2018-ci ildə nə qədər NKA qeydiyyatdan keçib?

posted in: Xəbər | 0

POS-terminalVergi ödəyiciləri qarşısında qoyulmuş əsas tələblərdən biri nağd pul hesablaşmalarının aparıldığı təsərrüfat subyektlərində və obyektlərdə vergi ödəyiciləri tərəfindən nəzarət-kassa aparatlarının (NKA) quraşdırılmasıdır. Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, bəzi fəaliyyət növləri istisna olmaqla, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Hazırda əksər təsərrüfat subyektlərində NKA-ların qeydiyyatı, quraşdırılması, istifadəsi üçün lazım olan bütün infrastruktur mövcuddur.


2019-cu il Yanvar ayı üzrə vergi təqvimi

Son bir ildə nəzarət-kassa aparatlarının quraşdırılması, qeydiyyatı ilə bağlı vergi orqanlarının apardığı tədbirlər bu sahədə müsbət dəyişikliklərlə nəticələnib.

2018-ci ildə qeydiyyatdan keçmiş NKA-ların sayı 18.603 ədəd olub ki, bu da əvvəlki ilə nisbətən 8,4 faiz çoxdur.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi

posted in: Xəbər | 0

İnzibati xətalarAzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 10, maddə 1608, № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788, № 12, maddələr 1984, 2000, 2009, 2024, 2049; 2017, № 1, maddə 21, № 2, maddələr 139, 147, 152, 162, № 3, maddələr 331, 344, № 5, maddələr 698, 701, 734, 749, 754, № 6, maddələr 1020, 1033, 1036, № 7, maddələr 1273, 1296, 1297, 1299, № 11, maddələr 1964, 1966, 1969, 1979, № 12 (I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256, 2266; 2018, № 1, maddə 19, № 2, maddələr 160, 162, 163, № 3, maddələr 383, 401, 404, № 4, maddə 646, № 5, maddələr 857, 860, 862, 876, 883, № 6, maddələr 1153, 1188, № 7 (I kitab), maddələr 1435, 1437, 1438, № 10, maddə 1963; Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1248-VQD, 1254-VQD nömrəli, 30 oktyabr tarixli 1301-VQD, 1307-VQD, 1317-VQD nömrəli, 2 noyabr tarixli 1326-VQD nömrəli, 30 noyabr tarixli 1363-VQD və 1371-VQD nömrəli qanunları) aşağıdakı məzmunda 276-1-ci və 457-1-ci maddələr əlavə edilsin:

“Maddə 276-1. Təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməməsi

Təhlükə potensiallı obyektlərin “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət reyestrində qeydiyyatdan keçirilməməsinə görə –

fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.

Maddə 457-1. Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulması

457-1.1. Əlvan və qara metal tullantılarının qəbulu qaydalarının pozulmasına, yəni:

457-1.1.1. əldə edilmə mənbəyi məlum olmayan, qanunsuz yolla əldə edilməsi müəyyən edilən əlvan və qara metal tullantılarının qəbul olunmasına;

457-1.1.2. fiziki şəxslərdən şəxsiyyəti təsdiq edən sənədlər tələb olunmadan əlvan və qara metal tullantılarının qəbul edilməsinə;

457-1.1.3. radiasiya və partlayış təhlükəsizliyi baxımından müayinədən keçirilmədən əlvan və qara metal tullantılarının qəbul edilməsinə;

457-1.1.4. qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması obyektləri təhlükə potensiallı obyektlər olaraq dövlət reyestrində qeydiyyatdan keçirilməyən sahibkarlıq subyektləri tərəfindən bu növ tullantıların qəbulu fəaliyyətinin həyata keçirilməsinə görə –

fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir.

457-1.2. Bu Məcəllənin 457-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –

fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Mənbə: president.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

800 manat məvaciblə Maliyyəçi tələb olunur

posted in: İş elanı, Maliyyə, muhasibat, Xəbər | 0

MaliyyəçiVəzifə: Maliyyəçi

İşəgötürən: Hakanfoods Azerbaijan Trading

    • Şəhər: Bakı
    • Yaş: 25 – 35 yaş
  • Cins: Qadın
    • Təhsil: Ali
    • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
    • Əlaqədar şəxs: Gülnarə xanım
  • Əmək haqqı: 600 – 800 AZN

Mühasib və HR-lar üçün Ödənişli Təcrübə Proqramı


İş barədə məlumat

– Satış, iadə və ödəniş qaimələrinin gündəlik 1C proqramına daxil edilməsi, nəzarəti, yaranan problemlərin araşdırılması və aradan qaldırılması
– Gündəlik, həftəlik, aylıq daxili hesabatların hazırlanması
– Həftədə 6 iş günü
– İş vaxtı: 09:00-dan 19:00-dək
– İstirahət günü: Bazar günü


Telegram qrupumuza üzv olun

Namizədə tələblər

– Yalnız xanımlar
– Ali təhsil (mühasibat, riyaziyyat və iqtisadiyyat arzuolunandır)
– Uyğun iş təcrübəsi
– Məntiqi düşünmək, detallara diqqət etmək qabiliyyəti
– MS Excel və 1C 8.2 proqramlarında işləmək bacarığı

Mənbə: kadr.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Read More

2019-cu il Yanvar ayı üzrə vergi təqvimi

posted in: Vergi, Xəbər | 0

Vergilər Nazirliyi2019-cu il Yanvar ayı üzrə vergi təqvimi


Gəlir vergisi (xüsusi notariuslar üzrə): Xüsusi notariusların gəlir vergisi üzrə hesabat dövrü rübdür. Xüsusi notariuslar tərəfindən hər bir ay ərzində aparılan notariat hərəkətlərinə, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətlərə görə alınan haqlardan (xərclər nəzərə alınmadan) 10 faiz dərəcə ilə gəlir vergisi hesablanmalı, hesablanmış vergi məbləği isə növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Gəlir vergisi (idman mərc oyunları, lotereyalar, habelə digər yarışlar və müsabiqələr üzrə): İdman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlar və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsdən ödəmə mənbəyində tutulan gəlir vergisi üzrə hesabat dövrü aydır. İdman oyunları ilə əlaqədar aparılan idman mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən uduşlar (mükafatlar) əldə edən şəxsə ödəmələr verən şəxslər ödəmə mənbəyində gəlir vergisini hesablayaraq tutmağa, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və həmin müddətədək “Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”ni vergi orqanına verməyə borcludurlar.

Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, qeydiyyatda olduğu vergi orqanına verməli və həmin müddətdə vergini dövlət büdcəsinə ödəməlidir.

Aksizlər: Aksizlər üzrə hesabat dövrü təqvim ayıdır. Aksizli mallar istehsal edildikdə hər hesabat dövrü üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir.

Yol vergisi: Bu vergi üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq “Yol vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

Mənbə: vergiler.az


Telegram qrupumuza üzv olun

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.