Hüquqi şəxs yaratmaq istəyənlərin “Elektron kabinet”i aktivləşdirilib

posted in: Vergi, Xəbər | 0

Elektron kabinetYeni yaradılan hüquqi şəxsin onlayn qeydiyyatı sahəsində daha bir yeniliyin tətbiqinə başlanılıb: İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) hüquqi şəxslər üçün yaradılmış “Elektron kabinet” artıq aktivləşdirilib. Bu o deməkdir ki, yeni yaradılan hüquqi şəxs onlayn qeydiyyat ərizəsini “ASAN imza” olmadan mobil nömrə və fin-kod vasitəsilə təsdiqləyə bilər. Həmçinin bu şəxslər “Elektron kabinet”ə daxil olmaqla özlərinə gələn məlumat və bildirişləri, habelə göndərdikləri sənədləri izləyə, vergi orqanları ilə elektron qaydada yazışma apara bilərlər.


Fiziki şəxslərdən tutulan əmlak vergisi barədə bilmədiklərimiz

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bildirib ki, bu yeniliyin tətbiqi sayəsində hüquqi şəxslərin qeydiyyatı daha da asanlaşıb: “Əvvəllər “Elektron kabinet”ə malik olmaq üçün parol-şifrə əldə edilməli idi və bundan ötrü həmin şəxsdən VÖEN tələb olunurdu. İndi isə “ASAN imza” olmadan, yalnız mobil nömrə vasitəsilə istənilən şəxs İnternet Vergi İdarəsində öz “Elektron kabinet”ini yaratmaqla hüquqi şəxs kimi qeydiyyatdan keçə biləcək. Hazırda həmin şəxslər bu sistem vasitəsilə Vergilər Nazirliyinin tətbiq etdiyi iki xidmətdən istifadə edir: həm məktub yaza bilir, həm də onlayn qaydada hüquqi şəxs yarada, bank hesabı aça və ƏDV qeydiyyatına alına bilir”.

Yaxın vaxtlarda fiziki şəxslərin uçotu və digər vergi xidmətlərinin bu sistem vasitəsilə göstərilməsi mümkün ola bilər. Bu xidmətin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Təsisçi borc verdikdə müqavilədə faizin əks edilməsinin zəruriliyi

posted in: Vergi, Xəbər | 0

Təsisçi borc verdikdə müqavilədə faizin əks edilməsinin zəruriliyi.

Sual: Vergi ödəyicisi olmayan təsisçi təsisçisi olduğu hüquqi şəxsə borc verərsə,
1) Müqavilədə faiz qeyd oluna bilərmi?
2) 1-ci sualın nəticəsindən asılı olaraq proses hansı formada rəsmiləşdirilir?

Cavab: Bildiririk ki, Mülki Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllədə göstərildiyi hallar istisna olmaqla müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

Eyni zamanda nəzərinizə çatdırırıq ki, müəyyən müddətə və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaiti kredit sayılır, kreditlərin verilməsi isə bankların və bank olmayan kredit təşkilatının fəaliyyətinə aid edilərək lisenziya tələb edən fəaliyyət növlərinin siyahısına daxil edilmişdir. Müvafiq olaraq da lisenziyası olmayan fiziki və ya hüquqi şəxs tərəfindən ona məxsus pul vəsaitlərinin faiz ödəmək şərti ilə digər şəxsə verilməsi qanunun tələblərinə uyğun deyildir.

Qanunun tələblərinə uyğun olmayan fəaliyyət nəticəsində gəlirin əldə olunması həmin şəxsi vergi öhdəliklərindən azad etmir və bu şəkildə faiz gəlirlərini ödəyən vergi ödəyicisi 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergini tutmalı, bəyan etməli və dövlət büdcəsinə ödəməlidir.

Kredit siyasətinə dair əlavə məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etməyiniz məqsədəuyğundur.

Bax: Vergi Məcəlləsinin 96-cı və 123-cü maddələri

Mənbə: www.taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dövlət Gömrük Komitəsi KİV-lərə müraciət edib

posted in: Xəbər | 0

DGK“Media qurumları və jurnalistlər istədikləri vaxt gömrük rəsmiləşdirilməsi və gömrük ödənişlərinin həyata keçirilməsi proseslərini əyani şəkildə müşahidə edə, deyilənlərin həqiqətən də şayiə olduğunu bariz şəkildə görə bilərlər”. Bu barədə Dövlət Gömrük Komitəsi-nin (DGK) mətbuat xidmətinin qurumla bağlı bir sıra KİV-lərdə dərc olunan məlumatlarla əlaqədar yaydığı məlumatda deyilir.

Məlumatda bildirilib ki, DGK hər zaman gömrük-media əməkdaşlığına xüsusi önəm verir:

“Ötən gün bəzi kütləvi informasiya vasitələrində son dövrlər gömrük sistemində aparılan şəffaflığın təmin olunması və korrupsiya hallarına qarşı mübarizə tədbirləri ilə bağlı yazılarda hər hansı fakta əsaslanmayan məlumatlar yayılıb.

Belə ki, bu qəbildən olan yazılarda Dövlət Gömrük Komitəsi və onun rəhbərliyinin korrupsiya və rüşvətə qarşı atdığı addımlar alqışlansa da, DGK-nın strukturuna daxil olan Bakı Baş Gömrük İdarəsində və Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində bu sahədə neqativ halların hələ də mövcudluğundan bəhs olunur.

Əslində media nümayəndələrinin gömrükdə baş verən prosesləri, xüsusilə komitə rəhbərliyinin də dəfələrlə vurğuladığı kimi mənfi halları diqqətdə saxlaması müsbət haldır və gömrük-media əməkdaşlığının inkişafından xəbər verir. Lakin, bu zaman yalnız konkret faktlara istinad edilməsi, ümumi işə və gömrük-media əməkdaşlığına fayda verə bilər. Qeyd edək ki, yazıda konkret şəxslər, yüklər, bəyannamələr və ya gömrük araşdırması üçün hər hansı dəlil təşkil edəcək vasitə olmadığından, müəllifin özünün də ifadə etdiyi kimi bunları yalnız şayiə və ya kiminsə təxəyyülünün məhsulu adlandırmaq olar.

Bir daha kütləvi informasiya vasitələrinə və jurnalistlərə gömrük orqanlarının fəaliyyətinə dair yazıları hazırlayarkən konkret faktlara söykənməyi tövsiyə edir”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ödəyə bilmədiyimiz borclardan vergi öhdəliyi yaranırmı?

posted in: Vergi, Xəbər | 0

Ödəyə bilmədiyimiz borclardan vergi öhdəliyi yaranırmı?


Sual: Bir müəssisə digərindən borca pul almışdır. Pulun geri ödəmə vaxtından altı ay keçməsinə baxmayaraq borclu olan tərəf borcunu geri qaytara bilmir. Borclu olan tərəfin ödəmə qabiliyyəti yoxdur. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının qanuna əsasən iflas prosesinə məhkəmədə və məhkəmənin iştirakı olmadan başlamaq olar (maddə 14).
1. Borclu olan tərəf məhkəmə qaydasında müflis elan edildikdə borclunun ödəməli olduğu, lakin ödəyə bilmədiyi borcdan vergi öhdəliyi yaranırmı?
2. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının qanununun 14-cü və 18-ci maddəsinin “b)” bəndinə əsasən borclu kreditorların yığıncağı ilə müflis elan edildikdə borclunun ödəməli olduğu, lakin ödəyə bilmədiyi borcdan vergi öhdəliyi yaranırmı?


Telegram qrupumuza üzv olun

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən alınan gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilir.

Qeyd olunana əsasən alınmış borc məbləği müəssisənin müflis olması nəticəsində kreditor şəxsə qaytarıla bilinmədikdə, həmin kreditor borc məbləği onun satışdankənar gəlirinə aid edilməklə ümumi qaydada mənfəət mənfəət vergisinə cəlb edilir.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.