Sifarişçi ödədiyi avansı geri alarsa bu əməliyyat ƏDV bəyannaməsində necə göstərilir?

posted in: Vergi, Xəbər | 0

ƏDVSifarişçi ödədiyi avansı geri alarsa bu əməliyyat ƏDV bəyannaməsində necə göstərilir?


Sual: Fəaliyyətim malların alqı – satqısı ilə məşğul olmaqdır. Hüquqi şəxs kimi ƏDV ödəyicisiyəm. Müqavilə əsasında malları təqdim etmək üçün mart ayında avans almışam və bu avans bəyan edilərək büdcəyə ödənilib. Lakin müqavilə əsasında malları vaxtında təqdim edə bilmədiyimdən may ayında sifarişçi ödədiyi avansı geri almaq istəyir. May ayın ƏDV bəyannaməsində bu azalmanı necə göstərməliyəm, hansı sətirdə və ya əlavədə?


Xidmətə görə elektron qaimə-faktura təqdim edilmədikdə xərcə necə silə bilərik?

Cavab: Bildiririk ki, vergi qanunvericiliyinə əsasən əməliyyatın ləğv edilməsi ƏDV tutulan dövriyyənin dəqiqləşdirilməsinə əsas verən hallara aiddir. Vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə, yəni əməliyyatın ləğv edildiyi hesabat dövründə aparılır. Qeyd edilənlərə əsasən sorğunuzda göstərilən halda vergi tutulan dövriyyə may ayında dəqiqləşdirilir və dəqiqləşdirilən dövriyyə ƏDV bəyannaməsinin 319-cu “ƏDV-yə cəlb olunan əməliyyatlar üzrə azaldılan dövriyyə” sətrində əks etdirilir.

Bax: Vergi Məcəlləsinin 163-cü və 175.5-ci maddələri və Vergilər Nazirliyinin 13.01.2017-ci il tarixli əmri ilə təsdiq edilmiş “Əlavə Dəyər Vergisinin bəyannaməsi”nin tərtib edilməsi Qaydası”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vakansiya: Vergi üzrə böyük mühasib

posted in: İş elanı, muhasibat, Vergi, Xəbər | 0

mühasibVəzifə: Vergi üzrə böyük mühasib

İşəgötürən: Gilan Holding

Kateqoriya: Mühasibatlıq

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 3 ildən 5 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Dillər     Səviyyə

Azərbaycan: Ana dili

İngilis: Orta

Rus: Orta


Korporativ satış şöbəsinin mütəxəssisi – Atəşgah Sığorta Şirkəti

Öhdəliklər:

    • Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatların və bəyannamələrin hazırlanmasını təmin etmək;
    • Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, Şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
    • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun Şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
    • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
    • Vergi və digər Dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
    • Müasir hesablama texnikası / proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
    • Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;
  • Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

    • Mühasibatlıq/Maliyyə/Vergi üzrə bakalavr və ya magistr dərəcəsi;
    • Müvafiq sahədə ən az 3 illik iş təcrübəsi;
    • İngilis və azərbaycan dillərinin mükəmməl biliyi;
    • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Mükəmməl ünsiyyət bacarıqları və komandada işləmək bacarığı.

Telegram qrupumuza üzv olun

Müraciət linki: https://hr.gilanholding.com/v/4945#

Email: 

Əlaqə: +994 12 310 30 30

Mənbə: gilanholding.com

Elanin bitmə tarixi: 28-02-2019


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Xidmətə görə elektron qaimə-faktura təqdim edilmədikdə xərcə necə silə bilərik?

posted in: Xəbər | 0

Sual: Xidməti müqavilə bağlanarkən xidmət göstərən qarşı tərəfə elektron qaimə-faktura göndərməzsə xidmət göstərənə ödənilən məbləğ gəlirdən tutulan xərclərə aid edilə bilərmi?

Cavab: Bildiririk ki, statusundan asılı olmayaraq bütün vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir. Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura və elektron vergi hesab-fakturadan vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, sahibkarlıq fəaliyyəti məqsədləri üçün mal (iş, xidmət) alınarkən həmin malların (işlərin, xidmətlərin) alınmasını təsdiq edən elektron qaimə-faktura satıcıdan tələb edilərək alınmalıdır. Bununla belə qeyd olunmalıdır ki, xidməti göstərən şəxs tərəfindən hər hansı səbəbdən elektron qaimə-faktura təqdim edilmədikdə, xidmətin alıcısı xidmətin göstərilməsini təsdiqləyən ödəniş sənədi xərc sənədi kimi nəzərə ala bilər.


Fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi?

Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı, 58.8.2-ci, 71-1-ci və 109.8-ci maddələri, Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi?

posted in: Vergi, Xəbər | 0

vakansiyaFərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim olunmadığı halda, hər hansı cərimə nəzərdə tutulurmu?

Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarının verilməsini vergi uçotunun aparılmaması kimi başa düşənlər çox ciddi qanun pozuntusuna yol vermiş olurlar və belə şəxslər tərəfindən vergidən azad edilən gəlirlərin bəyan olunmamasına və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edilənlərə əsasən, vergidən azad olunan gəlir əldə edən şəxs, bütün digər vergi ödəyiciləri kimi, vergi orqanına bəyannamə təqdim etməli və azad olunan gəlirlərini bəyannamənin müvafiq azadolma sətirlərində əks etdirməlidir.

Pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə yaranan 1% vergi mənfəət bəyannaməsinin hansı sətrində qeyd edilməlidir?

Fərdi sahibkar tərəfindən belə gəlirin vergi orqanına bəyan olunmamasına görə ona bəyan edilməmiş gəlirin 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunacaq. Bu maliyyə sanksiyası kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəkdir.

Əsas: Vergi Məcəlləsi, 58.15-ci maddə və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun 2-ci maddəsi.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.