Fəaliyyət olmayıbsa statistika arayışını necə verməli?

posted in: Xəbər | 0

Fəaliyyət olmayıbsa statistika arayışını necə verməli?

Əgər rüb ərzində şirkətin fəaliyyəti olmayıbsa o halda, stat.gov.az saytindan Rəsmi statistik hesabatların təqdim edilməsi bölməsindən, Respondentlər üçün fəaliyyətin müvəqqəti dayandırılması ilə bağlı skan olunmuş arayışın elektron təqdim olunması bölümündən, Fəaliyyətin müvəqqəti dayandırılması ilə bağlı skan olunmuş arayışın elektron təqdim olunması düyməsini seçmək lazımdır.

Bu bölmə vasitəsilə Siz fəaliyyətin müvəqqəti dayandırılması ilə bağlı skan olunmuş arayışı Dövlət Statistika Komitəsinə göndərə bilərsiniz.

Arayışı göndərməzdən əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir. (* – vacib sahələr).

Statistik kod düzgün daxil edildikdən sonra sistem tərəfindən yoxlanılır və əgər bazada statistik kod varsa arayış göndər bölməsi aktivləşir.

Arayış jpg, png, pdf formatlarında qəbul edilir və həcmi maksimum 2 mgb olmalıdır.

Tam olaraq link belədir: https://www.azstat.org/xidmetler/arayish/

Fəaliyyət olmaması barədə statistika arayışının nümunəsini buradan yükləyə bilərsiniz:
Yükləyin: Statistika Arayışı
Müəllif: Ramin Ramazanov / Muhasibat.Az

Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Hökumət Ödəniş Portalı”na 26 xidmət qoşulub

posted in: Xəbər | 0

Hökumət Ödəniş PortalıHökumət Ödəniş Portalı-na 26 xidmət qoşulub.

Portalın əhatə dairəsinin genişləndirilməsi vergi, rüsum, icarə haqqı, cərimə, kommunal və rabitə xidməti haqlarının və digər kütləvi ödənişlərin mərkəzləşdirilmiş qaydada bank sistemi və poçt şəbəkəsi vasitəsilə toplanmasını təmin edir

Mərkəzi Bankın yaydığı məlumata görə, Ədliyyə və Təhsil nazirlikləri, eləcə də Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə ödənişlər mərkəzləşdirilmiş qaydada yaradılmış infrastruktur vasitəsilə qəbul edilir.

Yanvarın 15-dən həmin təşkilatlar və onların tabeli qurumları tərəfindən təqdim edilən 26 xidmət Hökumət Ödəniş Portalı-na inteqrasiya olunub.

Həmin xidmətlər üzrə ödənişlər 30 bankın və “Azərpoçt” MMC-nin 2.500-dən çox filial və şöbələrində, 1.000-ə yaxın ödəniş terminalında nağd formada, eləcə də portalın internet səhifəsindən (www.gpp.az) və mobil əlavəsindən istifadə etməklə ödəniş kartları vasitəsilə nağdsız qaydada aparılır.


Azərbaycanda elektron satınalmanın tətbiqinə başlanılır

Ödənişlərin həyata keçirilməsi zamanı ödəyicinin identifikasiyası üçün Ədliyyə Nazirliyi üzrə şəxsiyyət vəsiqəsi rekvizitlərindən, Qida Təhlükəsizliyi Agentliyi üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən, VÖEN-dən və ya qurum tərəfindən təqdim edilən sənəd nömrəsindən, Təhsil Nazirliyi üzrə bu qurum tərəfindən verilmiş ödəyici kodundan, məktəbdənkənar təhsil müəssisələri üzrə şəxsiyyət vəsiqəsinin rekvizitlərindən istifadə olunmalıdır.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda elektron satınalmanın tətbiqinə başlanılır

posted in: Xəbər | 0

Hüquqi şəxsin uçot məlumatları“Azərbaycan Respublikası Prezidentinin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli qanununun qüvvəyə minməsi ilə əlaqədar imzaladığı fərmanın icrası istiqamətində işlər aktiv davam etdirilir”.

Bunu jurnalistlər üçün keçirilən mətbuat konfransında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki Nərmin Kazımlı deyib.

N.Kazımlının sözlərinə görə, fərmana əsasən bir ay müddətində dövlət satınalmalarının vahid internet portalının yaradılması, həmin portalın əsasnaməsi və dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin davranış kodeksi layihələrinin hazırlanması, dövlət satınalmaları ilə bağlı digər metodiki sənədlərin qəbul olunması nəzərdə tutulub: “Fərmandan irəli gələn məsələlərin effektiv və vaxtında icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 10 yanvar 2019-cu il tarixli 15 saylı sərəncam da imzalanıb. Sərəncamla dövlət satınalmaları üzrə yeni mexanizmin tətbiqi məqsədilə aidiyyatı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Bu çərçivədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəzdində yaradılan və əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun görüşləri və müzakirələri təşkil olunub”.

Qeyd edək ki, fərman ölkədə yeni elektron satınalma modelinə keçidi və bu əsasda dövlət satlınalmalarının effektiv planlaşdırılması və icrasını nəzərdə tutur. Yeni modeldə dövlət satınalmalarının həyata keçirilməsi zamanı tətbiq edilən qaydalar bərabər, ədalətli və rəqabətli iqtisadi imkanların yaradılması məqsədini daşıyır. Fərmana müvafiq olaraq elektron satınalma ilə bağlı bütün prosedurlar və qarşılıqlı informasiya mübadiləsi vahid internet portal vasitəsilə onlayn həyata keçiriləcək. Bu məqsədlə satınalan təşkilat illik satınalma planını dövlət satınalmalarının vahid internet portalında yerləşdirəcək. Tender komissiyasının iclasları isə virtual şəkildə təşkil olunmaqla dövlət xərclərinin istifadəsi zamanı şəffaflığın daha da artmasını təmin edəcək.

Eyni zamanda, yeni elektron satınalma modeli çərçivəsində dövlət satınalmasının planlaşdırılması, tender təklifinin qəbul olunması və iddiaçıların hüquqlarının qorunması üzərində təkmil nəzarət mexanizmi yaradılır.

“Dəyişikliyə əsasən tender təklifinin təminatı 1-5%-dən 1%-ə endirilib, malgöndərənlərin şikayətlərinə baxılması müddəti 20 bank günündən 10 bank gününə və çıxarılan qərarlar elektron qaydada təqdim olunmaqla müddəti 3 bank günündən 1 bank gününədək azaldılıb. Bütövlükdə dövlət satınalması üzrə yeni modelin tətbiqi ölkədə rəqabətli satınalma metodlarından istifadəyə imkan verir, tam, etibarlı və vaxtında olan satınalma məlumatlarına ictimai çıxışı əhəmiyyətli dərəcədə yaxşılaşdırır”, – deyə Nərmin Kazımlı əlavə edib.

Mənbə: report.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

İşəgötürən: Baş mühasib

Şirkət: Berc Group

  • Şəhər: Bakı
  • Yaş: 25 – 50 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Rəşad bəy
İş barədə məlumat
– Vergi orqanları ilə yazışmalar, lazım gəldikdə görüşlərdə iştirak etmək
– Bütün vergi hesabatlarının hazırlanması və göndərilməsi,
– İnternet vergi idarəsində mövcud olan əməliyyatları sərbəst şəkildə icra etmək, texniki əməliyyatları qanunvericiliyin tələblərinə uyğun icra etmək
– E-gov.az elektron portalında sərbəst şəkildə işləmək
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Bank əməliyyatları üçün tələb olunan sənədləşmə və əməliyyatların sərbəst şəkildə icra edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq orqanına hesabatların hazırlanması və təqdim edilməsi
– Tabeçiliyində olan işçilərin icra etdikləri əməliyyatlara nəzarət etmək
– Şirkətin xidmət göstərdiyi müştərilərin cari vəziyyətlərinin nəzarətdə saxlanılması, müştərilərlə görüşlərin keçirilməsi, müştərilərin tələb və istəklərini rəhbərliklə müzakirə etmək
– İş qrafiki: həfət içi 09:00-dan 18:00-dək
– Sabit əmək haqqı 700 – 1200 AZN
– İş yükündən və nəticədən asılı olaraq əmək haqqına 1500 AZN-ə qədər əlavələr (bonuslar) olacaqdır
– Ümumi əmək haqqı bonusla birlikdə 2700 AZN-ə qədər təşkil edə bilər
– Ünvan: Bakı, Nəsimi rayonu,Tbilisi prospekti 3007,44C

800 manat məvaciblə Maliyyəçi tələb olunur

Namizədə tələblər
– Ali təhsil (təhsilin maliyyə, biznesin idarə olunması və mühasibat sahəsində olması üstünlükdür)
– Riyazi analitik qabiliyyəti
– Müştərilərlə ünsiyyət qurma və münasibətlərin idarə edilməsi bacarığı
– Komandanın idarə edilməsi təcrübəsi və bacarığı
– Mühasibat Uçotu üzrə yüksək biliklər (ACCA, CİMA və digər sertifikatların olması üstünlükdür)
– Vergi və Kadr uçotu üzrə yüksək biliklər
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– İnternet vergi idarəsi, e-gov.az və BTP proqramından sərbəst istifadə etmək bacarığı
– MS Office proqramlarında (xüsusi ilə excell yüksək səviyyədə işləmək bacarığı)
– 1C proqramını bilməli
– Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan
– Məsuliyyət götürmək, təşəbbüskarlıq, ixtisasını daimi təkmilləşdirən
– Xarici dil bilikləri (Rus və İngilis dili) üstünlük hesab edilirCV-lərinizi fotoşəkil ilə birlikdə /  elektron ünvana “Baş mühasib” başlığı altında göndərməyiniz mütləqdir.Elanın bitmə tarixi: 31.01.2019

Mənbə: kadr.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.