Hansı ixtisas sahibləri Vergilər Nazirliyində işləyə bilər?

posted in: Vergi, Xəbər | 2
birbank biznes

Vergilər Nazirliyində işSual: Mən ekologiya mühəndisliyi üzrə bakalavr bitirmişəm. Mən bu ixtisasla Vergilər Nazirliyinə imtahanla qəbul ola bilərəm? Yəni ixtisasım uyğundurmu hazırlaşmaq üçün?

Cavab: Dövlət vergi orqanlarına xidmətə qəbul “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin, “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”nin və Vergilər Nazirliyinin 24 iyun 2014-cü il tarixli 1417040100819300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”nın  tələblərinə müvafiq olaraq aparılır.


Kreditlə və ya lizinq ilə alınan əsas vəsaitlər balansa salına bilərmi?

Dövlət vergi orqanlarında mövcud olan cari vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqəyə əlavə sənəd qəbulunda bir qayda olaraq aşağıdakı ixtisaslar üzrə ali təhsilə malik (xarici ölkədə təhsil almış namizədlərin diplomları müvafiq qaydada nostrifikasiya olunmalıdır), yaşı 35-i keçməmiş (müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə yaş həddi tətbiq edilmir) vətəndaşlar buraxılırlar:

  1. Hüquqşünaslıq;
  2. Beynəlxalq hüquq;
  3. Dünya iqtisadiyyatı;
  4. Maliyyə;
  5. İqtisadiyyat;
  6. Statistika;
  7. Beynəlxalq iqtisadi münasibətlər;
  8. Mühasibat uçotu və audit;
  9. Maliyyə və kredit;
  10. İqtisadiyyatın tənzimlənməsi;
  11. Qiymət və qiymətin əmələ gəlməsi;
  12. Xəzinə əməliyyatlarının uçotu;
  13. İqtisadi nəzəriyyə;
  14. Vergilər və vergitutma;
  15. İqtisadi siyasət;
  16. Dünya iqtisadiyyatında informasiya texnologiyaları;
  17. Milli hesablar sistemi;
  18. Qiymətləndirmə (sahələr üzrə);
  19. Qiymətli kağızlar;
  20. Gömrük işinin təşkili;
  21. Gömrük ekspertizası (sahələr üzrə);
  22. İqtisadiyyatın hüquqi tənzimlənməsi;
  23. Vergi işinin təşkili və idarə edilməsi;
  24. Tətbiqi riyaziyyat;
  25. Avtomatlaşdırılmış layihələndirmə sistemləri (sahələr üzrə);
  26. İnformasiya işlənməsinin və idarəetmənin avtomatlaşdırılmış sistemləri (sahələr üzrə);
  27. Avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
  28. Məlumatların mühafizəsinin texnologiyası və təşkili;
  29. Avtomatlaşdırma və informasiya texnikası.

“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 9-cu maddəsinə əsasən vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

–  məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

–  üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Son 1 il ərzində ingilis dilini bilmə səviyyəsi TOEFL (IBT) 100 və 100-dən yuxarı və ya IELTS üzrə 7 və 7-dən yuxarı olan namizədlərə üstünlük verilir. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) elektron ərizə formasının “Əlavə qeydlər” hissəsində göstərməlidir.

Mənbə: taxes.gov.az

Qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumat əldə etmək üçün aidiyyəti üzrə (012) 403-81-35 nömrəli telefona müraciət etməyiniz tövsiyə olunur.


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.
Print Friendly, PDF & Email

2 Responses

  1. Amil Mustafayev
    |

    Salam mən Tarix ixtisasini bitirmişəm. İndi qiyabi ikinci tehsil aliram iqtisadiyyat fakültəsində. Vergiler Nazirliyine ise qəbul olmaq üçün is verə bileremmi?

  2. Mirzaliyeva Aysel
    |

    Salam, mənim ixtisasim, riyaziyyat ve informatika müellimeliyidir. Ixtisasim 5 illik olub. 2ci kursdan etibaren işlemişem kurslarda, hal- hazırda hedef ve innovasiya tedris mərkəzində riyaziyyatcı kimi fəaliyet gosterirem. Tetbiqi riyaziyyat vakansiyasi üzrə işleye bileceyime əminəm.