Energetik içkilərə aksiz vergisi bu tarixdən tətbiq olunacaq

posted in: Vergi, Xəbər | 0

Energetik içkiEnergetik içkilərə aksiz vergisi gələn aydan tətbiq olunacaq.

Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri”ndə dəyişikliklər edilib.

Dəyişikliyə əsasən, Azərbaycana gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələri dəyişib: şəkər əlavələri və ya digər şirinləşdirici və ya dadaromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərin 1 litri üçün 3 manat; tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilərin 1 litri üçün 2 manat; siqarlar, o cümlədən ucları kəsilmiş siqarların 1 ədədi üçün 1 manat; siqarillaların 1000 ədədi üçün 20 manat; tütün tərkibli siqaretlərin 1000 ədədi üçün 28 manat; tərkibində tütün əvəzləyicisi olan siqarların 1 ədədi üçün 1 manat; tərkibində tütün əvəzləyicisi olan siqarillaların 1000 ədədi üçün 20 manat; tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədədi üçün 28 manat; elektron siqaret mayesinin 1 litri üçün 20 manat müəyyən edilib.

Qərar 2019-cu il yanvarın 10-da dərc edilib və 30 gün sonra, yəni fevralın 10-da qüvvəyə minəcək.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Dünyada ilk mühasibatlıq muzeyi açıldı

posted in: muhasibat, Xəbər | 0

Mühasibat uçotu: Hindistanda dünyada ilk mühasibatlıq muzeyi açılıb.

Hindistanın sertifikatlaşdırılmış mühasibatlıq institutu dünyada ilk mühasibat uçotu muzeyinin yaradılmasına demək olar ki, düz beş il vaxt sərf edib.

Muzey eksponatları özündə müxtəlif pulları və Vedi tarixi dövrünə aid rəsm əsəri və bir çox digər şeyləri birləşdirir. Eləcə də sözügedən muzeydə mühasibat uçotu ilə bağlı ölkənin müxtəlif yerlərindən toplanmış tarixi eksponatlar toplanıb. Həmin eksponatlar üzrə mühasib peşəsini əks etdirən tarixlə tanış olmaq mümkündür.  Bəzi sənədlərin bir hissəsinin yaşı bir neçə yüz ili əhatə edir.

Muzeyin ilk ziyarətçiləri əsasən Hindistanın müxtəlif dövlət universitetlərinin maliyyə fakultələrinin tələbələri olublar. Məktəblərdən birinin direktoru ziyarət zamanı tələbələrə bildirib ki, bu gün gənclərin mühasibat-auditor peşəsini seçmələri üçün daha çox motivlər var, belə ki, əvvəllər gənclərin əksəriyyəti riyaziyyat sahəsinə və ya elminə daha çox üstünlük verirdilər.

“Muzeyin ilk açılış günündə onu ziyarət edənlərin arasında maliyyə universitetlərinin tələbələrini görmək çox xoşdur, hansı ki, onlar yaxın vaxtlarda ixtisaları üzrə diplomlar alacaqlar”, – İndoredə (muzeyin açıldığı şəhər) ICAİ şöbəsinin direktoru Mano Gupta belə söyləyib.   


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əlavə iş yerində əmək haqqından gəlir vergisi necə hesablanmalıdır?

posted in: Vergi, Xəbər | 0

2019-cu il üçün Əmək Haqqı CədvəliSual: İşçi əsas iş yerindən 800 manat əmək haqqı alır, əlavə iş yerindən isə 450 manat əmək haqqı alır. Bu zaman əlavə iş yerindən aldığı 450 manatda gəlir vergisi ödəməkdən (14%) azaddır ya əlavə iş yeri olduğuna görə azadolma burada tətbiq edilmir?

Cavab: Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir. Eyni zamanda Vergi Məcəlləsinin 101.1-2-ci maddəsinə əsasən İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir. Yuxarıda göstərilənlərə əsasən sorğunuzda qeyd olunan əmək haqlarının neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən şəxsə aid olduğu halda gəlir vergisindən azad edilir.


Malların satışı üçün agentə E-qaimə verilir?

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təsisçi ilə şirkət arasında bağlanan borc müqaviləsi nümunəsi

posted in: Müqavilələr, Xəbər | 2

Saytımızın izləyicilərinin xahişi ilə Təsisçi ilə bağlanan borc müqaviləsi nümunəsini sizə təqdim edirik. Həm ümumu şəkildə nəzər yetirə bilər, həm də faylı yükləyərək əldə edə bilərsiniz.


Təsisçi ilə şirkət arasında bağlanan borc müqaviləsi

Bakı şəhəri                                                                                                                30 OKTYABR 2018-ci il

Bir tərəfdən Azərbaycan Respublikası vətəndaşı, “XXXXXXXXX” MMC-nin təsisçisi YYYY YYYY YYYY oğlu, bundan sonra «Borc verən» adlanacaq və digər tərəfdən  “XXXXXXXXX” Məhdud Məsuliyyətli Cəmiyyəti, XXXX XXXX XXXX qızı şəxsində, bundan sonra «Borc alan»  adlanacaq, aşağıdakı şərtlər əsasında bu müqaviləni (bundan sonra «Müqavilə» adlanacaq) bağladılar.

1. Müqavilənin predmeti

1.1. Müqaviləyə görə «Borc verən» bu Müqavilənin 1.3-cü maddəsində göstərilən pul məbləğini (bundan sonra «Borc» adlanacaq) «Borc alan»a verməyi, «Borc alan» isə aldığı borcu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada «Borc verən»ə qaytarmağı öhdəsinə götürür.

1.2. Bu müqavilə üzrə borc 12 (on iki) təqvim ayı müddətinə verilir və həmin müddət başa çatanadək tam həcmdə «Borc verən»ə qaytarılmalıdır.

1.3. Bu müqavilə üzrə borcun məbləği 100 000 (bir yüz min) manatdır.

1.4. Borc «Borc alan»a “XXXXXX” MMC-nin cari xərclərini ödəmək və Əsas vəsitlərin alınması məqsədləri üçün verilir.

1.5. Borc məbləğinin verilməsi və alınması Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq həyata keçirilməlidir.

1.6. Bu Müqavilə və pulun ödənilməsini təsdiq edən sənəd borcun verilməsini təsdiq edən  sənədlər kimi çıxış edir.

2. Tərəflərin hüquq və vəzifələri

2.1.  «Borc verən»in hüquqları:

2.1.1. Borc alan bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi  təqdirdə müqaviləni birtərəfli qaydada ləğv etmək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək;

2.1.2. Borc alan bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 10% miqdarında cərimə tələb etmək;

2.1.3. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini «Borc alan»dan tələb edir.

2.2.  «Borc verən»in vəzifələri:

2.2.1. Bu Müqavilədən irəli gələn pul öhdəliklərinin tam və ya qismən icra edilməsi barədə «Borc alan»a onun tələbi ilə təsdiqedici sənəd(lər) təqdim etməyi;

2.2.2. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.

2.3. «Borc alan»ın hüquqları:

2.3.1. Bu Müqavilədən irəli gələn pul öhdəliklərini tam və ya qismən vaxtından əvvəl icra etmək;

2.3.2. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini «Borc verən»dən tələb edir.

2.4. «Borc alan»ın vəzifələri:

2.4.1. Borcu  Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada «Borc verən»ə qaytarmağı;

2.4.2. Borcu vaxtında və tam həcmdə ödəməzsə ödəmənin gecikdirildiyi hər gün üçün ümümi borc məbləğinin gündəlik 0.01% miqdarında penya ödəməyi;

2.4.3. Bu Müqavilə ilə üzərinə götürdüyü öhdəliklərdən hər hansı birini və ya bir neçəsini vaxtında və lazımınca icra etmədiyi təqdirdə ümumi borc məbləğinin 5% miqdarında cərimə ödəməyi;

2.4.4. Müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür.

3. Borcun qaytarılması şərtləri

3.1. Borc bu müqavilənin 1.2-ci maddəsində göstərilən müddət bitənədək tam həcmdə «Borc verən» ə qaytarılır.

3.2. Borc «Borc verən» ə və ya onun nümayəndəsinə nağd olaraq qaytarılır və borcun qaytarılması  tərəflər arasında təhvil aktının imzalanması ilə həyata keçirilir.

3.3.«Borc verən» borcun qaytarılması müddəti üçün möhlət müəyyən edə bilər.

4. Müqavilənin hüquqi qüvvəsi və ləğv edilməsi

4.1. Bu Müqavilə Tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir və «Borc alan» tərəfindən borc və digər pul tələbləri üzrə öhdəliklərin «Borc verən»ə tam həcmdə icra olunduğu andan qüvvədən düşür.

4.2.  «Borc alan» yalnız borcu və «Borc verən»in digər pul tələblərini tam icra etdikdən sonra bu Müqaviləni birtərəfli qaydada vaxtından əvvəl ləğv edə bilər.

5. Tərəflərin məsuliyyəti

5.1. Bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir.

6. Əlavə şərtlər

6.1. Bu müqavilə Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir və nüsxələrdən biri «Borc verən»də, digəri isə «Borc alan»da saxlanılır.

6.2. Bu müqavilə ilə nəzərdə tutulan hallar istisna olmaqla, onun şərtlərinin dəyişdirilməsinə tərəflərin razılığı ilə yol verilir. Müqaviləyə edilən əlavə və dəyişikliklər yazılı qaydada aparılır və tərəflərin imzaları ilə təsdiq edildiyi andan hüquqi qüvvəyə minir.

7. Mübahisələrin həlli

7.1. Bu müqavliənin icrası ilə əlaqədar tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıqla həll edilir.

7.2. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll ediləcəkdir.

7.3. Bu müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə tənzimlənir.

8. Tərəflərin hüquqi ünvanı və rekvizitləri

«Borc verən»

YYYYY YYYYY YYYYY oğlu

______________________

İmza

«Borc alan»

“XXXXXXXXXX” Məhdud

Məsuliyyətli Cəmiyyəti

VÖEN:_______________

Direktor

XXXXXXXXX XXXXXX qızı

______________________

imza

 

Faylı yükləyin: Təsisçi ilə şirkət arasında bağlanan borc müqaviləsi

Müəllif: Ramin Ramazanov / Muhasibat.Az MMC-nin Direktoru


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.