Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: Azərtunel

    • Şəhər: Bakı
    • Yaş: 30 – 50 yaş
    • Təhsil: Ali
    • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Sevinc Niftiyeva
Əmək haqqı: 1400 – 1500 AZN


İş barədə məlumat

– Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
– Əsas fondların, materialların, yanacağın, məhsulun, pul vəsaitinin və Cəmiyyətin digər qiymətlilərinin, istehsal və dövriyyə məsrəflərinin, məsrəf smetalarının icrası uçotunu aparmaq
– Balans və mühasibat hesabatlarını tərtib etmək
– Vaxtında dövlət vergilərinin ödənişini, gəlir və digər ayırmaları dövlət büdcəsinə köçürülməsini, habelə kreditor borclarının müntəzəm olaraq ödənilməsini təmin etmək
– Dürüst ilkin sənədlərin və uyğun mühasibat qeydlərinin əsasında mühasibat hesabatlarını tərtib etmək və vaxtında müvafiq orqanlara təqdim etmək və s
– AR əmək məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək

Namizədə tələblər

– Xanım namizədlər tələb olunur
– Ali iqtisadi təhsil
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti
– BTP, B1, B3, 1C 8.3., MS Excel, Microsoft Office proqramlarını mükəmməl bilməli
– Baş mühasib kimi ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində işləyənlərə üstünlük veriləcək)

Mənbə: kadr.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mikro sahibkarlıq subyekti əmlak vergisindən azaddırmı?

posted in: Vergi, Xəbər | 0

Baş mühasibSual: ƏDV ödəyicisi olan hüquqi şəxsin 1.500.000 manat dəyərində əsas vəsaiti (qeri-yaşayış sahəsi) var. Hüquqi şəxs gəlirini tamamilə həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edir və illik gəliri 200.000 manatdan aşağıdır. İşçilərini sayı 5 nəfərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na əsasən hüquqi şəxs mikro sahibkarlıq subyekti olur. Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən bu hüquqi şəxs əmlak vergisindən azaddırmı?


Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki , Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur. Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır.

Eyni zamanda Vergi Məcəlləsinin 199.14-cü maddəsinə əsasən Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar. Qeyd olunanlara əsasən sorğunuzda qeyd olunan müəssisə aidiyyatı vergi güzəştləri əldə edə bilər.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ötən il artıq ödəmələrin məbləği yarım milyard manata qədər azaldılıb

posted in: Vergi, Xəbər | 0

iş yeriÖtən illərin sahibkarlar üçün problem yaradan təcrübələrindən biri də növbəti illərə aid vergilərin əvvəlcədən toplanması halları olub. 2018-ci ildə bu problemin həlli üçün ciddi addımlar atılıb və artıq ödəmələrin məbləği yarım milyard manata qədər azaldılıb.

Vergilər nazirinin müşaviri Xəqani Abdullayevin bu məsələ ilə bağlı verdiyi açıqlamaya görə, növbəti illərin vergiləri hesabına cari ildə vergilərin yığılması müəyyən problemlərin yaranmasına gətirib çıxarırdı: “2018-ci ildə artıq ödəmələrin həcmi 20 faiz – 500 milyon manat azaldılıb”.


Telegram qrupumuza üzv olun

Bildirilib ki, vergi orqanları tərəfindən sahibkarların bank və depozit hesablarından vəsaitlərin silinməsi proseduruna bu ildən yenilik edilib: “Məhkəmə qərarını gözləmədən vəsaitin silinməsi səlahiyyəti vergi orqanlarından alınıb. 2019-cu il yanvarın 1-dən inzibati şikayət verilən zaman sahibkarların bank hesabından və ƏDV depozit hesabından vəsaitlərin silinməsi təcrübəsi dayandırılıb. Əvvəllər vergi orqanları məhkəmə qərarlarını gözləmədən borca görə sahibkarın hesablarındakı vəsaitləri borclara yönəltmək salahiyyətinə malik idi. Artıq bu məsələ aradan qaldırılıb və sahibkarların bununla bağlı haqlı narazılıqları aradan götürülüb”.

X.Abdullayev qeyd edib ki, “kölgə iqtisadiyyatı”na yol açan amillərdən biri də əməkhaqqı və sosial sığorta yükünün yüksək olması idi. Vergi Məcəlləsinə edilmiş son dəyişiklik və əlavələrdə diqqət mərkəzində saxlanılan məsələlərdən biri də budur: “Əminik ki, bu islahatın tətbiqi iş yerlərinin və əməkhaqqının leqallaşdırılmasını təmin edəcək. Bunda, ilk növbədə, işçilərin özləri maraqlıdır. Çünki əmək bazarında qeyri-rəsmi çalışan və ya əməkhaqqı tam rəsmiləşdirilməyən işçilər bir qayda olaraq sosial sığorta və pensiya sistemindən kənarda qalır, onların gələcək pensiya hüquqları pozulmuş olur. Əminik ki, həyata keçirilən vergi islahatları nəticəsində özəl sektorda çalışan yüz minlərlə işçinin pensiya hüquqları bərpa olunacaq”.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

500 manat məvaciblə, 1 ildən az iş təcrübəsi olan 1C operator axtarılır

posted in: 1C, İş elanı, Xəbər | 0

1C OperatorVəzifə: 1C Operator

İşəgötürən: “AZOM” MMC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 35 yaş
  • Təhsil: Orta texniki
  • İş təcrübəsi: 1 ildən aşağı

 Baş mühasib tələb olunur

İş barədə məlumat

– 1С ilə işləyən terminalların köməyi ilə anbara gələn məhsulların qəbulu

– 1С ilə işləyən terminalların köməyi ilə anbara gələn məhsulların təhvil-təslimi

– Məsulların düzgün yerləşdirilməsi

– Vaxtında və gecikdirilmədən məhsulların toplanması və təhvil-təslimi

– ƏM (əmək müqaviləsilə qeydiyyat)

– İş qrafiki: 5 tam gün 10:00-dan 18:00-dək, şənbə 09:00-dan 14:00-dək.

Namizədə tələblər

– Ali və orta xüsusi texniki (profil) təhsil

– Müasir anbar sistemində iş təcrübəsi

– Anbarda təhvil-təslim işində işləmiş 1c operator
Mənbə: kadr.az

 


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.