“Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcək
23 yanvar 2019-cu il tarixində Fairmont hotelində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkiltları Milli Konfederasiyası (ASK) və Beynəlxalq Əmək Təşkilatının (BƏT) birgə təşkilatçılığı ilə “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçiriləcəkdir.
Konfransda aidiyyəti dövlət orqanlarının, sosial tərəfdaşların, elm-təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin, sahibkarların iştirakı ilə gənclərin məşğulluğu sahəsində mövcud vəziyyət, müasir dövrün çağırışları, perspektivlər mövzusunda beynəlxalq ekspertlərin, eləcə də yerli mütəxəssislərin təqdimatları, təhsil və bacarıqlar, gənclərin sahibkarlığı və qanunvericilik mövzularında panel sessiyaların keçirilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı, konfransda BƏT-in 22 yanvar tarixində “Əməyin Gələcəyi” mövzusunda hazırladığı Qlobal Hesabatın ilk dəfə olaraq Bakıda təqdimatı keçiriləcəkdir.
21 yanvar 17:00-dək iştirakınız barədə əlaqələndirici şəxsə məlumat verməyiniz xahiş olunur.
Konfransın başlama vaxtı: 09:30, Qeydiyyat: 09:00-09:30
Əlaqələndirici şəxs: Taleh Sadıqov (Tel.: (+994 12) 465 72 42/105; (+994 50) 641 77 53, )
Hörmətlə,
Vüsal Əzizov
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası
Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri
Tel: (+994 12) 465 72 43 (daxili: 105)
Faks: (+994 12) 465 72 42
Auditorlar Palatası iqtisadi subyektləri müstəqil auditor cəlb etməyə çağırıb.
Məsləhət xidmətləri göstərən və sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkar 2018-ci ilin dekabr ayında həmin tarixədək göstərilmiş xidmətlərə görə müştərisinə elektron qaimə-faktura göndərmişdir. Müştəri, maliyyə durumunun çətin olmasını əsas göstərərək ödənişi 2019-cu ilin yanvar ayında edə biləcəyini bildirmişdir. AR Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, sözügedən sadələşdirilmiş vergi ödəyicisi 1 yanvar 2019-cu il tarixindən etibarən gəlir vergisinin ödəyicisi olur.
Şirkət: A+CO MMC