Stalinin oxşarı Mühasib imiş…

posted in: muhasibat, Xəbər | 0

Stalinin neçə oxşarı olub, bunu heç kim bilmir. Bu dövlət sirri sayılırdı. Müxtəlif rəqəmlər, 12-dən 20-ə kimi, səsləndirirdilər. Rəhbər ilk dəfə Kirov öldürüldükdən sonra öz oxşarını axtarıb tapdırmaq zərurəti hiss etmişdi. Daxili işlər xalq komissarı Yaqoda yoldaş Stalinə bənzəyən şəxslərin axtarılıb tapılmasından ötrü ölkənin cənubuna adamlar yolladı. Və onları tapmaq mümkün oldu…

Onlardan biri də Vinnitsadan olan mühasib Yevsey Lubitski idi.

O. “xalqlar atasına” çox oxşayırdı. Hətta o da Stalin kimi sol əlini sıxmağa adət etmişdi. Lubitskinin ailəsini isə gizli olaraq Vinnitsadan çıxararaq, güllələdilər. Mühasibin özünü isə Moskva yaxınlığında gizli bir mənzilə yerləşdirdilər. Ora bərbər, dərzi, qrimçiləri göndərdilər. Və onlar hər şeyi elə yerinə yetirdilər ki, Yevsey bir damla su kimi rəhbərə oxşadı. Düzdür, Lubitskiy qəlyan çəkmirdi, amma bunu da öyrənməyə məcbur oldu. Ondan ötrü Stalinin məşhur qəlyanının kopyasını düzəltdilər.

Oxşarın hazırlıqları yarım ilə yaxın çəkdi. Artıq o, rəhbərin istənilən jestini yerinə yetirə bilirdi və ləhcəsini də dəyişdirmişdi. Yevsey ona təklif edilən bu rolu böyük həvəslə oynayırdı.

Nəhayət, oxşarın İosif Stalin qarşısına çıxmaq məqamı gəlib çatdı. Lubitskiy Kuntsevdəki bağ evinə gətirildi. Lubitskini görən Stalin ürəkdən qəh-qəhə çəkib güldü – ona elə gəlirdi ki, bu şəxs onun güzgüdəki əksidir. Hətta Yevseyi konyaka da qonaq etdi.

Sonra isə rəhbər yoxlama həyata keçirmək istədi. Yanına yeni daxili işlər komissarı Yejovu dəvət edir və özü isə qonşu otaqda gizləndi. Gözləri ilə oxşarı “yeyən” Yejov, “təsərrüfatdakı” işlər barədə raport verir, güllələnənlərin sayını söyləyirdi… Yoxlamada iştirak edən mühafizə rəisi bir neçə hövsələsiz jest etdi, görünür, baş çekistin kənar şəxsin yanında daha artıq şeylər söyləyə biləcəyindən ehtiyat edirdi. Yevsey – ağıllı insan idi – xalq arasında “qanlı cırtdan” kimi ad çıxaran ziyarətçini yola salmaqla bu məsələnin qarşısını vaxtında ala bildi.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı və müddəti azaldılmışdır

posted in: Xəbər | 0

imtahanAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hüquqi şəxslərin onlayn dövlət qeydiyyatı sahəsində islahatların aparılmasına dair bir sıra qanunvericilik aktlarına dəyişiklikləri 2018-ci il 28 dekabr tarixində təsdiq edib. 2019-cu ilin əvvəlindən tətbiq olunan bu dəyişikliklərin mahiyyəti və məqsədləri ilə bağlı yanvarın 22-də Vergilər Nazirliyində kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirilib.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov yeni onlayn qeydiyyat sistemi barədə məlumat verib. Bildirilib ki, bu islahatlar nəticəsində hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Belə ki, cari ilin əvvəlindən başlayaraq dövlət qeydiyyatının aparılmasının (ƏDV qeydiyyatı və bank hesabının açılması da daxil olmaqla) bir prosedurla tamamlanması mümkündür. Qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, eləcə də qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub.


Vergilər Nazirinin ikili mühasibatlıq haqqında çıxışı

Nəticədə hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyə azaldılmış, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilmişdir.

Yeni xidmətdən yararlanmaq istəyən istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kodla indentifikasiyadan keçəcəklər. Qeydiyyat ərizəsinin məlumatları sistemə onlayn qaydada daxil ediləcək və bir prosedurla sənədlər təsdiqlənməklə VÖEN (Vergi Ödəyicisinin Eyniləşdimə Nömrəsi) verilmə prosesi yekunlaşacaqdır. Həmin prosedur çərçivəsində avtomatik olaraq əmək müqaviləsi bildirişləri məlumatlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sisteminə göndərilməsi, vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyata alınması, ona bankda hesab açmaq məqsədilə şəhadətnamə-dublikatın verilməsi təmin ediləcək.

Xüsusilə qeyd olunub ki ki, yeni qeydiyyat sisteminə əsasən qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndəriləcək və bu sənədlərin kağız daşıyıcılarda götürülməsinə zərurət olmayacaqdır. Elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri xüsusi barkodla şifrələnməklə onların rəsmi olaraq bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatlarda qəbul edilməsi üçün qanunvericilik bazası və inzibatçılıq da təkmilləşdirilib.


ƏDV bəyannaməsinin 301 və 307-ci sətrində hansı məbləğ göstərilməlidir?

Bu xidmətdən istifadə edənlərə yardım məqsədilə “İnternet Vergi İdarəsi”ndə “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin e-qeydiyyatı” (elektron imza olmadan) Təlimatı  yerləşdirilib.

Bu addım vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir. Aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə də müsbət təsir edəcəkdir. Hazırda  “Doing Business 2019” hesabatında Azərbaycan “Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir.
Tədbirdə KİV nümayəndələrinin sualları cavablandırılıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ASAN imzanın qiymətinə yenidən baxıla bilər

posted in: Xəbər | 0

Asan İmza“Statistika göstərir ki, 2018-ci ildə Azərbaycanda “ASAN imza” (mobil imza) alanların sayı 2,5 dəfə artıb”.

Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

“Azərbaycanda MMC-lərin ilkin qeydiyyatı “ASAN imza”ya ehtiyac olmadan FİN kod vasitəsi ilə aparılacaq. Sonrakı mərhələlərdə isə rahatlıq üçün “ASAN imza” lazımdır.

Mobil imzadan istifadə edənlərin sayı artdıqca, əminəm ki, onun qiymətinə yenidən baxılacaq. Amma bu məsələ Nazirliyin səlahiyyətində deyil”, – deyə o qeyd edib.

Mənbə: report.az


ƏDV bəyannaməsinin 301 və 307-ci sətrində hansı məbləğ göstərilməlidir?

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirinin ikili mühasibatlıq haqqında çıxışı

posted in: Vergi, Xəbər | 0

ƏməkVergilər Nazirliyində ticarət fəaliyyəti ilə məşğul olan aparıcı şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Nazirliyin Media və kommunikasiya mərkəzindən əldə edilən məlumata görə, görüşdə Vergi Məcəlləsində edilmiş dəyişikliklər, ticarət sektoruna dair qanunvericilikdə təsbit edilmiş yeni tələblər, vergi uçotunun şəffaflaşdırılması və mal dövriyyəsinin sənədləşdirilməsi, dövriyyələrin və əmək münasibətlərinin leqallaşması ilə bağlı məsələlər müzakirə edilib.

Tədbirdə çıxış edən vergilər naziri Mikayıl Cabbarov vergi sistemində aparılan islahatlar barədə məlumat verərək bildirib ki, Vergilər Nazirliyi vergi orqanları ilə vergi ödəyiciləri arasında şəffaf münasibətlərin qurulması ilə bağlı açıq siyasət həyata keçirir. O, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərməyin düzgün və davamlı yol olmadığını, “ikili” hesabatlığın təkcə vergitutma baxımından deyil, həm də müəssisələrin hesabatlılığı, kapitallaşması, investisiya cəlb etməsi və bank resurslarına çıxışı baxımından da çətinliklər və məhdudiyyətlərə səbəb olduğunu diqqətə çatdırıb. Bu praktikaların və davranışların, o cümlədən əmək münasibətlərinin rəsmiləşdirilməməsi, gəlirlərin gizlədilməsi, əmək haqlarının reallıqda olduğundan aşağı göstərilməsinin təkcə dövlət üçün deyil, vətəndaşların sosial hüquqları baxımından ciddi çətinliklər yaratdığını qeyd edib.


Aksiz bəyannaməsinə dəyişikliklər edilib

Nazir ticarət sektorunun ÜDM-in formalaşmasında yüksək xüsusi çəkiyə malik olduğunu qeyd etməklə yanaşı bildirib ki, “kölgə iqtisadiyyatı”nın elementlərinə daha çox rast gəlinən sahələrdən biri də məhz bu sahədir.

Mal dövriyyələrinin sənədləşməsi və mühasibatlığın düzgün aparılmasında mövcud olan ciddi nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayan M.Cabbarov vergi orqanlarının məqsədinin sanksiyaların tətbiqi deyil, dövriyyələrin leqallaşması, hamının bərabər, leqal şərtlər əsasında işləməsi olduğunu bildirib. Vergi qanunvericiliyində 2019-cu ildən qüvvəyə minmiş dəyişikliklərin buna əyani misal olduğunu deyən nazir ilk dəfə qanun pozuntusu aşkarlanan zaman xəbərdarlıq mexanizminin tətbiq edilcəyini, vəsaitlərin bank hesablarından silinməsinin onların dondurulması ilə əvəzlənəcəyini də diqqətə çatdırıb.

Vergilər naziri vergi öhdəliyini azaltmaq üçün ən müxtəlif səviyyələrdə uzun illər ərzində formalaşmış olan bəzi düzgün olmayan praktikalardan imtina etməyi, onların biznes üçün fayda gətirmək əvəzinə, sanksiyalarla üzləşmə ehtimalı yaratdığını diqqətə çatdıraraq 2018-ci ildə bir sıra sahələrdə problemli məsələlərin üzərinə gedildiyini, “kölgə iqtisadiyyatı”nda fəaliyyət göstərən sahələrin dövriyyələrinin leqallaşdırıldığını, həmin sektorlar üzrə bazarda qaçaq malın satış payının dəfələrlə aşağı düşdüyünü və eyni yanaşmanın digər sektorlarda da tətbiq ediləcəyini bildirib.


Həyatın yığım sığortası üzrə 50%-lik limit köhnə müqavilələrə də aiddir?

Qeyd olunub ki, son iki ildə ticarət sektorunda yayındırılan dövriyyənin həcminin böyük rəqəmlərlə ölçülməsinə baxmayaraq, bu sahədə çalışan vergi ödəyicilərinin təqdim etdiyi bəyannamələrdə əmək haqlarının aşağı səviyyədə göstərilməsi sual doğurmaya bilməz. Bu halların vergidən yayınma risklərinin aşkar əlamətlərinin mövcudluğu kimi dəyərləndirən nazir bunun yolverilməz olduğunu qeyd edib.

M.Cabbarov Azərbaycan iqtisadiyyatının qüdrətinin güclü sahibkarlardan asılı olduğunu, vergi orqanlarının məqsədinin sahibkarların biznes fəaliyyəti üçün əngəl yaratmaq deyil, əksinə, onların fəaliyyətini stimullaşdırmaqdan, leqal şərtlərlə rahat işləmələrini təmin etməkdən ibarət olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində ciddi və təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı dövlət qurumları qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir sağlam və hamı üçün eyni rəqabətlilik mühitinin formalaşdırılmasının təkcə dövlətin deyil, hər bir sahibkarın da marağına uyğun olduğunu qeyd edib. Təklif olunan şəffaf münasibətləri qəbul etmək istəməyən, əvvəlki kimi qeyri-leqal fəaliyyət göstərməyə üstünlük verənlərə qarşı isə vergi orqanları fərqli yanaşma göstərəcək.

Sonra tədbirdə iştirak edən vergi ödəyicilərinin vergi qanunvericiliyində aparılmış dəyişikliklərlə bağlı çoxsaylı sualları cavablandırılıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.