Azərbaycanda 13 yerli, 4 xarici şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0
şirkətVergilər.Az saytında dərc olunan yazıya əsasən, Azərbaycanda 13 yerli və 4 xarici şirkət ləğv edilib. Hər birini diqqətinizə çatdırırıq.

“TURBO.AZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 2000996091

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Neapol, ev 24A, mənzil 161 ünvanına bildirə bilərlər.


“GAP MEDİA GROUP” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1701696421

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1005, Bakı şəhəri, Səbail rayonu, Əlimərdan bəy Topçubaşov, ev 11, mənzil 43, giriş B ünvanına bildirə bilərlər.


“GAP ADVERTİSİNG” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1701091771

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Qoqol, ev 6, mənzil 34 ünvanına bildirə bilərlər.


“ELŞƏN” FİRMASI
VÖEN: 1400162351

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Nizami 73 ünvanına bildirə bilərlər.


“GAMMA TECHNOLOGIES ” Məhdud Məsuliyyətli Cəmiyyəti
VÖEN: 1404051061

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsi, ev 75, mənzil 1 ünvanına bildirə bilərlər.


“MONTESSORİ” KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI
VÖEN: 1402517881

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 37 “a”, mənzil 133 ünvanına bildirə bilərlər.


ADVENT-XƏZƏR MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1301180051

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1001, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsi, ev 81, mənzil 10 ünvanına bildirə bilərlər.


“HİLAL” FİRMASI
VÖEN: 1800080841

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini  AZ1048, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, ev 25 ünvanına bildirə bilərlər


“LUİS BERGER SAS AZƏRBAYCAN” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ləğv prosesindədir)
VÖEN: 1401266561

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini AZ1010, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15, Azure Business Center, mərtəbə 15, ofis 98 ünvanına bildirə bilərlər.


“KÖNÜL” FİRMASI
VÖEN: 1500166901

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi, ev 17, mənzil 83 ünvaanına bildirə bilərlər.


“RUSİYA KƏND TƏSƏRRÜFATI BANKI” SƏHMDAR CƏMİYYƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI NÜMAYƏNDƏLİYİ (Ləğv prosesindədir)
VÖEN: 1701093221

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, Korpus 1 ünvanına bildirə bilərlər.


“NORD TRADİNG (FZE)” MƏHDUD MƏSULİYYƏTLİ AZAD ZONA TƏSİSATININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI (Ləğv prosesindədir)
VÖEN: 1602923851

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 94 ünvanına bildirə bilərlər


“İVERİON PETROLEUM LİMİTED” ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI (Ləğv prosesindədir)
VÖEN: 1602937101

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 94 ünvanına bildirə bilərlər.


“OİLFAİR (FZE)” MƏHDUD MƏSULİYYƏTLİ AZAD ZONA TƏSİSATININ AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI (Ləğv prosesindədir)
VÖEN: 1602916391

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 94 ünvanına bildirə bilərlər.


“ARDİ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ (Ləğv prosesindədir)
VÖEN: 1501751981

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini AZ1108, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV, ev MƏHƏLLƏ 2084 ünvanına bildirə bilərlər.


“FH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (Ləğv prosesindədir)
VÖEN: 2003931861

Ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini AZ1142, BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, BABƏK PR., ev 64, m. 94 ünvana bildirə bilərlər.


“BMA” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ
VÖEN: 1002052191

Ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini AZ1147, BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, ADİL MƏMMƏDOV 9 MKR, ev 16, m. 56 ünvanına bildirə bilərlər.

Bu ölkədə vergi amnistiyası qüvvəyə minib

posted in: Vergi, Xəbər | 0

Qazaxıstanda vergi amnistiyası qüvvəyə minib.

90 mindən artıq kiçik və orta müəssisə bu güzəştdən faydalanacaq.

Prezident Nursultan Nazarbayev keçən ilin oktyabr ayında ölkə vətəndaşlarına “Qazaxıstanlıların rifah halının yüksəldilməsi: gəlirlərinin və həyatın keyfiyyətinin yüksəldilməsi” ilə bağlı müraciətində səlahiyyətli dövlət orqanlarına kiçik və orta biznes subyektləri üçün vergi amnistiyası tətbiq edilməsi barədə tapşırıq vermişdi.

Söhbət əsas vergi borcunu ödəyən vergi ödəyicilərinə hesablanmış faiz və cərimələrdən gedirdi. Bundan əlavə, 2018-ci ilin oktyabr ayına qədər borcu olan kiçik və orta sahibkarlar öz borclarını 2019-cu ilin sonuna qədər ödəyəcəkləri halda, onlara hesablanmış faiz və cərimələrin də silinməsi nəzərdə tutulur.


Bu bəyannamənin tərtib olunması qaydaları təsdiqlənib

Bu güzəştlər aşağıda göstərilən vergi ödəyicilərinə tətbiq edilmir:

  • monitorinqə düşən iri vergi ödəyiciləri;
  • mədən istifadəçiləri (yeraltı suların və müalicə palçığının hasilatçıları istisna olmaqla);
  • aksiz vergisi tətbiq olunan məhsul istehsalçıları;
  • sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər.

Bu meyarlar nəzərə alınmaqla 90.077 təsərrüfat subyektinin vergi amnistiyasından faydalanacağı gözlənilir. 2018-ci ilin oktyabr ayına onların vergi borcu 340,6 milyard tenge (100 tenge=0,450 manat), hesablanmış faizlər 122,9 milyard tenge, cərimələr isə 7,3 milyard tenge təşkil edirdi.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu bəyannamənin tərtib olunması qaydaları təsdiqlənib

posted in: Vergi, Xəbər | 0

Turbo.AzSadələşdirilmiş verginin bəyannaməsinin tərtib olunması qaydaları təsdiq edilib.

Vergilər nazirinin əmri ilə təsdiq edilmiş “Sadələşdirilmiş verginin bəyannaməsinin tərtib olunması qaydaları”na əsasən, bəyannamə Vergi Məcəlləsinin 218-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin ödəyicisi sayılan vergi ödəyiciləri tərəfindən tərtib edilərək hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanlarına təqdim edilməlidir.

Bəyannamədə vergi ödəyicisi haqqında ümumi məlumat əks etdirilməlidir. Vergi Məcəlləsinin 101-ci maddəsinə edilmiş dəyişikliklərlə əlaqədar olaraq muzdlu işlə bağlı aylıq gəlirlərdən verginin hesablanması həmin şəxsləri işə götürən vergi ödəyicisinin fəaliyyət sahəsindən asılı olaraq ayrı-ayrı formada aparılır. Verginin hesablanması Məcəllənin 220.1-ci və 220.1-1-ci maddəsinə əsasən aparılmalıdır.


Mənfəət vergisi bəyannaməsinin tərtib olunması qaydasında dəyişiklik edilib.

Ödəyicilərə tövsiyə olunur ki, muzdlu işlə əlaqədar gəlir vergisinin hesablanması haqqında məlumat bölməsində “Əmək müqavilələri üzrə işçilərin “İş icazəsi verilmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı” sütununda iş icazəsi verilmiş, lakin əmək müqaviləsi bağlanmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin də sayı, gəlirləri və digər göstəriciləri qeyd edilsin. Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə ödəmə mənbəyində tutulan verginin hesablanması haqqında məlumatlarda isə müvafiq göstəricilərin nəzərə alınması zəruridir.


Azərbaycanda nə qədər vergi ödəyicisi var?

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi üzrə mühasib tələb olunur

posted in: muhasibat, Vergi, Xəbər | 0

mühasibVəzifə: Vergi üzrə mühasib

İşəgötürən: Gilan Holding

Kateqoriya: Maliyyə

İş növü: Tam iş günü (Full-time)

Tələb olunan iş təcrübəsi: 1 ildən 3 ilə qədər

İş yeri: Azərbaycan / Bakı

Dillər: Səviyyə

Azərbaycan: Ana dili

İngilis: Orta

Rus: Orta


Telegram qrupumuza üzv olun

Öhdəliklər:

  • Mühasibatlıq hesabatlarının vaxtında və düzgün hazırlanmasına köməklik göstərmək;
  • Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatlarının tərtib olunmasında köməklik göstərmək;
  • Nəğd pul və bank ödəmələrinə nəzarət etmək;
  • Müqavilələrin, İnvoice-ların hazırlanmasında köməklik göstərmək;
  • Vergi saytında “online” E-qaimələrin, EVHF kəsilməsi ilə bağlı tapşırıqların yerinə yetirilməsinə köməklik göstərmək;
  • Mühasibatlığın ilkin sənədlərinin yoxlanılmasına və müvafiq qovluqlara yerləşdirilməsinə köməklik göstərmək;
  • Daxili mühasibatlıq sistemində pul köçürmələrinin idarə edilməsinə köməklik göstərmək;
  • Şirkətin daxili və xarici auditinin vaxtında və keyfiyyətli aparılmasına köməklik göstərmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabına (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək;
  • Mühasibin digər tapşırıqlarını yerinə yetirmək.

 Tələblər:

  • Mühasibatlıq/Maliyyə/Vergi üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Müvafiq sahədə ən az 2 illik iş təcrübəsi;
  • İngilis və azərbaycan dillərinin mükəmməl biliyi;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı;
  • Mükəmməl ünsiyyət bacarıqları və komandada işləmək bacarığı.

Müraciət linki: https://hr.gilanholding.com/v/4944#

Email: 

Əlaqə: +994 12 310 30 30

Mənbə: gilanholding.com

Elanin bitmə tarixi: 31-01-2019


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.