Hörmətli KİV nümayəndələri! Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Nizamnaməsinə uyğun olaraq hər 4 ildən bir onun üzvlərinin ümumi yığıncağı – Qurultayı keçirilir. Qurultay ASK-nın ali idarəetmə orqanıdır.
ASK-nın növbəti – V Qurultayı 19 dekabr 2018-ci il tarixində saat 09:30-da “Fairmont Baku” hotelində keçiriləcəkdir.
Tədbirdə Konfederasiyanın rəhbər orqanlarının hesabatı dinləniləcək, idarəetmə orqanları formalaşdırılacaq, eləcə də, təşkilatın fəaliyyətinin əsas istiqamətləri təyin olunacaq və məqsədləri müəyyən ediləcəkdir.
Sizi sözügedən Qurultayı işıqlandırmağa dəvət edirik!
İştirakınızı 18 dekabr 2018-ci il, saat 12:00-dək təsdiqləməyinizi xahiş edirik.
Bax: Mühasiblər və Maliyyəçilər üçün Excel Kursu!
Qurultayın ilkin proqramı emaila əlavə olunub.
Hörmətlə,
Vüsal Əzizov
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyası
Kadrlar və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri
Tel: (+994 12) 465 72 43 (daxili: 105)
Faks: (+994 12) 465 72 42
Faylı yükləyin: Qurultayın Proqramı
Bax: Təsisçi müəssisəyə borc müqaviləsi olmadan pul verə bilərmi?
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.