Mühasib və auditorların vergi ödənişləri necə hesablanacaq?

posted in: Audit, muhasibat, Xəbər | 0

Media təmsilçiləri xidmət fəaliyyəti ilə məşğul olan bəzi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi qismində saxlanılması, digərlərinin isə mikrobiznes subyektinə aid edilməsi ilə bağlı məsələyə də aydınlıq gətirilməsini xahiş ediblər. Samirə Musayeva bildirib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, bir sıra fəaliyyət sahələrinin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılıb: «Onlar vətəndaşa yox, biznesə xidmət göstərən şəxslərdir. Vəkil, mühasib, auditor vətəndaşlara xidmət göstərdikləri halda, onlara dövriyyənin həcmindən asılı olaraq sadələşdirilmiş vergi rejimi tətbiq ediləcək. Sahibkarla bağlanmış müqavilə əsasında sahibkara xidmət göstərən subyektlərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olmayacaq. Bu dəyişiklik bir sıra zəruri məsələlərlə bağlıdır. Məsələn, sahibkara xidmət göstərən başqa bir sahibkar qarşı tərəfə öz xərcini və gəlirini göstərmək istəmir, yaxud sadələşdirilmiş vergi rejimi ilə işlədiyi halda qarşı tərəfin tələbinə baxmayaraq, ona qaimə-faktura vermir, nəzarət-kassa aparatının çeki isə sonradan rəsmiləşdirilir.

Mən nə qədər əmlak vergisi ödəməliyəm?

Bəzən bir sahibkar başqa sahibkara mal, iş və ya xidmət təqdim etdikdə, istisna hallarda hüquqi xidmət göstərdikdə elektron qaimə-faktura təqdim etməlidir ki, qarşı tərəf öz xərcini sübut edə bilsin. Lakin bəzi hallarda qarşı tərəf gəlirini gizlətdiyindən xərcini də leqallaşdırmır. Bütün bunlar sui-istifadə hallarına yol açır. Vergi ödəyicilərinın öz əməliyyatlarını rəsmiləşdirməsi qaydaları Vergi Məcəlləsi ilə müəyyən olunur və bu cür halların qarşısının alınması məqsədilə qanunvericilikdə müvafiq dəyişikliklər edilib. Qərara alınıb ki, sahibkarlar arasında əməliyyat aparılırsa, həmin şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmasın, gəlir və xərclərin dəqiq uçotu aparılsın və əldə edilən xalis gəlirdən və yaxud mənfəətdən 75 faiz güzəşt tətbiq edilməklə vergi ödənilsin».

Azərbaycanda gömrük auditinin aparıla bilməsi üçün qanunvericiliyə dəyişikliklər edilir
Sahibkarın il ərzində mikro sahibkarlıq subyektindən kizik sahibkarlıq subyektinə keçdiyi halda ona vergi gwzəştinin necə tənzimlənməsi ilə bağlı suala cavab verən Samirə Musayeva  bildirib ki, gəlir və mənfəət vergisi ilə bağlı bəyannamə ildə bir dəfə təqdim edildiyi üçün ödənişlərin ritmikliyində yubanma olmasın deyə, bu, ilkin ödəniş sayılır: «İl başa zatdıqdan sonra mənfəət vergisi üzrə bəyannamə verildiyindən, cari ödəmələr bəyannamə ilə müqayisədə daha az ola bilər. Ödəmələr az olduqda kəsir qalan hissə bğdcəyə bərpa olunur. Əksinə, artıq olduqda həmin hissə növbəti vergi öhdəliklərinə yönəldilə bilər. Sahibkar yeni qeydiyyata alınıbsa və mikro sahibkar kateqoriyasına aiddirsə, cari ödəmələrini 75 faiz güzəşt nəzərə alınmaqla  verəcək. Mənfəət vergisi üzrə bəyannamə təqdim etdiyi zaman onun mikro sahibkarlıq subyekti olmadığı müəyyənləşərsə, kiçik sahibkarlıq üzrə vergi ödəyicisi hesab olunacaq».

Mənbə: vergiler.az

2019-cu il üçün istehsalat təqvimi və iş vaxtı norması təsdiqləndi

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

700 manat məvaciblə 1C Operator tələb olunur

posted in: 1C, İş elanı, Xəbər | 0

1C OperatorVəzifə: 1C Operator

İşəgötürən: Beta Azerbaijan

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
Hesablaşmalar üzrə Mühasib tələb olunur
İş barədə məlumat – Satış və ambar əməliyyatlarının 1C sisteminə daxil edilməsi – Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi – İş qrafiki: Bazar ertəsi – şənbə: 08:30-dan 18:00-dək – Bazar günü istirahət günüdür – Nahar şirkət tərəfindən verilir
GunayBank ASC vakansiya elan edir
Namizədə tələblər – Ali təhsilli (maliyyə, iqtisadi təhsil arzu olunandır) – MS Excel, Word, 1C (7.7, 8.2, 8.3) proqramlarını bilməli – Məsulliyyətli, ciddi, işguzar və aktiv olmalı – Analiz etmə bacarığı – e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı CV-lərinizi foto ilə birlikdə post@beta.az / ünvanına “1C operator” başlığı altında göndərməyiniz xahiş olunur. Əks təqdirdə cv-lərə baxılmayacaq.
Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Azərbaycanda gömrük auditinin aparıla bilməsi üçün qanunvericiliyə dəyişikliklər edilir

posted in: Audit, Xəbər | 0

gömrükAzərbaycanda 2019-cu il fevarlın 1-dən səlahiyyətli qurumların gömrük auditini həyata keçirə bilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi təklif edilir.

Bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliklər edilir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun hazırkı variantına əsasən, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Yeni təkliflərdə qeyd edilir ki, sadalananlarla yanaşı, gömrük auditi ilə bağlı da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər.

Xatırladaq ki, qanunun qeyd edilən maddəsində (2.1) göstərilən yoxlamalar istisna olmaqla, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb.

Təklif olunan dəyişikliyə əsasən, həmin istisnaya gömrük auditi də əlavə olunur. Bununla da səlahiyyətli qurumlar xarici ticarət dövriyyəsində şəffaflığın təmin edilməsi, dövlət büdcəsində ödənilməli vergi bə gömrük rüsumlarının tam təmin edilməsi məqsədilə gömrük auditini maneəsiz həyata keçirə biləcəklər.

Mənbə: trend.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda nizamnamə kapitalı 1 milyon manata yaxın olan MMC yaradıldı

posted in: Vergi, Xəbər | 0

nizamnamə kapitalıVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 907304 AZN olan MMC yaradılıb.

Kommersiya qurumunun adı: “Günəş-22”

Qeydiyyat nömrəsi (VÖEN): 2005392591

Təşkilati-hüquqi forması: MMC

Hüquqi ünvanı: AZ1142, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 23/15.

Nizamnamə kapitalı: 907304 AZN

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Hacıyeva Aybəniz Əmiraslan qızı

Dövlət qeydiyyatına alındığı tarix: 2 noyabr 2018-ci il

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.