2019-cu ilin qeyri-iş günləri açıqlandı

posted in: Xəbər | 0

qeyri-iş günləriBaş nazir Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları ilə bağlı Sərəncam imzalamışdır.

Dekabrın 19-da Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov 2019-cu ilin Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncam imzalamışdır.

Bax: Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

Sərəncamda bildirilir ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli Fərmanının 2-ci hissəsinə əsasən, 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi

posted in: Vergi, Xəbər | 0

Nəhayət ki, Yeni Vergi məcəlləsi təsdiqləndi.

Vergi məcəlləsi

Azərbaycan Respublikasının Vergi Məcəlləsi-ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan  Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır.

Qərara nəzər yetirmək üçün faylı yükləyin: Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə rəsmi sənədlər

Mənbə: president.az


Bax: Mənfəət vergisi bəyannaməsinin 229-cu və 221.4-cü sətirlərində olan xərclər hansı hallarda ayrıca və ya birlikdə yazılmalıdır?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

1500 manat məvaciblə Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifə: Baş mühasib

İşəgötürən: HAYAT CLİNİC

Şəhər: Bakı

Yaş: 25 – 55 yaş

Cins: Fərqi yoxdur

Təhsil: Elmi dərəcə

İş təcrübəsi: 3 ildən 5 ilə qədər

Əlaqədar şəxs: Sultanov İlqar

Telefon: 012 4041404

Bax: Maliyyə Departamentinin Mütəxəssisi üzrə vakansiya
İş barədə məlumat
Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin, mühasibat uçotunun və hesabat sənədlərinin, Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
Namizədə tələblər

Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.

Bax: 600 manat məvaciblə Mühasib Köməkçisi tələb olunur

Mənbə: kadr.az


Elektron xidmət növlərinin Siyahısına əlavə və dəyişikliklər edilib

posted in: Xəbər | 0

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 537
Bakı şəhəri, 18 dekabr 2018-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mərkəzi icra
hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti
tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret
sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və
“Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi
haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli, “Elmi
fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin
keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 11
oktyabr tarixli 416 nömrəli qərarlarında dəyişikliklər edilməsi və
“Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin
strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi
haqqında” 2017-ci il 10 noyabr tarixli 482 nömrəli Qərarının ləğv
edilməsi barədə

“Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072, № 12, maddə 1247; 2012, № 1, maddə 40, № 3, maddə 256, № 10, maddə 1016, № 11, maddə 1207; 2013, № 6, maddələr 745, 757, № 7, maddə 868, № 8, maddələr 1005, 1018, № 11, maddə 1466, № 12, maddə 1639; 2014, № 1, maddə 69, № 2, maddələr 191, 201, 207, № 3, maddələr 307, 317, № 4, maddə 449, № 5, maddə 560, № 6, maddələr 733, 747, № 7, maddələr 920, 953, № 10, maddələr 1287, 1319, № 11, maddələr 1505, 1506, № 12, maddə 1656; 2015, № 1, maddə 71, № 4, maddə 465, № 5, maddə 609, № 6, maddə 790, № 7, maddə 893, № 11, maddələr 1415, 1421, № 12, maddə 1573; 2016, № 2 (II kitab), maddələr 367, 384, № 4, maddələr 774, 830, № 5, maddə 955, № 7, maddələr 1340, 1355, 1358, № 8, maddələr 1446, 1448, № 9, maddə 1578, № 11, maddə 1928, № 12, maddələr 2219, 2233; 2017, № 2, maddə 277, № 4, maddə 624, № 5, maddələr 972, 986, № 6, maddə 1247, № 7, maddələr 1479, 1484, № 9, maddələr 1720, 1725, 1754, № 10, maddələr 1898, 1926, 1930, № 11, maddələr 2162, 2180; 2018, № 3, maddə 620, № 4, maddə 835, № 5, maddə 1139, № 7 (II kitab), maddə 1638, № 8, maddə 1806; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 2 oktyabr tarixli 426 nömrəli, 15 oktyabr tarixli 447 nömrəli, 24 oktyabr tarixli 463 nömrəli, 30 noyabr tarixli 516 nömrəli və 1 dekabr tarixli 521 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Elektron xidmət növlərinin Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 29.4-29.9-cu bəndlər ləğv edilsin;

1.2. 36-cı hissədə “Müəllif Hüquqları Agentliyi” sözləri “Əqli Mülkiyyət Agentliyi” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda 36.6-36.12-ci bəndlər əlavə edilsin:

36.6.

Əmtəə nişanının və ya coğrafi göstəricinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu

36.7. İxtiranın, faydalı modelin, sənaye nümunəsinin, əmtəə nişanının və ya coğrafi göstəricinin reyestr məlumatlarından çıxarış verilməsi üçün müraciətin və sənədlərin qəbulu
36.8. Lisenziya müqavilələrinin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
36.9. İxtiraya, faydalı modelə və ya sənaye nümunəsinə patent verilməsi üçün müraciətin və sənədlərin qəbulu
36.10. Əmtəə nişanına dair hüquqların verilməsi barədə müqavilələrin dövlət reyestrində qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu
36.11. Apellyasiya şurasına etirazın (ərizənin) verilməsi
36.12.

Audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat toplusunun, kitabın nüsxələrinə nəzarət markasının verilməs

 

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 416 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 10, maddə 1881) ilə təsdiq edilmiş “Elmi fəaliyyətin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın 3.8-ci bəndində “Müəllif Hüquqları Agentliyində” sözləri “Əqli Mülkiyyət Agentliyində” sözləri ilə əvəz edilsin
  2. “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin strukturunun və işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 noyabr tarixli 482 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2146) ləğv edilsin.

Azərbaycan Respublikasının
Baş naziri              Novruz Məmmədov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.