Hesablaşmalar üzrə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Vəzifə: Hesablaşmalar üzrə Mühasib

İşəgötürən: Nurgun Holding

Vakansiya

Tələblər:

• Ali təhsil(maliyyə və mühasibatlıq sahəsi üzrə);
• Mühasibatlıq və Vergi bilikləri;
• Kompüterdə sərbəst işləmək bacarığı (1C, Excel, Elektron Hökümət Portalı);
• İş təcrübəsi min.  2 il;
• Yaş həddi: 28-35;

Bax: 600 manat məvaciblə Mühasib Köməkçisi tələb olunur

İş barədə:

• Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi;
• Bütün növ hesabatların hazırlanması və aidiyyatı orqanlara müəyyən edilmiş müddət ərzində təqdim edilməsi;
• E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiqişləşdirməyi  bacarığına malik olmalı;
• Vergi və muhasibat uçotunun aparılması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması;
• Aylıq,rüblük,illik vergi,DSMF və statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
• Əmək haqqi və məzuniyyətlərin hesablanması və uçotunun aparılması;
• Kassa və Bank əməliyyatlarının icrasınin təşkil edilməsi, uçotunun aparılması;
• Debitor və kreditor hesblaşmaların aparılması.

Bax: Baş mühasib tələb olunur

CV göndərərkən mövzu qismində “Hesablaşmalar üzrə Mühasib” sözünün yazılması mütləqdir!

E – mail : hr@nurgun.az /info@finstaff.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklər – Suallar və Cavablar

posted in: Vergi, Xəbər | 0
Vergi Məcəlləsinə edilmiş dəyişikliklər

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsində aşağıdakı 5 əsas istiqamət üzrə mühüm dəyişikliklər edilmişdir:

• Sahibkarlığın dəstəklənməsi;

• Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması;

• Vergitutma bazasının genişləndirilməsi;

• Vergi inzibatçılığının təkmilləşdirilməsi;

• Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi.

Bax: “Sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiqlənib

Sahibkarlığın dəstəklənməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən sadələşdirilmiş verginin dərəcəsinin bütün ölkə ərazisində 2 faiz müəyyən edilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi, inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması və digər məsələləri əhatə edir.

Bu dəyişikliklər sırasında mikro və kiçik sahibkarlıq subyektləri üzrə sahibkarlığın dəstəklənməsi xüsusi yer tutur və onlar əsasən aşağıdakılardan ibarətdir:

2019-cu ildən mikro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vəsaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək;

Kiçik sahibkarlıq subyektləri şəffaf uçot apardıqları halda, onlara əlavə vergi güzəşti veriləcək;

Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad ediləcəklər;

KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə ƏDV-dən azad ediləcək;

KOB klasterinin iştirakçısı olan sahibkarlıq subyektlərinin gəlirlərinin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi – 7 il müddətinə mənfəət vergisindən azad ediləcək;

Mikro sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75 faizinin vergidən azad edilməsi daxildir.

Mikro sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər.

“Startap” şəhadətnaməsi əldə etmiş mikro və kiçik sahibkarlıq fəaliyyəti subyektləri müvafiq şəhadətnaməni aldıqları tarixdən etibarən 3 il müddətinə gəlir və mənfəət vergisindən azad ediləcəklər.

Vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən aylıq əməkhaqqı 8.000 manatadək olduqda gəlir vergisinin 0 dərəcə ilə, əməkhaqqı 8.000 manatdan çox olduqda isə 8.000 manatdan çox olan məbləğin 14 faiz həcmində müəyyənləşdirilməsi, ƏDV-nin müəyyən hissəsinin istehlakçılara geri qaytarılması və digər məsələləri əhatə edir.

Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən vergi uçotunun dürüstləşdirilməsi və şəffaflaşdırılması, vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb edilməsi, sadələşdirilmiş verginin ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron siqaret üçün maye), aksiz dərəcələrinin artırılması və digər məsələləri əhatə edir.

• işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;

• topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;

• qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını həyata keçirən şəxslər;

• xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;

• lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməyəcəklər.

Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən real vaxt rejimində (on-line) işləyən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiq edilməsi, vergi ödəyicisinin iqtisadi maraq mərkəzinin olduğu yer üzrə uçota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsi və digər məsələləri əhatə edir.

Vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər əsasən özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi, həssas sosial təbəqələrə (həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına) güzəştin verilməsi, vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi və digər məsələləri əhatə edir.

Ümid edirik ki, təqdim olunan material həm vergi ödəyiciləri, həm də vergi orqanlarının əməkdaşları üçün faydalı olacaqdır.

Vergilər Nazirliyinin

Vergi siyasəti departamenti

Keçidə daxil olmaqla faylı yükləyin və sual/cavablarla tanış olun:



Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.



“Sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiqlənib

posted in: Xəbər | 0

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü MEYARLARI təsdiqlənib

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİnin 21 dekabr 556 N-li qərari ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları təsdiqlənib. Belə ki, bundan sonra 10 nəfərədək işçisi və illik gəliri 200.000 manatadək olan sahibkarlıq subyektləri Mikro Sahibkar kateqoriyasina aid ediləcək və  bununla da 75% vergi güzəşti əldə edəcəklər.

İşçi sayı 11 nəfərdən 50 nəfərədək olan və illik gəliri 200.000 manatdan 3.000.000 manata kimi olan sahibkarlıq subyektləri isə Kiçik Sahibkar, İşçi sayı 51 nəfərdən 250 nəfərədək olan və illik gəliri 3.000.000 manatdan 30.000.000 manata kimi olan sahibkarlıq subyektləri Orta Sahibkar, İşçi sayı 251 nəfər və ondan yuxarı olan və illik gəliri 30.000.000 manatdan yuxarı olan sahibkarlıq subyektləri isə İri Sahibkar kateqoriyasina aid ediləcəklər.

İllik gəlirə isə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Müəllif: Ramin Ramazanov/Muhasibat.Az

Qərarin tam mətnini sizə təqdim edirik

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№ 556

Bakı şəhəri, 21 dekabr 2018-ci il

“Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 fevral tarixli 1816 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsünün bu meyarlara uyğun olaraq təşkilini və bu siyahının hər növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

5. “İri, orta və kiçik sahibkar meyarları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 215 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 788; 2016, № 6, maddə 1228) ləğv edilsin.”.

6. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Azərbaycan Respublikasının

Baş naziri Novruz Məmmədov

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2018-ci il 21 dekabr

tarixli 556 nömrəli Qərarı ilə

təsdiq edilmişdir

Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü

MEYARLARI

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları İşçilərinin orta siyahı sayı (nəfər) İllik gəliri (ig) (min manat)
Mikro sahibkar 1-10 ig ≤ 200
Kiçik sahibkar 11 – 50 200 < ig ≤ 3 000
Orta sahibkar 51 – 250 3 000 < ig ≤ 30000
İri sahibkar 251 və ondan yuxarı 30 000 < ig

Qeydlər:

1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.

2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəlir” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

4. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkarlara aid edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülən həmin sahibkarlıq subyektləri haqqında məlumatlar əsasında müəyyənləşdirilir və il ərzində dəyişməz qalır.

Mənbə: cabmin.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

DGK iş adamlarına xəbərdarlıq edib

posted in: Xəbər | 0

DGKDGK iş adamlarına “Yaşıl Dəhliz” buraxılış sistemindən sui-istifadəyə yol verməmələri barədə xəbərdarlıq edib.

“Qanunvericiliyin tələblərinə əməl etməyən, “Yaşıl dəhliz” buraxılış sistemindən sui-istifadə edən, idxal və ixrac edilən mallarının gömrük dəyərini və digər məlumatları gömrük orqanlarına düzgün bəyan etməyən, eyni zamanda, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda saxtakarlığa yol verən xarici ticarət iştirakçıları barədə ciddi tədbirlər görüləcək”.

Bax: 2019-cu il üçün Əmək Haqqı Cədvəli – Əmək Haqqından Tutulmalar necə hesablanacaq?
Bunu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini İqbal Babayev bu gün Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusundakı tədbirdə bildirib.

Onun sözlərinə görə, gömrük-biznes tərəfdaşlığının yeni mərhələsində könüllü riayət sistemi strateji hədəfdir: “Eləcə də, islahatlar nəticəsində xarici ticarət iştirakçılarından sərhəd əməliyyatları və gömrük rəsmiləşdirilməsindı daha çevik xidmət üçün sərhəddə qədər məlumatların əvvəlcədən bəyan edilməsi gözlənilir. Elektron növbə sistemindən yararlanmaqla sərhəddə gözləmədən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə etmək mümkündür”.

Mənbə: report.az

Bax: “Asan İmza”nın istifadəsində 7 əsas təhlükəsizlik qaydası

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.