Azərbaycanda uçot dərəcəsi azaldılıb

posted in: Xəbər | 0

MühasibAzərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9,75%-dən 9,25%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9,75%, faiz dəhlizinin yuxarı həddi 11,75%, aşağı həddi isə 7,75% (±2%-lik simmetrik diapazonda) səviyyəsində saxlanılmışdı.

Mənbə: report.az


Vergilər Nazirliyində çox mühüm yenilik

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dünya ölkələrində əmlak vergisi (2-ci hissə)

posted in: Məqalə, Vergi, Xəbər | 0

Daşınmaz əmlak almaq, daimi yaşayış yeri əldə etmək və ya sahibkarlıq fəaliyyəti göstərmək üçün ölkə seçərkən, ilk növbədə  insanı həmin ölkədə mövcud olan vergi qanunvericiliyi maraqlandırır.

Bu dəfə Çex Respublikasındakı vergilər barədə məlumat verəcəyik.

Gəlirdən tutulan vergi

  • Rezidentlər gəlirə görə bütün dünya üzrə vergi ödəyirlər, eləcə də Çexiyada  rezident olmayan mənbələrdən də bu vergi tutulur.
  • Çexiyada qeydiyyata alınmış və ya bu ölkədən idarə olunan şirkətlər rezident sayılır.
  • Çexiyada gəlirdən vergi payı standart olaraq 19% müəyyən edilib.
  • Kapital artımından gəlirlər də bu verginin tərkibində nəzərdə tutulub.
  • İnvestisiya və pay fondları üçün isə gəlirdən 5% həcmində aşağı vergi tarifi nəzərdə tutulub.
  • Çexiya qanunvericiliyi transfer qiymət əmələ gəlməsini tənzimləyən normaları nəzərdə tutur – bir-birindən asılı şəxslər arasında şərtlər azad müəssisələr arasında olan şərtlərə müvafiq qaydada həyata keçirilir.
  • Çexiyada əcnəbi şirkətlər tərəfindən nəzarət olunan gəlirlərin vergiyə cəlb edilməsi norması yoxdur.
  • Çexiyanın ikiqat vergilərin aradan qaldırılması və ya məlumat mübadiləsi ilə bağlı razılaşma olmadığı hər hansı bir ölkəyə məxsus şəxslərə ödənişlər də 35% dərəcəsi ilə vergiyə cəlb edilir.
  • Çexiyada daimi nümayəndəliyi olan və ya AB-də qeydiyyatdan keçmiş şirkətlərə verdiyi faiz və royalitilər müəyyən şərtlərə əməl edildikdə, vergiyə cəlb edilmir.

Telegram qrupumuza üzv olun

ƏDV

  • Çexiyada ƏDV-nin standart payı 21% təşkil edir. Əsas ərzaq məhsulları, dərmanlar, çap məhsulları, tibbi avadanlıqlar, istilik sistemləri, sosial mənzillər üçün Çexiyada 15% ƏDV tətbiq edilir.
  • Maliyyə xidmətləri, daşınmaz əmlakla bağlı əməliyyatlar və s. vergiyə cəlb olunmadan azad edilib.
  • Yalnız pul dövriyyəsi 12 ay ərzində 36 min avronu ötüb keçən şirkətlər ƏDV ödəyiciləri hesab olunurlar. Göstərilən qaydalar qeyri-rezidentlərə şamil olunmur.

Fiziki şəxslərin gəlirə görə vergiyə cəlb edilməsi

  • Rezidentlər bütün gəlirlərə görə, qeyri-rezidentlər isə Çexiyadakı mənbələrdən əldə etdikləri gəlirə görə vergiyə cəlb olunurlar.
  • Standart vergi payı 15% müəyyən edilib
  • Sahibkarlıq fəaliyyəti zamanı il ərzində orta əmək haqqı həcmindən 48 dəfə çox gəlir götürən şirkətlər, hüquqi şəxslər 7%-lik əlavə həmrəylik vergisinə cəlb olunurlar.
Məqalənin 1-ci hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Şirkətlərin kağız daşıyıcıda qeydiyyatı tamamilə ləğv edildi

posted in: Vergi, Xəbər | 0

VergiQeydiyyat üçün kağız daşıyıcıda sənəd ləğv olunub.

Vergilər Nazirliyinin yenicə tətbiq etdiyi “Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı” layihəsinə uyğun olaraq, biznesə başlamaq istəyənlər cəmi bir prosedur vasitəsilə qeydiyyatdan keçə bilər. Halbuki əvvəllər bunun üçün 3 prosedurdan keçmək tələb olunurdu. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün, ilk növbədə, “elektron imza”, qeydiyyat orqanına müraciət, bundan sonra isə işçilərin qeydiyyata alınması üçün ayrıca müraciəti tələb olunurdu.

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli mövzunu şərh edərkən bildirib ki, artıq hər 3 prosedur ləğv edilib və hüquqi şəxslərin qeydiyyatı yalnız bir prosedurla həyata keçirilir. Bunun üçün biznes fəaliyyətinə başlayan hüquqi şəxsin qanuni təmsilçisi Vergilər Nazirliyinin “İnternet Vergi İdarəsi” portalında (https://www.taxes.gov.az) fin-kodunu (şəxsiyyət vəsiqəsində olan fin) və mobil nömrəsini qeyd etməklə xüsusi proqram vasitəsilə mobil nömrənin fin-koda uyğunluğunu dəqiqləşdirməlidir. Fin-kod və telefon nömrəsinin müraciət edən şəxsə məxsusluğu yoxlanıldıqdan sonra onun telefon nömrəsinə xüsusi kod göndərilir. Həmin kodu sistemə daxil edən şəxs onun üçün yaradılmış “Elektron kabinet”ə daxil olur. Burada bütün prosedurlar bir ərizə vasitəsilə həyata keçirilir. Hüquqi şəxsin müraciət ərizəsi göndərildiyi andan onun VÖEN-i müəyyən edilir və gün ərzində işlənib təsdiq olunaraq onun “Elektron kabinet”inə göndərilir. Bu andan həmin hüquqi şəxs biznes fəaliyyətinə başlamış hesab edilir.


Vergilər Nazirliyində çox mühüm yenilik

Sənədlər elektron qaydada həm notariuslara, həm banklara, həm də digər qurumlara təqdim olunacaq

S.Seyidəhmədli qeydiyyat sahəsindəki daha bir yenilik barədə də məlumat verib. Qeyd edib ki, hüquqi şəxslərin qeydiyyat proseduruna dair dəyişikliklərdə direktorların da hüquqları nəzərə alınıb. Bəzi hallarda hüquqi şəxs yaradılarkən direktorların bundan xəbəri olmurdu, bu isə vergi orqanları ilə sahibkarlar arasında ciddi problemlərə yol açırdı: “Mövcud qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyətinə cavabdehliyi direktor daşıyır. Ona görə də bu məsələlərdə hər hansı narazılıq olmasın deyə, hüquqi şəxsin dövlət qeydiyyatı barədə müraciətin bilavasitə direktor tərəfindən verilməsi nəzərdə tutulur”.

Bildirilib ki, qeydiyyat prosedurunun daha da sadələşdirilməsi məqsədilə bank hesabının açılması prosesində də yenilik var. Nazirliyə müraciət olunduqdan sonra bank hesabı üzrə şəhadətnamənin dublikatı banklar vasitəsilə verilir. İndi kağız dövriyyəni aradan qaldırmaq məqsədilə bütün dövlət qurumları, o cümlədən banklara hüquqi şəxsin şəhadətnaməsinin, nizamnaməsinin və reyestrdən çıxarışının elektron versiyasının göndərilməsi təmin edilib: “Bunun da çox sadə bir üsulu var. Yəni bank işçisi şəhadətnamə-dublikatın nömrəsini kod kimi sistemə daxil edəcək və hüquqi şəxsin VÖEN nömrəsini yazmaqla “Elektron kabinet”ə giriş əldə edərək hüquqi şəxsin şəhadətnaməsinin, nizamnaməsinin və reyestrdən çıxarışının elektron versiyasını əldə edəcək. Bununla da hüquqi şəxsin özü ilə kağız daşıyıcıda hər hansı sənəd aparmasına ehtiyac olmayacaq”.

2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

Yeri gəlmişkən, “İnzibati icraat haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, dövlət orqanı hüquqi şəxs yaratmış şəxslərdən kağız daşıyıcılarda sənəd istəməyəcək. Vergilər Nazirliyi də inzibatçılıq qaydasında elə bir imkan yaradıb ki, sənədlər elektron qaydada həm notariuslara, həm banklara, həm də digər qurumlara təqdim olunacaq. Hüquqi şəxsin şəhadətnaməsi isə xüsusi barkodla təmin edilib. Yəni yalnız şəhadətnaməni təqdim etməklə həmin hüquqi şəxsin mövcud olub-olmadığı Vergilər Nazirliyinin informasiya sistemi tərəfindən yoxlanılacaq.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergilər Nazirliyində çox mühüm yenilik

posted in: Vergi, Xəbər | 0

bəyannaməVergilər Nazirliyi daha bir mühüm yeniliyə hazırlaşır.

Elektron xidmətlərin təqdim edilməsi sahəsində dövlət orqanları arasında öndə olan Vergilər Nazirliyi bu sahədə fəaliyyətini davam etdirir.

Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bildirib ki, yenicə tətbiqinə başlanılan “Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı” layihəsi də bu istiqamətdə həyata keçirilən islahatların davamıdır: “Qeydiyyat sahəsindəki dəyişikliklər sahibkarların dəstəklənməsinə və əlverişli biznes mühitinin formalaşdırılmasına yönəldilib. Bu istiqamətdə bizim növbəti layihəmiz hüquqi şəxslərin qeydiyyat məlumatlarındakı dəyişikliklərlə bağlı müraciətlərin elektronlaşdırılmasını nəzərdə tutur.

Hüquqi şəxsin təsis sənədlərinə edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün Vergilər Nazirliyinə elektron qaydada müraciət edilə biləcək. Yəni əvvəllər qeydiyyata alınmış hüquqi şəxslərin dövlət reyestr məlumatları: məsələn, direktoru, hüquqi ünvanı dəyişib, yaxud nizamnamə kapitalı artıbsa, bu halda həmin məlumatların yenilənməsi elektron qaydada mümkün olacaq. Elektron qaydada müraciət zamanı Vergilər Nazirliyinin internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq dəyişikliyi təsdiq edən sənədlərin skan olunmuş surəti ərizəyə əlavə edilərək imza ilə təsdiqlənəcək”.


2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

Qeyd olunub ki, nizamnaməyə dəyişiklik edilən hallarda təqdim olunmuş məlumatlar əsasında proqram təminatı tərəfindən dəyişiklik layihəsi hazırlanacaq. Bu halda, təsisçi (təsisçilər) nizamnaməyə dəyişikliklə real vaxt rejimində tanış olub onu imza ilə təsdiqləyəcək.

Hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki bu dəyişiklik məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi, şəffaflığın təmin edilməsi, vaxta qənaət, biznes strukurları üçün daha əlverişli mühitin yaradılması məqsədi daşıyır: “Sahibkar yalnız elektron xidmətlərdən istifadə etməklə qısa müddətdə və asan yolla dövlət qeydiyyatı ilə bağlı məlumatlarında da dəyişiklik edə bilər. Bundan sonra yekun sənədlər sahibkarın “Elektron kabinet”inə göndərilməklə proses yekunlaşacaq”. Hazırda layihə razılaşdırma mərhələsindədir və onun yaxın vaxtlarda həyata keçiriləcəyi gözlənilir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.