted in: Vergi, Xəbər | 0

Ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 11,2 faiz azalıb.


Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AZƏRTAC-da yayılmış 2018-ci ildə ölkə vətəndaşlarını düşündürən məsələlərin, onların problemlərinin dövlət orqanları tərəfindən necə həll olunmasından, bu işə göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsində deyilir.

“Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu bildirən cənab Prezident öz çıxışlarında vergi orqanlarının vəzifəsinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaqdan deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayır.

Ötən il vergi sistemində idarəetmə prinsipləri yenidən təşkil edilib və təkmilləşdirilib, müasir innovativ texnologiyalar tətbiq olunub, şəffaflığın təmin edilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında qarşılıqlı etimadın yüksəldilməsi ilə bağlı əhatəli tədbirlər həyata keçirilib. 2018-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 7 milyard 418 milyon manat və yaxud 100,5 faiz olub, 2017-ci ilə nisbətən 444 milyon manat və ya 6,4 faiz çox icra edilib.


Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin
yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq
təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib

Vergi uçotunun və mal dövriyyəsinin şəffaflaşdırılması bu sahədə vətəndaş müraciətlərinin sayına da öz təsirini göstərib, ötən il vergi orqanlarının fəaliyyəti ilə bağlı müraciətlər 2017-ci illə müqayisədə 11,2 faiz azalıb. Bununla belə, bu mövzu üzrə müraciətlərin sayı 2019-cu ildə görüləsi işlərin hələ çox olduğunu göstərir.

Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes fəaliyyətinin yaxşılaşmasına şərait yaradan islahatların aparılması nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da yüksək qiymətləndirilib. Dünya Bankının hazırladığı biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni əks etdirən “Doing Business 2019” hesabatında birbaşa vergi məsələlərinə aid iki indikator üzrə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşaraq, “Biznesə başlama” indikatoru üzrə son bir ildə 18-ci yerdən 9-cu yerə, “Vergilərin ödənilməsi” indikatoru üzrə isə 35-ci yerdən 28-ci yerə yüksəlib və həmin göstəricilər üzrə respublikamız MDB məkanında ilk yerlərdən birini tutur”, – deyə məqalədə qeyd olunur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Minimum əməkhaqqının artımı nə qədər insanı əhatə edəcək?

posted in: Xəbər | 0

vergiMinimum əməkhaqqının artımı nə qədər insanı əhatə edəcək?


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə” 8 fevral 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqının artırılması respublikada əhalinin rifah səviyyəsinin yaxşılaşdırılması istiqamətində növbəti mühüm addımdır.


Minimum aylıq əmək haqqı artırıldı

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılır. Beləliklə, ölkədə minimum əməkhaqqının yaşayış minimumuna (180 manat) çatdırılması təmin edilib.

Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əmək haqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əmək haqqında isə 25 faiz artım özünü göstərəcək. Minimum əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu il üzrə isə (10 ay ərzində) 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Bu mühüm sosial əhəmiyyətli tədbir eyni zamanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində sağlamlaşdırıcı təsir göstərəcək.

Telegram qrupumuza üzv olun

Vətəndaşların əmək hüquqlarının qorunması, işçilərin maddi-sosial tələbatlarının ödənilməsi, layiqli həyat səviyyələrinin təmin edilməsi aparılan uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Son 15 ildə Azərbaycanda əmək haqları dəfə, eləcə də minimum əmək haqları 6,5 dəfə artırılıb.

Qeyd edək ki, əmək qanunvericiliyinə əsasən, əməkhaqqı – müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşçilərin əməkhaqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əməkhaqqı miqdarından az əməkhaqqı verilməsi qanunla qadağandır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.