Normadan artıq təmir xərcləri necə silinir?

posted in: Vergi, Xəbər | 0

Normadan artıq təmir xərcləriSual: Əsas vəsaitlərin təmir xərcləri təyin olunmuş hədd üzrə az və ya artıq məbləğ olarsa necə əks etdirmək olar?

Cavab: Bildiririk ki, əsas vəsaitlərin təmir xərclərinin faktiki məbləği bu hədd ilə müəyyənləşdirilən məbləğdən az olduqda, hesabat ilində gəlirdən təmir xərclərinin faktiki məbləği çıxılır, növbəti vergi illərində isə təmir xərclərinin gəlirdən çıxılan məbləğ həddi hesabat ilində yaranmış fərq qədər artırılır.

Müəyyən edilən məhdudlaşdırmadan artıq olan məbləğ cari vergi ilinin sonuna əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərinin artmasına aid edilir.

Bax: Vergi Məcəlləsinin 115.1-ci və 115.2-ci maddələri.

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyi işə qəbul üzrə müsabiqə elan edir (Yenilənmiş)

posted in: Vergi, Xəbər | 0

Elektron kabinet Hüquqi şəxsDövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır. Müsabiqəyə sənəd qəbulu elektron ərizə vasitəsilə 31.01.2019-cu il saat 10:00-dan 20.02.2019-cu il saat 24:00-dək həyata keçirilir.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələblər

  • Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır);
  • Yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir);
  • MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir.

Telegram qrupumuza üzv olun

Elektron ərizə üzrə tələb olunan sənədlər

  • Sağlamlıq haqqında tibbi arayış;
  • Ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti;
  • Məhkumluğun olmaması barədə arayışın surəti;
  • Narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti.
  • Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Müsabiqədə iştirak

  • Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.
  • Namizədlər internet vasitəsilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə, Bakı şəhərində və regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.
  • Müsabiqədə müvəffəqiyyət qazanmış, lakin vakant vəzifələr üzrə iş təklifindən imtina edən namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaqlar.

İmtahanın keçirilməsi

  • Elektron ərizə vermiş namizədlər 27-29.03.2019-cu il tarixdə (saat 10:00-dan 18:00-a dək) imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi 16) götürməlidirlər.
  • Müsabiqənin test imtahanı mərhələsi 30.03.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.
  • Test imtahanı mərhələsində namizədlərə təqdim ediləcək 100 test tapşırığından 80-ni özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) İşə qəbul. Müsabiqələr bölməsində yerləşdirilmişdir;
  • Test imtahanı mərhələsində namizədlərə təqdim ediləcək 100 test tapşırığından 20-ni məntiqi təfəkkürün yoxlanılması üzrə test tapşırıqları təşkil edəcək.

Üstünlük verilən namizədlər

  • Xarici dil biliklərinə və elmi dərəcəyə malik olanlar;
  • son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olanlar.

Aşağıdakı hallarda vətəndaşlar vergi orqanlarında xidmətə qəbul oluna bilməzlər:

  • məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilənlər;
  • üzərindən məhkumluğu götürülməyənlər və ya ödənilməyənlər;
  • qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş şəxslər (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar istisna olmaqla);
  • müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla, çağırış yaşlı vətəndaşlar.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Aviabilet satışı üzrə vergi belə hesablanmalıdır

posted in: Excel, Vergi, Xəbər | 0

AviabiletAviabilet satışı üzrə vergi belə hesablanmalıdır.


Sual: Aviabilet satışı sahəsində bizim müəssisə subagent qismində fəaliyyət göstərir. Yəni biz subagent olaraq müqavilə əsasında agent müəssisədən e-qaimə ilə aviabilet alır üzərinə 16-20 manat xidmət haqqımızı əlavə edərək e-qaimə ilə korporativ müştərilərimizə satırıq. Müştəri bizə aviabiletin xidmət haqqı daxil dəyərini ödədikdən sonra biz də öz növbəmizdə həmin aviabiletin xidmət haqqısız dəyərini öz agentimizə ödəyirik. 2018-ci ildə biz sadələşdirilmiş verginin ödəyicisi olmuş 4% vergini xidmət haqqından ödəmişik.

Əgər biz subagent olaraq korporativ müştərimizlə 210.000,00 manatlıq müqavilə bağlasaq bizim ƏDV qeydiyyatına durmaq öhdəliyimiz yaranacaq yoxsa yox? Belə ki, aviabilet satışı sahəsində subagent qismində fəaliyyət göstərən müəssisənin real dövriyyəsi onun aldığı xidmət haqqından formalaşır və biz 210.000,00 manatlıq müqavilə üzrə təqdim olunacaq aviabiletlərdən xidmət haqqı olaraq 8400,00 manat gəlir əldə edəcəyimizi ( 210.000,00 AZN : 500 AZN (sifariş oluncaq biletlərin orta dəyəri) = 420 bilet nəzərdə tutulub X 20 AZN Xidmət haqqı = 8400,00 AZN ) planlaşdırmışıq. Bizim 210.000,00 manatlıq müqavilədən real dövriyyəmiz 8400,00 manat olacağı halda Vergi Məcəlləsinin 155.1 maddəsi yəni ƏDV qeydiyyatına durmaq öhdəliyi bizə şamil olunur yoxsa yox?


Müavinət məbləğini ƏDV bəyannaməsində necə göstərməliyik?

Cavab: Sorğunuzda qeyd olunan halda, sizin digər vergi ödəyicilərinə xidmət göstərdiyinizi nəzərə alaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

Bir şəxsin digər şəxsə göstərdiyi vasitəçilik xidmətləri ilkin sənədlərlə (agent (komissiya) müqaviləsi, təsərrüfat əqdlərinin həyata keçirilməsi ilə bağlı ödəmə sənədləri, hesab fakturalar və təsdiqedici digər sənədlərlə) təsdiq edildiyi halda subagent üçün vergitutma obyekti satışa görə ona ödənilən xidmət haqqı əsasında, yəni sorğunuzda qeyd edilən halda 8400 manat əsasında müəyyən olunur.

Eyni zamanda bildiririk ki, aviabilet digər şəxsdən alınaraq üzərinə ticarət əlavəsi edilməklə təqdim edildiyi halda isə vergitutma obyekti ümumi məbləğ, yəni sorğunuzda qeyd edilmiş halda 220.000 manat (440×500) əsasında müəyyən olunacaqdır və ƏDV qeydiyyatına durma öhdəliyi yaranır.

Bax: Vergi Məcəlləsinin 155.1-ci və 172-ci maddələri.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vakansiya: Mühasib

Namizədə tələblər:

  • Ali iqtisadi və ya maliyyə təhsili
  • Mühasib olaraq 2 illik təcrübə olmalı
  • 1C 8 proqramını yaxşı səviyyədə bilməli  (r-keeper, İİKO arzuolunandır)
  • Yaş həddi: 23-35
  • Cins: Qadın
Vakansiya barədə məlumat:
  • Mühasibat uçotunun aparılması
  • Hesablama və xərclərin idarə edilməsi
  • Texnoloji və hesablama kartlarının hazırlanmasına nəzarət.
  • Əsas vəsaitlərin uçotu.
  • Pul intizamının aparılmasına nəzarət
  • Daxili hesabatların hazırlanması.
  • Vergi, tənzimləyici orqanlar, maliyyə institutları ilə qarşılıqlı əlaqə.
  • 1 C proqramı ilə işləmək
  • İnventarların aparılması, yenidən hesablanması.

Telegram qrupumuza üzv olun

Əmək Haqqı 1000 AZN

İş qrafiki: Müsahibə əsasında təyin ediləcək

Tələblərə uyğun gələn namizədlərdən, mövzu yerinə vəzifə adını qeyd edərək CV-lərini  / elektron ünvanına göndərməyi xahiş olunur.

Qeyd: Yazı rus dilindən tərcümə olunmuşdur.

Mənbə: jobsearch.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.