Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Sahibkarlıq“ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1109; 2017, № 11, maddə 1973; Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1364-VQD nömrəli Qanunu) 2.1-ci maddəsinin birinci cümləsinə “yoxlamaları,” sözündən sonra “gömrük auditi,” sözləri əlavə edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Mənbə: president.az


Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Türkiyədə istirahət etmək gələn ildən bahalaşacaq

posted in: Vergi, Xəbər | 0

Türkiyədə istirahət bahalaşır: Ankara təhlükəsizlik vergisi tətbiq edəcək

Hər bir təyyarə sərnişini 1,5 avro ödəməli olacaq

Türkiyədə istirahət etməyə gedənlər bundan sonra əlavə pul xərcləməli olacaqlar. Belə ki, 2019-cu ildən Ankara 1,5 avro məbləğində təhlükəsizlik vergisi tətbiq edəcək.

Bu bütün təyyarə sərnişinlərinə – o cümlədən Türkiyə vətəndaşlarına da şamil olunur.

İlkin olaraq hər bir adam üçün 3 avro həcmində vergi tətbiq olunması planlaşdırılmışdı. Bu haqda ölkənin dövlət aeroportları Baş idarəsi hələ dekabrın ortalarından məlumat vermişdi. İndi isə nəqliyyat və infrastruktur nazirliyi Türkiyə turist şirkətləri assosiasiyasının xahişi ilə həmin məbləği iki dəfə – 1,5 avroya kimi aşağı salıb.

Nəzərə almaq lazımdır ki, 2019-cu il üçün tur-paketlər oktyabr ayından satılmağa başlanılıb və orada təhlkəsizlik vergisi nəzərdə tutulmayıb. Bəs, 1,5 dollarlıq xərci kim ödəyəcək? Bu turistlərin üzərinə qoyulsa belə, yenə də böyük əksəriyyət üçün ciddi əhəmiyyət kəsb etməyəcək. Bəlkə bu xərc turist səfərlərini təşkil edən operatorların üzərinə qoyulacq? Belə də müəyyən problemlər ortaya çıxa bilər.

Necə deyərlər, uçarıq – yoxlayarıq.

Ümumiyyətlə, gələn ilin yayından Türkiyədə ümumilikdə istirahət etmək 15-20% bahalaşacaq. Bunu turizm şirkətləri rusların və avropalıların istirahətə yüksək tələbatı ilə izah edirlər. 2018-ci il üçün ilkin hesablamalara görə Türkiyəni 40 milyon turist ziyarət edib  ki, onların da 6 milyonunu Rusiyadan gələnlər təşkil edib.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanuna dəyişiklik edilib

posted in: Xəbər | 0

dövlət qeydiyyatı“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.0.11-ci maddədən “gücləndirilmiş elektron imza ilə təsdiq edilən və” sözləri çıxarılsın.

2. 2.0.13-cü maddə aşağıdakı redaksiyada verilsin:

“2.0.13. elektron kabinet – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, elektron imza sertifikatı və (və ya) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə qarşılıqlı məlumat və sənəd mübadiləsini təmin edən fərdi elektron səhifə;”.

3. 5-1-ci maddə üzrə:

3.1. 5-1.1-ci maddəsinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməklə elektron ərizə formasını doldurur.”;

3.2. 5-1.2-ci maddədən “yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş” sözləri çıxarılsın;

3.3. 5-1.6-cı maddənin birinci və ikinci cümlələrində “ünvanına” sözləri “kabinetinə” sözləri ilə əvəz edilsin;

3.4. 5-1.7-ci maddədə “ünvanına” sözü “kabinetinə” sözü ilə əvəz edilsin;

3.5. 5-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

“5-1.8. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət elektron qaydada dövlət qeydiyyatına alındıqdan sonra 2 iş günü müddətində qanuni təmsilçi (təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş cəmiyyətin sahibkarlıq fəaliyyətinə başlaması barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərməlidir.”;

3.6. aşağıdakı məzmunda 5-1.9-cu maddə əlavə edilsin:

“5-1.9. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu mobil operatorlar tərəfindən real vaxt rejimində cavablandırılmalıdır.”.

4. 7-2.4-cü maddənin birinci və ikinci cümlələrində “ünvanına” sözləri “kabinetinə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.


Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edildi

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1447-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli 48 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 4, maddə 228; 2005, № 8, maddə 708, № 9, maddə 801, № 12, maddə 1103; 2006, № 12, maddə 1034; 2008, № 2, maddə 54; 2012, № 1, maddə 6; 2013, № 12, maddə 1529; 2014, № 2, maddə 103; 2016, № 3, maddə 465, № 9, maddə 1464, № 10, maddə 1637; 2017, № 5, maddə 846, № 9, maddə 1653, № 10, maddə 1803, № 12 (I kitab), maddə 2319) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.1-ci bənddə “16.2.4-cü maddəsində” sözləri “2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci, 5-1.9-cu və 16.2.4-cü maddələrində” sözləri ilə əvəz edilsin;

2.2. 2.5-ci bənddən “5-1.1-ci maddəsinin üçüncü cümləsində,” sözləri çıxarılsın;

2.3. aşağıdakı məzmunda 2.5-1-ci bənd əlavə edilsin:

“2.5-1. həmin Qanunun 2.0.13-cü (hər üç halda) maddəsində, 5-1.1-ci maddəsinin üçüncü cümləsində, 5-1.8-ci və 5-1.9-cu maddələrində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2018-ci il.

Mənbə: president.az


Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilmişdir

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hansı ixtisas sahibləri Vergilər Nazirliyində işləyə bilər?

posted in: Vergi, Xəbər | 2

Vergilər Nazirliyində işSual: Mən ekologiya mühəndisliyi üzrə bakalavr bitirmişəm. Mən bu ixtisasla Vergilər Nazirliyinə imtahanla qəbul ola bilərəm? Yəni ixtisasım uyğundurmu hazırlaşmaq üçün?

Cavab: Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.


Kreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi?

Dövlət vergi orqanlarında mövcud olan cari vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqəyə əlavə sənəd qəbulunda bir qayda olaraq aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

  1. Hüquqşünaslıq;
  2. Beynəlxalq hüquq;
  3. Dünya iqtisadiyyatı;
  4. Maliyyə;
  5. İqtisadiyyat;
  6. Statistika;
  7. Beynəlxalq iqtisadi münasibətlər;
  8. Mühasibat uçotu və audit;
  9. Maliyyə və kredit;
  10. İqtisadiyyatın tənzimlənməsi;
  11. Qiymət və qiymətin əmələ gəlməsi;
  12. Xəzinə əməliyyatlarının uçotu;
  13. İqtisadi nəzəriyyə;
  14. Vergilər və vergitutma;
  15. İqtisadi siyasət;
  16. Dünya iqtisadiyyatında informasiya texnologiyaları;
  17. Milli hesablar sistemi;
  18. Qiymətləndirmə (sahələr üzrə);
  19. Qiymətli kağızlar;
  20. Gömrük işinin təşkili;
  21. Gömrük ekspertizası (sahələr üzrə);
  22. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
  23. Vergi işinin təşkili və idarə edilməsi;
  24. Tətbiqi riyaziyyat;
  25. Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə);
  26. İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə);
  27. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
  28. Məlumatların mühafizəsinin texnologiyası və təşkili;
  29. Avtomatlaşdırma və informasiya texnikası.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

–  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

–  üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Mənbə: taxes.gov.az

Qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumat əldə etmək üçün aidiyyəti üzrə (012) 403-81-35 nömrəli telefona müraciət etməyiniz tövsiyə olunur.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.