Maliyyə Bazarlarına Nəzarət Palatası auditor axtarır

posted in: Audit, Maliyyə, Xəbər | 0

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin yekunlarına görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BMSH) uyğun illik maliyyə hesabatlarının audit olunması xidmətinin satın alınması məqsədi ilə kotirovka sorğusu elan edir.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasına, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanına (əlaqələndirici şəxs: Rüstəm Kərimov. Telefon: +99412 493-50-58/285, faks +99412498-12-14) müraciət edə bilər.


Bu ailələrə yeni vergi güzəşti tətbiq edilib

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 11 yanvar 2019-cu il saat 17:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bu ailələrə yeni vergi güzəşti tətbiq edilib

posted in: Vergi, Xəbər | 0

balansVergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliyə əsasən, şəhid övladları üçün gəlir vergisi üzrə güzəşt müəyyənləşdirilib.

Məcəllədə göstərilir ki, şəhid övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıb. Başqa sözlə, muzdlu işçi kimi əməkhaqqı alan şəhid övladları yanvarın 1-dən əməkhaqqının 400 manatadək hissəsindən gəlir vergisi ödəməyəcəklər. Xatırladaq ki, indiyədək bu güzəşt yalnız həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) şamil edilirdi. Vergi Məcəlləsinin 102-ci maddəsinə (“Gəlir vergisindən azadolmalar və güzəştlər”) edilmiş dəyişikliklə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri) ilə yanaşı, onların övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılıb.

Dəyişikliyin məqsədi şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. Şəhid ailələrinə ünvanlanmış bu dəyişikliyin həmin kateqoriyaya aid şəxslərin əməkhaqqından tutulan gəlir vergisinin necə hesablanacağına dair nümunəni təqdim edirik:

Həlak olmuş döyüşçünün övladı dövlət sektorunda çalışır və 1000 manat əməkhaqqı alır.
Bu zaman onun gəlir vergisi aşağıdakı şəkildə hesablanacaq:
1000 manat – 200 manat (vergiyə cəlb olunmayan məbləğ) – 400 manat
(gəlir vergisi üzrə güzəşt) x 14 faiz = 56 manat


ƏDV qeydiyyatının ləğv edilməsi vergi yoxlamasının keçirilməsi üçün əsas sayıla bilər?


Ermənistan və Azərbaycan arasında 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 13 min nəfərə yaxın Azərbaycan hərbçisi şəhid olub. Bundan əlavə, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş və şəhid statusu almış mülki şəxslər, habelə atəşkəs dövründə şəhid olmuş hərbi qulluqçular da var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda ƏƏSMN tərəfindən Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin olunan şəhid ailələrinin sayı 12.779; 20 Yanvar şəhidi ailələrinin sayı isə 119-dur.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyi işə qəbul üzrə müsabiqə elan edib (Yenilənmiş)

posted in: Vergi, Xəbər | 0

Vergilər NazirliyiVergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün müsabiqə elan edib.

Müsabiqəyə sənədlər elektron ərizə vasitəsilə cari ilin yanvar ayının 31-dən fevral ayının 20-dək qəbul edilir. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizəyə sağlamlıq haqqında tibbi arayış, ali təhsil haqqında diplomun (xaricdə təhsil almış namizədlər üçün təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) ilə bağlı müvafiq sənədin) surəti, məhkumluğun olmaması barədə arayışın surəti, narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti əlavə olunmalıdır. Namizəd xairici dil səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və xarici dil səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidirlər.


Vergilər Nazirliyi Mühasibləri müsabiqə yolu ilə işə dəvət edir

Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsi ilə məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı beş gün ərzində müvafiq işçi qrup tərəfindən yoxlanılır və ərizəsinin qəbul edilməsi barədə  namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir.

Sənədləri qəbul edilmiş namizədlər 27-29 mart 2019-cu il tarixlərində səhər saat 10.00-dan 18.00-a qədər imtahana buraxılış vərəqələrini Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. Müsabiqənin test imtahanı 30.03.2019-cu il tarixdə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək.

Test imtahanı mərhələsinin suallarını özündə əks etdirən ədəbiyyat siyahısı yanvar ayının 10-da Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “ İşə qəbul . Müsabiqələr” bölməsində yerləşdiriləcək.

Bununla yanaşı, Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün test imtahanında iştirak etmədən birbaşa müsahibə yolu ilə müsabiqə elan edib.

Bu müsabiqədə baş mühasib vəzifəsində 3 ildən artıq, mühasib vəzifəsində 5 ildən artıq, vergi orqanlarında əvvəllər 5 ildən artıq audit, bəyannamə və istintaq sahələrində işləmiş vəzifəli şəxslər, maliyyə, bank və iqtisadiyyatın digər sahələrində dövlət və ya özəl sektorda 5 ildən yuxarı rəhbər vəzifələrdə iş təcrübəsi olan şəxslər, hüquq sahəsində (məhkəmə, prokurorluq, vəkillik və s.) 5 ildən artıq iş təcrübəsi olan şəxslər iştirak edə bilərlər.


Telegram qrupumuza üzv olun

Birbaşa müsahibə yolu ilə müsabiqələrdə iştirak etmək üçün sənəd qəbulu yanvar ayının 14-dən etibarən başlayacaq və il ərzində davamlı olaraq həyata keçiriləcək. Bu müsabiqədə iştirak etmək şəxslər Vergilər Nazirliyinin rəsmi internet saytına (www.taxes.gov.az və www.e-taxes.gov.az) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar.

Ərizəyə sağlamlıq haqqında tibbi arayış, məhkumluğun olmaması barədə arayışın surəti, narkoloji dispanserdə qeydiyyatda olmaması barədə arayışın surəti, əmək kitabçasının surəti əlavə olunmalıdır.  Ali təhsil barədə diplomun (diplomların) surəti və Əlavə bilik və bacarıqları əks etdirən sertifikatların surətləri elektron ərizə (CV) formasına əlavə olunur.

Namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldura bilmədikdə və ya bu zaman hər hansı texniki problem yarandıqda 012-403-81-35 nömrəli telefonla Vergilər Nazirliyinə müraciət edə bilərlər. Elektron ərizəsi qəbul edilmiş namizədlərə müsahibənin keçirilmə vaxtı barədə əvvəlcədən məlumat veriləcək.

Müsabiqədə uğur qazanan şəxslərə vakant vəzifələr üzrə iş təklif ediləcək. Təklifdən imtina edən şəxslər Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

ƏDV qeydiyyatının ləğv edilməsi vergi yoxlamasının keçirilməsi üçün əsas sayıla bilər?

posted in: muhasibat, Xəbər | 0

vergi güzəştləriSual: Mənfəət vergisi və ƏDV ödəyicisiyəm. 12 aylıq dövriyyəm 12 000 manatdır. ƏDV ləğv etmək üçün ərizə vermək olar? Bu proses vergi yoxlamasına səbəb ola bilərmi?

Cavab: Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir. Vergi Məcəlləsində başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV qeydiyyatının ləğv edilməsi növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas sayılmır.


Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxs ƏDV ödəyicisi ola bilərmi?

Bax: Vergi Məcəlləsinin 38.3-cü158.2-ci maddələri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.