Dünya ölkələrində əmlak vergisi (3-cü hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfəki yazımızda Macarıstan, Almaniya və Yunanıstandakı vergilər barədə məlumat verəcəyik.

Macarıstanda olan vergilər barədə:

Əmlakın alınması zamanı 2-4%; qeydiyyatı üçün 19,8 avro; yeni əmlaka görə ƏDV tutulmur; əmlaka görə illik vergi 0-3,6%; kapital artımına görə 16%; miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 0-40%; fiziki şəxslərdən tutulan gəlir vergisi 16%, hüquqi şəxslərdən isə 19% vergi tutulur.


Telegram qrupumuza üzv olun

Almaniyada olan vergilər barədə:

Əmlak alınarkən 3,5-6,5%; əmlakın qeydiyyatı zamanı 1,5%; yeni əmlak alınarkən ƏDV tutulmur; əmlaka görə illik vergi əmlakın dəyərinin 0,35 əmsalı vurulsun 4,40-dan 8,10-yə qədər; kapital artımına görə 15%; miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 50%-ə qədər; fiziki şəxlərdən gəlir vergisi 0-45%; hüquqi şəxslərdən isə 15% vergi tutulur.

Yunanıstanda tutulan vergilər barədə:

Əmlak alınarkən tutulan vergi 3-23%; qeydiyyata salınması zamanı 0,475%; yeni əmlak alınarkən ƏDV tutulmur; əmlaka görə tutulan illik vergi hər kv.metrə görə 2-13 avro; kapital artımına görə 5-20%; miras və ya vərəsəlik yolu ilə keçən əmlaka görə 0-40%; fiziki şəxslərdən tutulan gəir vergisi 22-42%; hüquqi şəxslərdən tutulan gəlir vergisi 26% təşkil edir.

Məqalənin 2-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Pərakəndə və topdansatış subyektlərinin vergi məqsədləri üçün fərqi nədir?

posted in: Vergi, Xəbər | 1

PərakəndəVergi Məcəlləsində bu ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, topdansatış və pərakəndə satış ticarət fəaliyyətləri üzrə bəzi hallar üçün fərqli vergiqoyma prinsipləri nəzərdə tutulub.

Qanunvericiliyə əsasən, 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər üzrə vergiqoyma yanaşması həm topdansatış, həm də pərakəndə satış üçün eynidir. Bu fəaliyyətlərlə məşğul olan şəxslər, vergi qanunvericiliyinə əsasən, ƏDV ödəyicisi kimi fəaliyyət göstərəcəklər. ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər üzrə isə fərqli vergiqoyma prinsipləri tətbiq edilir. Bu halda pərakəndə satış subyekti 2 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi olur. Topdansatış ticarətlə məşğul olan şəxslərin isə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüquqları yoxdur. Belə olan halda, həmin şəxslər fiziki şəxs olduğu təqdirdə gəlir vergisi, hüquqi şəxs olduqda isə mənfəət vergisi ödəyicisi olmalıdırlar. Hər iki fəaliyyət növü – topdansatış və pərakəndə satış ticarət fəaliyyətləri üzrə bu hallarda qanunvericilikdə könüllü ƏDV ödəyicisi olmaq hüququ verilir.


Vaxtı keçmiş malın silinməsi ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

İqtisadçı ekspert Rəşad Əliyev mövzuya münasibət bildirərək diqqəti sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmayan pərakəndə ticarət subyektlərinə yönəldib. Qeyd edib ki, xəz-dəri, qızıl və ondan hazırlanmış məmulatları, almaz (eyni zamanda, emal olunmuş) və onun məmulatlarını satan pərakəndə ticarət obyektləri sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər. Fərqli vergiqoyma prinsipləri topdansatış və pərakəndə satış fəaliyyətlərinin meyarlara əsasən fərqləndirilməsini tələb edir.

Fiziki şəxslər topdansatış ticarətlə məşğul olduqda gəlir, hüquqi şəxslər isə mənfəət vergisi ödəyicisi olmalıdırlar

Vergi Məcəlləsində bu anlayışların izahı belə verilib: pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir; topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim olunmaqla həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.


Sosial şəbəkədə gəlir qazanan sadələşmiş vergi ödəyicisi ola bilməz??

Beləliklə, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Alıcının məhsulun son istehlakçısı hesab olunduğu nəzərə alınmaqla pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Topdansatış ticarət fəaliyyəti ilə məşğul olanlar isə malları ancaq alıcının sahibkarlıq fəaliyyəti üçün satırlar və bu zaman elektron qaimə-faktura və ya vergi hesab-fakturası təqdim edirlər.

R.Əliyev bildirib ki, ilk baxışdan burada topdansatış və pərakəndə satış ticarət fəaliyyətlərinin sərhədlərini ayırd etmək çətin görünür: “Məsələ bundadır ki, pərakəndə ticarət subyekti öz fəaliyyəti ilə yanaşı, topdansatış subyektinin gördüyü işləri də həyata keçirə bilər. Ticarət subyekti öz fəaliyyəti ilə yanaşı, topdansatış subyektinin gördüyü fəaliyyəti həyata keçirən zaman sadələşdirilmiş vergini tətbiq edə bilməz”.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi islahatları movzusunda seminar keçiriləcək

posted in: Vergi, Xəbər | 0

ödənişli təcrübə proqramıVergi islahatları movzusunda seminar keçiriləcək.


Fevralın 19-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və “PwC Azərbaycan” ilə birgə “Vergi qanunvericiliyində son dəyişikliklər və bu dəyişikliklərin sahibkarlıq fəaliyyətinə təsiri“ mövzusunda seminar keçiriləcək.

Mərkəzdən bildirilib ki, tədbir maarifləndirici xarakter daşıyaraq ixracatçılara son vergi dəyişikliklərini və sahibkarlıq subyektləri qarşısında qoyulan öhdəlikləri öyrədəcək.

Seminar “PwC Azərbaycan” şirkətinin mütəxəssisləri tərəfindən aparılacaq. Bu seminar vergi sistemi haqqında ümumi məlumat, Vergi Məcəlləsinə edilmiş əsas dəyişikliklərin mahiyyəti və praktiki tətbiqi, sahibkarlıq subyektlərinin vergi və mühasibat uçotu siyasətinə qoyulan tələblər, sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi, o cümlədən yoxlamaların hüquqi tənzimlənməsi kimi mövzuları əhatə edəcək. Seminar şirkət rəhbərləri, mühasiblər, maliyyə, vergi mütəxəssisləri və hüquqşünaslar üçün nəzərdə tutulub.

Mənbə: azertag.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Sosial şəbəkədə gəlir qazanan sadələşmiş vergi ödəyicisi ola bilməz??

posted in: Vergi, Xəbər | 0

Sual: Mən youtube.com saytından gəlir əldə etdiyimə görə 2017ci ilin dekabr ayında VÖEN açmışam. VÖEN-im usd Bank Hesabına bağlıdır Əsas failiyətim DİGƏR QRUPLARA DAXİL EDİLMƏYƏN SAİR FƏRDİ XİDMƏTLƏRİN GÖSTƏRİLMƏSİ.

Mən ödənişlərimi bu təsnifat koduna ödəyirəm 114329 – Digər fiziki şəxslər tərəfindən ödənilən sadələşdirilmiş vergi bilmək istəyirəm ki, Mənim Fəaliyətimə görə Dəyişiklik varsa zəhmət olmasa mənə bildirin. Əsas fəaliyət növü hansı olmalıdır və Ödəniş Edəcəyim Təsnifat kodu Hansı Kod olmalıdır?

Cavab: Bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.


Vaxtı keçmiş malın silinməsi ƏDV bəyanaməsinin hansı sütununda qeyd olunmalıdır?

Sorğunuza əsasən, gəlirlərinizin “YouTube” videohostinqi tərəfindən ödənildiyi və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz 1 yanvar 2019-cu il tarixdən etibarən gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 1 yanvar 2019-cu ildən mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.
Qeyd olunan gəlirdən hesablanmalı olan vergi “Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirlərdən gəlir vergisi” 111121 büdcə təsnifat kodu ilə ödənməlidir.

Vergi Məcəlləsinin 102.1.30-cu və 218.5.10-cu maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.