Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Mühasib köməkçisiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: Technolink LLC

  • Şəhər: Bakı
  • Yaş: 22 – 40 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Günel Abdullayeva
Bax: 800 manat məvaciblə Mühasib tələb olunur
İş barədə məlumat- Şirkətin sənəd dövriyyəsinin aparılması
– EQAİMƏ və EVHF ın yazılması,
– Statistik hesabatların verilməsi
– Materialların uçotu
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək
Namizədə tələblər
– Iqtisadiyyat, maliyyə və bənzər sahələr üzrə ali təhsilli
– 1-3 il mühasibatlıq sahəsində təcrübəsi
– Mühasib tərəfindən verilimiş tapşırıqları vaxtında və dəqiq yerinə yetirilməsi,
– Məsulyyətli və perspektivli.
– Riyazi biliklərin yaxşı səviyyədə olması
– İlkin mühasibatlıq biliklərinin olması
– Məntiqi düşünmə və analiz qabiliyyətiQeyd edilən tələblərə uyğun olan namizədlər öz CV-ni gunel@qmeter.net /  e-mail ünvanına göndərə bilərlər.Mənbə: boss.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

İşçinin mülkiyyətində olan avtomobilin xərcləri hansı hallarda şirkətin xərci hesab edilə bilər?

posted in: Xəbər | 0

şirkətSual: Mən şirkət direktoruyam. Şirkətin işlərini görmək üçun öz şəxsi minik avtomobilimdən istifadə edirəm.

  1. Xahiş edirəm bildirəsiniz yanacaq xərclərimi, avtomobilin sığortasını şirkətin hesabından ödəyə bilərəmmi və belə xərclər gəlirdən çıxılan xərclərə aid edilirmi?
  2. Belə xərclərin gəlirdən çıxılan xərclərə aid olunması üçün əlavə nə tələb olunur?
Bax: İşçiyə əmək müqaviləsinə xitam verildiyi gün üçün əmək haqqı hesablanırmı?

Cavab: Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxılır.

Sorğunuzda qeyd edilən halda avtomobil hüquqi şəxsin öz mülkiyyətində və ya istifadəsində (məsələn, icarə müqaviləsi əsasında) olduğu halda ondan gəlirin əldə edilməsi prosesində istifadə edilməsi ilə əlaqədar çəkilmiş yanacaq xərcləri və gəlirin əldə edilməsi prosesində istifadə edilən avtonəqliyyat vasitəsinin sığortalanmasına dair xərclər hüquqi şəxsin gəlirdən çıxılan xərclərinə aid edilərək müvafiq təsdiqedici sənədlər əsasında gəlirdən çıxıla bilər.

Bax: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

DGK-nın xətti ilə büdcə daxilolmaları artıb

posted in: Xəbər | 0

büdcəBu ilin yanvar-noyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 253 078,4 mln. manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 869 678,39 min manat, yaxud 36,49% çoxdur.

Bu ilin 11 ayında gömrük rüsumları üzrə daxilolmalar 194 477,66 min manat və yaxud 30,72% artaraq 827 446,80 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 583 435,96 min manat və yaxud 35,57%artaraq 2 223 775,50 min manat, aksizlər üzrə daxilolmalar 87 085,8 min manat və yaxud 2,11 dəfə artaraq 165 334,5 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə 4 678,97 min manat və yaxud 14,69% azalaraq 36 521,6 min manat olub.

Mənbə: report.az

Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

ASK üzvlərinin ümumi yığıncağı – Qurultayı keçiriləcək

posted in: Xəbər | 0

ASKHörmətli KİV nümayəndələri! Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı – Qurultayı keçirilir. Qurultay ASK-nın ali idarəetmə orqanıdır.

ASK-nın növbəti –  V Qurultayı 19 dekabr 2018-ci il tarixində saat 09:30-da “Fairmont Baku” hotelində keçiriləcəkdir.

Tədbirdə Konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq, eləcə də, təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunacaq və məqsədləri müəyyən ediləcəkdir.

Sizi sözügedən Qurultayı işıqlandırmağa dəvət edirik!

İştirakınızı 18 dekabr 2018-ci il, saat 12:00-dək təsdiqləməyinizi xahiş edirik.

Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!

Qurultayın ilkin proqramı emaila əlavə olunub.

Hörmətlə,

Vüsal Əzizov

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)

Təşkilatları Milli Konfederasiyası

Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsinin  müdiri

Tel:   (+994 12)  465 72 43 (daxili: 105)

Faks: (+994 12) 465 72 42

 www.ask.org.az

Faylı yükləyin: Qurultayın Proqramı

 

Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.