Bakıda ən çox iş yeri olan və yüksək maaş verən rayonlar hansılardır?

posted in: Xəbər | 0

iş yeriBakıda ən çox iş yeri olan və yüksək maaş verən rayonlar hansılardır?


Ötən ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 19 189 nəfər və ya 2,76% artaraq 714 772 nəfər olub.

Bakı şəhər Statistika İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, ötən ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 0,5 manat və ya 0,06% artaraq 783,4 manat təşkil edib.

Belə ki, 2018-ci ilin yanvar-oktyabr aylarında Bakının Binəqədi rayonunda işləyən muzdlu işçilərin sayı 46 771nəfər olub. Onların orta əmək haqqının həcmi isə 451,3 manat təşkil edib. 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə Binəqədi rayonunda muzdlu işçilərin sayı 3 321 nəfər və ya 7,64% artıb. Onların əmək haqqlarının həcmi isə bir il ərzində 21 manat və ya 4,88% artıb.


Bu ildən etibarən bu şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar

Bakının Qaradağ rayonunda muzdla işləyənlərin sayı 630 nəfər və ya 2,5% azalaraq 24 568 nəfər təşkil edib. Bu rayonda işləyənlərin əməkhaqqlarının həcmi isə 87,4 manat və ya 9,13% artaraq 1 043,4 manat təşkil edib.

Paytaxtın Xəzər rayonunda isə işləyən muzdlu işçilərin sayı 30 185 nəfər təşkil edib. Onların orta əmək haqqının həcmi isə 724,3 manat olub. 2017-ci ilin yanvar-oktyabr ayı ilə müqayisədə Xəzər rayonunda muzdlu işçilərin sayı 679 nəfər və ya 2,3% artıb. Onların əməkhaqqlarının həcmi isə bir il ərzində 79,4 manat və ya 12,31% artıb.

Paytaxtın mərkəzi rayonlarından biri olan Səbaildə isə muzdla işləyən işçilərin sayı 112 835 nəfər təşkil edib. Bu, əvvəlki ilin 10 ayı ilə müqayisədə 1 336 nəfər və 1,7% azdır. Onların maaşlarına gəldikdə isə, bu rəqəm 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 75,8 manat və ya 5,08% azdır. 2018-ci ilin 10 ayında bu rəqəm 1 414,5 manat təşkil edib.

Ötən ilin yanvar-oktyabr ayları ərzində Sabunçu rayonunda siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin analoji dövrü ilə müqayisədə 347 nəfər və ya 1,28% artaraq 27 726 nəfər təşkil edib. Bu müddət ərzində onların əmək haqqlarının həcmi 15,4 manat və ya 3,18% artaraq 500,1 manat olub.

Suraxını rayonunda muzdla işləyənlərin rəsmi ümumi sayı 19 600 nəfər, onların əmək haqqlarının orta hesabla həcmi 572,4 manat təşkil edib. Bu isə say baxımından 229 nəfər və ya 1,18% çoxdur. Əmək haqqları nisbətində isə bu rəqəm 0,2 manat və ya 0,03% azdır.

Bakının daha bir mərkəzi rayonlardan biri olan Nərimanovda isə işləyənlərin ümumi sayı 68 248 nəfər təşkil edir ki, bu da əvvəlki ilin 10 ayı ilə müqayisədə 3 549 nəfər və ya 5,49% çoxdur. Bu rayonda orta əmək haqqının həcmi 521,2 manat olub ki, bu da əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 1,6 manat və ya 0,31% artıb.

2018-ci ilin 10 ayında Bakının Nəsimi rayonunda muzdla işləyənlərin ümumi sayı 163 948 nəfər təşkil edib. Bu, 2017-ci ilin eyni dövrü ilə müqayisədə 11 439 nəfər və ya 7,5% çoxdur. Onların orta əmək haqlarının həcmi isə 652 manat təşkil edib ki, bu da əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 37,2 manat və ya 6,05% çoxdur.

Nizami rayonunda isə bu müddət ərzində muzdla işləyənlərin orta hesabla ümumi sayı 379 nəfər və ya 0,85% azalaraq 44 293 nəfər olub. 2018-ci ilin yanvar-oktyabr aylarında onların da orta əmək haqlarının həcmi 18 manat və ya 2,69% azalaraq 650,9 manat təşkil edib.


Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarılacaq

Bakının ən böyük rayonlarından biri olan Xətaidə isə ümumi çalışanların sayı 63 066 nəfər təşkil edib. Bu müddət ərzində onlar aylıq olaraq orta hesabla 776,6 manat əmək haqqı alıblar. Bu rəqəm say baxımdan 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 586 nəfər və ya 0,94% çoxdur. Məbləğ baxımımdan isə bu rəqəm 54,5 manat və ya 6,56% azdır.

Bakının sayca 11-ci rayonu Yasamalda isə çalışanların sayı 2018-ci ilin yanvar-oktyabr aylarında 105 393 nəfər olub. Əvvəlki ilin 10 ayı ilə müqayisədə onların sayı 961 nəfər və ya ya 0,92% artıb. Onların orta əmək haqlarının həcmi 688,8 manat olub ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 42,9 manat və ya 6,64% çoxalıb.

Paytaxtın sayca 12-ci olan və sonuncu yaradılan Pirallahıda isə işləyənlərin orta sayı 8 139 nəfər olub. Onların aylıq aldıqları maaşlarının orta hıəcmi isə 1 465,3 manat təşkil edib. Bununla da bu rayonda işləyənlərin sayı 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 423 nəfər və ya 5,48%, əmək haqqılarının orta həcmi isə 85,7 manat və ya6,21% artıb.

Beləliklə, belə qənaətə gəlmək olar ki, 2018-ci ilin on ayında paytaxt Bakıda ən çox iş yeri olan rayon Nəsimidir. Bu rayonda 16948 nəfər işlə təmin edilib. Bakının ən yüksək əmək haqqı verən iş yerləri olan rayon isə Pirallahıdır. Bu rayonda işçi orta hesabla 1 465,3 manat əmək haqqı alır.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Nağdsız ödəmələrdə ƏDV-nin 15%-i geri qaytarılacaq

posted in: Vergi, Xəbər | 0

ƏDVBu gündən başlayaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.

Fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir.

Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Bu ildən etibarən bu şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar

Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği, gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.

Həmçinin, 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən il müddətinə “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.

Mənbə: report.az


Bu şəxslər üçün vergi güzəştləri daha 5 il uzadılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“Baş mühasibin günü” – Rusiyada mühasiblər barəsində çəkilən ilk bədii film

posted in: muhasibat, Xəbər | 0

Film qəhrəmanları kadrlarda rəqs etmir, stolların üzərində tullanmır, oturduğu kresloları ofisdə o tərəf bu tərəfə sürmürlər, buna baxmayaraq, yüz minlərlə istifadəçilər bu ciddi peşə sahiblərinin macəralarını böyük maraqla izləyirlər. Qısametrajlı film “Baş mühasibin günləri” adlanır və Rusiyada mühasiblər barəsində çəkilən ilk bədii film hesab olunur. Film bütünlüklə kino qaydalarına əsasən çəkilib. Filmin süjeti belədir: “Rahat yuva” şirkətində xəfiyyə bacarığına malik Anna Petrovna Mışkina baş mühasib işləyir. Ssenariyə görə o, direktor müavini – klassik yaramaz Pelikanovla münaqişədədir, amma, ofisdəki digər işçilərin hamısı ilə dostluq edir. Pelikanov şirkətin pullarını mənimsəmək istəyir, bundan əlavə güvən doğurmayan təchizatçı ilə sövdələşməyə girir. Elə bu zaman katibə Sveta ilə gizli roman yaşayan baş direktorun yoxa çıxması xəbəri də yayılır. Təbii ki, fərasətli baş mühasib sayəsində hər şey ortalığa çıxır, bir çox gizli sirlər açılır.

Film müəllifləri mühasib peşəsinin mühümlüyü və əhəmiyyətliliyini nümayiş etdirməyə səy göstəriblər. Və güman ki, müasir mühasib və direktor arasında bütün qarşılıqlı münasibətlərin təfərrüatları açıqlanır. Axı, əslində istənilən baş mühasib üçün rəhbərliklə münasibətlər vergi müfəttişiyi ilə münasibətlərdən daha vacibdir.

“Baş mühasibin günü” filmi Novosibirskdə “LBL-Sibir” kinostudiyasında çəkilib.

Baş rolda Rusiyanın əməkdar artistu Natalya Orlova oynayıb. İkinci qəhrəman rolunu isə peşəkar aktrisa deyil, Novosibirskdən olan baş mühasib Yaroslavna Antonova oynayıb.

Filmi müəllifləri baş mühasiblərin necə işləməli olduqlarını və necə işləyə bildiklərini qabardıblar. Onların rəhbərlikdə və tabeçiliyində olanlarla necə ünsiyyət qurmalı olduqlarını diqqətə çatdırıblar. Müəlliflər qeyd ediblər ki, bi filmə baxan istənilən direktor, baxışdan sonra öz mühasibinin əməyinə tamamilə başqa cür yanaşacaq.

Saytımızın istifadəçilərinə həmin filmi təqdim edirik.

 


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Bu ildən etibarən bu şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar

posted in: Vergi, Xəbər | 1

sadələşdirilmiş vergi ödəyicisiYanvarın 1-dən etibarən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant), fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər də sadələşdirilmiş vergi ödəyicisi olacaqlar.

Ofisiantlar üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ – 10 manat, bərbərlər 15 manat, dərzilər 10 manat müəyyən olunub.

Yanvarın 1-dən ölkə üzrə vahid sadələşdirilmiş vergi dərəcəsinin tətbiqinə başlanılır

Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir.

Mənbə: report.az


Bu şəxslər üçün vergi güzəştləri daha 5 il uzadılır

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.