“Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub. Amma bununla bağlı mükafatlandırma mexanizmləri yoxdur”.
Bunu mətbuat konfransında Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.
S.Musayevanın sözlərinə görə, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər: “Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər”.
Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. “Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. “Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də “İnformator” adlanırlar.
Söz verdiyim kimi əmək pensiyaları sahəsində yeni dəyişikliklərlə bağlı qeydlərimi sizlərlə bölüşürəm. Yeniliklər əsasən müsbət və vətəndaşların xeyrinədir. Mümkün qədər sadə terminlərdən istifadə etmədən yazmağa çalışmışam. Ümid edirəm faydalı olacaq. Bildiyiniz kimi, 2017-ci ildə qüvvəyə minən qanuna görə DSMF-dəki hesabında 16000 manat olmayan şəxslər yalnız 25 il stajı olduqda pensiyaya çıxa bilirdilər. Yeni qanunla bu tələb xeyli yumşaldılır və vətəndaşların vəziyyətini hətta əvvəlki dövrdən də yüngülləşdirir. Beləliklə:
1. 2018-ci ilin 1 iyul tarixinə DSMF-dəki sığorta hesabında pul olan, 2019-2044-ci illərdə yaşa görə pensiyaya çıxan hər kəsə 2006-cı ilədək olan dövr üçün staj hədiyyə olunur. 2019-2020-ci illərdə pensiyaya çıxanlar üçün bu hədiyyə 25 illik staj olacaq. Yəni kim 2019-2020-ci illərdə pensiyaya çıxsa 25 il stajı olacaq avtomatik. Həmin stajın üzərinə Hədiyyə staj 2021-ci ildən pensiyaya çıxacaq şəxslər üçün hər il bir il olmaqla azaldılır. Yəni 2021-ci ildə pensiyaya çıxanların 2006-cı ilədək olan hədiyyə stajları artıq 24 il olacaq. Hədiyyə stajdan faktiki olaraq hazırda 39 yaşdan yuxarı olan şəxslər istifadə edə biləcək. 5 və daha artıq uşağı olduğuna və ya əlilliyi olan övladını böyütdüyünə görə pensiyaya tez çıxanlar da bu hədiyyədən yararlana biləcəklər. 2006-cı ilədək stajı 25 ildən çox olanlar hədiyyə stajdan imtina edib öz stajlarını hesablatdıra bilərlər. Əlilliyə və ailə başçısını itirməyə görə pensiya alacaq şəxslərə də hədiyyə staj veriləcək. Belə ki qanuna əsasən əlilliyi olan şəxslərə və vəfat etmiş ailə başçılarına 15 yaşlarından 2006-cı ilədək olan dövr üzrə pensiya təyin edilməsi üçün qanunla tələb olunan hər ilə 4 ay staj hədiyyə olunur.
2. 2019-cu ildən əmək pensiyaları ancaq avtomatlaşdırılmış formada təyin ediləcək. Artıq əmək kitabçasını təqdim etməyə ehtiyac olmayacaq.
3. Hədiyyə staj təkcə ağır və zərərli işlərdə işləyənlərə, dövlət orqanlarında qulluğuna görə pensiya alanlara, o cümlədən hərbçilərə və pensiya hüququ 2019-cu ildən əvvəl yaranan şəxslərə şamil olunmayacaq. Bu hədiyyə həm də sosial müavinət alanlara şamil edilməyəcək. Lakin fikrimizcə bu hədiyyənin sosial müavinət alanlara şamil edilməməsi Konstitusiyamıza ziddir və gələcəkdə məhkəmə mübahisələrinə yol açacaq.
4. Gec müraciət etdiyinə görə pensiyaçının ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcək.
5. Əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər (bonuslar) nəzərə alınmayacaq.
6. Hədiyyə stajdan istifadə etməyən şəxslər isə əvvəlki qaydada pensiya ala bilərlər.
7. Pensiyaçıların zərərinə olan dəyişiklik isə dövlət orqanlarında qulluğuna görə pensiya alanlara aiddir. Belə ki, əgər əvvəllər onların pensiyaları əvvəllər işlədikləri vəzifələrdə maaş artımı zamanı artım məbləğində artırdısa, indi artım tam məbləğdə deyil, qismən nəzərə alınacaq. Düzü mən hakimlər və hərbçilər istisna olmaqla, dövlət orqanlarında qulluğa görə pensiyanın vətəndaşlara verilən pensiyadan artıq hesablanmasının həmişə əleyhinə olmuşam deyə bu dəyişikliyi də mütərəqqi hesab edirəm. Lakin bu dəyişikliyin də gələcəkdə mübahisələrə səbəb olacağını düşünürəm.
8. Beləliklə, yeni dəyişikliklərə ümumilikdə müsbət dəyişikliklər demək olar. 2017-ci ilin iyul ayında qüvvəyə minmiş pensiya hüququna dair sərt tələblər vətəndaşların xeyrinə həll olunmuş olur.
“Xidməti müqavilə ilə işləyənlər vergi güzəştlərini cari vergi ödənişləri vaxtı nəzərə alacaqlar. Mikro vergi ödəyicisi ( illik gəliri 200 min manatadək olanlar) hər rübdən sonrakı ayın 20-dək vergi məbləğindən 75% güzəşti çıxaraq qalan məbləği dövlət büdcəsinə köçürəcəkdir”.
Bunu keçirilmiş mətbuat konfransında Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bildirib.
“Yəni büdcəyə artıq vergi ödənişi olmayacaqdır. Tutaq ki, vergi ödəyicisi 10 min manat gəliri əldə etmək üçün 8 min manat xərc çəkib. Qalan 2 min manat gəlir və ya mənfəətdən 20% vergi hesablanır. Hesablanmış 400 manat vergidən 75% güzəşt, yəni 300 manat çıxılır və 100 manat dövlət büdcəsinə ödənilir”.
Qeyd edək ki, hazırda xidmətlər göstərən bir sıra sadələşdirilmiş vergi ödəyiciləri gələn ildən gəlir və ya mənfəət vergisinin ödəyicisi olacaqlır. Vergi dərəcəsi 20%-dir. Digər tərəfdən mikro sahibkarlara hesablanmış verginin 75%-i güzəşt ediləcəkdir.
Sual: Nizamnamə kapitalı dividend hesabına artırılanda, dividenddən 10% vergi tutulur yaxud vergi tutulmur? Məsələn: 100 000 dividenden vergi (dividend vergisi) çıxıldıqdan sonra qalıq məbləğdən yəni 90 000 Nizamnamə kapitalı Dividend hesabına artırıla bilər, yoxsa ele 100 000 hamısını nizamnamə kapitalın artırılmasında qoyuluş edə bilərik. Yəni kapital qoyuluşuna verilən dividend vergidən azaddır?
Cavab: Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab olunur.
Eyni zamanda nizamnamə kapitalının bölüşdürülməmiş mənfəət hesabına artırılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır. Maliyyə ilin yekunlarına görə xalis mənfəət bölüşdürüldüyü halda (dividend şəklində) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Qeyd edilənlərə əsasən sualınızda qeyd olunan halda nizamnamə kapitalı bölüşdürülməmiş mənfəət hesabına artırıldığı halda ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmur.