Pensiyaya çıxmaq istəyənlər üçün hədiyyə staj

posted in: Xəbər | 1
birbank biznes
staj

Söz verdiyim kimi əmək pensiyaları sahəsində yeni dəyişikliklərlə bağlı qeydlərimi sizlərlə bölüşürəm. Yeniliklər əsasən müsbət və vətəndaşların xeyrinədir. Mümkün qədər sadə terminlərdən istifadə etmədən yazmağa çalışmışam. Ümid edirəm faydalı olacaq. Bildiyiniz kimi, 2017-ci ildə qüvvəyə minən qanuna görə DSMF-dəki hesabında 16000 manat olmayan şəxslər yalnız 25 il stajı olduqda pensiyaya çıxa bilirdilər. Yeni qanunla bu tələb xeyli yumşaldılır və vətəndaşların vəziyyətini hətta əvvəlki dövrdən də yüngülləşdirir. Beləliklə:

1. 2018-ci ilin 1 iyul tarixinə DSMF-dəki sığorta hesabında pul olan, 2019-2044-ci illərdə yaşa görə pensiyaya çıxan hər kəsə 2006-cı ilədək olan dövr üçün staj hədiyyə olunur. 2019-2020-ci illərdə pensiyaya çıxanlar üçün bu hədiyyə 25 illik staj olacaq. Yəni kim 2019-2020-ci illərdə pensiyaya çıxsa 25 il stajı olacaq avtomatik. Həmin stajın üzərinə Hədiyyə staj 2021-ci ildən pensiyaya çıxacaq şəxslər üçün hər il bir il olmaqla azaldılır. Yəni 2021-ci ildə pensiyaya çıxanların 2006-cı ilədək olan hədiyyə stajları artıq 24 il olacaq. Hədiyyə stajdan faktiki olaraq hazırda 39 yaşdan yuxarı olan şəxslər istifadə edə biləcək. 5 və daha artıq uşağı olduğuna və ya əlilliyi olan övladını böyütdüyünə görə pensiyaya tez çıxanlar da bu hədiyyədən yararlana biləcəklər. 2006-cı ilədək stajı 25 ildən çox olanlar hədiyyə stajdan imtina edib öz stajlarını hesablatdıra bilərlər. Əlilliyə və ailə başçısını itirməyə görə pensiya alacaq şəxslərə də hədiyyə staj veriləcək. Belə ki qanuna əsasən əlilliyi olan şəxslərə və vəfat etmiş ailə başçılarına 15 yaşlarından 2006-cı ilədək olan dövr üzrə pensiya təyin edilməsi üçün qanunla tələb olunan hər ilə 4 ay staj hədiyyə olunur.

Bax: Vergi Məcəlləsinə edilmiş dəyişikliklər – Suallar və Cavablar

2. 2019-cu ildən əmək pensiyaları ancaq avtomatlaşdırılmış formada təyin ediləcək. Artıq əmək kitabçasını təqdim etməyə ehtiyac olmayacaq.

3. Hədiyyə staj təkcə ağır və zərərli işlərdə işləyənlərə, dövlət orqanlarında qulluğuna görə pensiya alanlara, o cümlədən hərbçilərə və pensiya hüququ 2019-cu ildən əvvəl yaranan şəxslərə şamil olunmayacaq. Bu hədiyyə həm də sosial müavinət alanlara şamil edilməyəcək. Lakin fikrimizcə bu hədiyyənin sosial müavinət alanlara şamil edilməməsi Konstitusiyamıza ziddir və gələcəkdə məhkəmə mübahisələrinə yol açacaq.

Bax: Mikro sahibkarlara cari vergi ödəmələri necə hesablanacaq?

4. Gec müraciət etdiyinə görə pensiyaçının ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəniləcək. 

5. Əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər (bonuslar) nəzərə alınmayacaq.

6. Hədiyyə stajdan istifadə etməyən şəxslər isə əvvəlki qaydada pensiya ala bilərlər.

7. Pensiyaçıların zərərinə olan dəyişiklik isə dövlət orqanlarında qulluğuna görə pensiya alanlara aiddir. Belə ki, əgər əvvəllər onların pensiyaları əvvəllər işlədikləri vəzifələrdə maaş artımı zamanı artım məbləğində artırdısa, indi artım tam məbləğdə deyil, qismən nəzərə alınacaq. Düzü mən hakimlər və hərbçilər istisna olmaqla, dövlət orqanlarında qulluğa görə pensiyanın vətəndaşlara verilən pensiyadan artıq hesablanmasının həmişə əleyhinə olmuşam deyə bu dəyişikliyi də mütərəqqi hesab edirəm. Lakin bu dəyişikliyin də gələcəkdə mübahisələrə səbəb olacağını düşünürəm.

Bax: Nizamnamə kapitalı bölüşdürülməmiş mənfəət hesabına artırıldığı halda vergi yaranır?

8. Beləliklə, yeni dəyişikliklərə ümumilikdə müsbət dəyişikliklər demək olar. 2017-ci ilin iyul ayında qüvvəyə minmiş pensiya hüququna dair sərt tələblər vətəndaşların xeyrinə həll olunmuş olur.

Müəllif: Elnur Əliyev

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.



Print Friendly, PDF & Email

  1. Vuqar
    |

    Salam.Bir sualım var.Valideynim dövlət qulluqçusudur və əmək haqqından əlavə karta mükafatlar da hesablanır və həmin məbləğlərdən indiyə qədər sosial tutulmalar olub.Bu məbləğlər pensiya ödənişində nəzərə alınmayacaqsa indiyə qədər tutulan məbləğlər necə olacaq?