Mühasibi ucbatından 130 milyon manatdan çox pul itirən NBA çempionu

posted in: muhasibat, Xəbər | 0

pulNBA çempionu öz mühasibi üzündən 77 milyon dollar  pul itirib.

NBA (ABŞ-ın peşəkar basketbol liqası) çempionu Kevin Garnett öz mühasibi üzündən böyük məbləğdə pul itkisinə düçar olub.

Garnett məhkəmədə Maykl Verthaymı və onun şirkətini maliyyə maxinasiyalarında ittiham edib. Söyləyib ki, mühasibinin əməlləri üzündən 77 milyon dollar pul itkisinə məruz qalıb. Garnett hesab edir ki, Verthaym sabiq oyunçunun uçot işlərini aparan fərdi menecer Çarlz Benksə sözügedən məbləği oğurlamaqda yardım edib. Yəni, Verthaym menecerin maxinasiyalarından xəbərdar olsa da, bu barədə ona heç bir xəbər verməyib.

Bax: Yeni ildən kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq

Verthaym isə öz növbəsində bütün ittihamları rədd edib. Qeyd edək ki, Benks bundan əvvəl də digər super-ulduz Tima Dankandan xüsusilə külli miqdarda oğurluq etdiyinə görə dörd il həbs cəzası çəkibmiş.

Bütün karyerası ərzində keçmiş basketbolçu 344 milyon dollardan çox vəsait qazanıb. Bu isə ona dəlalət edir ki, Kevin Garnettin öz gələcək həyatı üçün narahaqlıq keçirməyinə lüzum yoxdur.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yeni ildən kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq

posted in: Xəbər | 0

qaiməYeni ildən kağız qaimə-fakturadan istifadəyə son qoyulacaq.

Vergi Məcəlləsində yeni bir anlayışa – məcburi nişanlama ilə bağlı 20-dən çox dəyişiklik edilib. Məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulmasıdır.

Vergi Məcəlləsinin 16.1.11-9-cu maddəsinə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmaqla almaq, idxal etmək, satış məqsədilə saxlamaq və ya satmaq, habelə həmin malların dövriyyəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydaya riayət etmək vergi üdəyicisinin vəzifəsidir.

124.0.2-2-ci maddədə qeyd edilir ki, vergi orqanı tərəfindən siyahıya alınmış aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq vergi üdəyicisinin vəzifəsidir.

Maddə 50-2 məcburi nişanlama ilə nişanlanmalı olan mallar üzərində nəzarəti müəyyən edir.

Bax: Təsisçi ilə borc müqaviləsi mütləq notariusda bağlanmalıdır?

50-2.3-cü maddənin tələblərinə əsasən, məcburi nişanlama ilə nişanlanmalı olan malları məcburi nişanlama ilə nişanlanmadan idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İqtisadçı Azər Mehdiyevin sözlərinə görə, mallara münasibətdə məcburi nişanlamanın tətbiqi bir neçə istiqamətdə faydalı ola bilər: «Bir tərəfdən, belə nişanlama malların uçotdan gizlədilməsinin qarşısını almaqla gizli dövriyyənin, bununla həm də vergidən yayınmanın aradan qaldırılmasına imkan verə bilər. Digər tərəfdən, nişanlamanın tətbiqi bazara saxta malların daxil olmasının qarşısını almaqla istehlakçıların hüquqlarının və təhlükəsizliyinin qorunmasında ciddi vasitə ola bilər. Üçüncü tərəfdən isə bu iş həm də ticarətdə iştirak edən təsərrüfat subyektlərinin malların uçot və hesabatlılıq sisteminin qurulmasına yardımçı ola bilər. Hər üç istiqamət çox önəmli olduğundan belə bir sistemin tətbiqi uğur qazanarsa, bu, ölkədə həm ticarət sahəsində, həm də vergi ödənişi sahəsində mütərəqqi mədəniyyətin formalaşmasına gətirib çıxara bilər».

A.Mehdiyev bildirib ki, məcburi nişanlama istehsaldan (yaxud idxal olunan mallar ölkə sərhədini keçən andan) son alıcıya, yəni istehlakçıya çatana qədər malların hərəkətini izləməyə imkan verir: «Aydın məsələdir ki, minlərlə mala belə bir izləmə sisteminin təşkili müvafiq infrastrukturun qurulmasını, nişanlanmalı malların siyahısının dəqiqləşdirilməsini və sonradan prosesin səmərəli təşkilini tələb edir. Bu isə həm zaman, həm xərc tələb edən, eləcə də bilik və bacarıqların artırılmasına zərurət yaradan işdir.

Bax: Bu müəssisələrdə vergidən yayınma riskləri aşkarlanıb

Buna görə də sistemin hazırlanması və tətbiqi zamanı ticarət şəbəkələrində hazırda tətbiq olunan malların kodlaşdırılması (anbar təsərrüfatı və satışlar zamanı istifadə olunan barkod sistemi) ilə indi tətbiqi nəzərdə tutulan malların məcburi nişanlanması sistemlərinin əlaqələndirilməsi və hətta inteqrasiyası mümkün ola bilər. Müxtəlif növ kodlaşdırma sistemlərinin tətbiqi həm firmalara, həm də dövlətə izafi xərclərə başa gəldiyindən belə sistemlərin inteqrasiyası qarşılıqlı faydalara gətirib çıxara bilər».

İqtisadçı Qalib Bayramov bildirib ki, nişanlama sayəsində mal istehsalçıdan çıxıb tədarükçüyə, oradan isə pərakəndə ticarət nöqtəsinə təhvil verilənə və son istehlakçıya çatana qədər proses bütün ardıcıllığı ilə nəzarət altında olacaq. Hər bir mala bir dəfə istifadə olunan kod veriləcək, son istehlakçı məhsulu pərakəndə ticarət nöqtəsindən alanda, kassada məhsulun kodu skan olunan kimi həmin kod ləğv olunacaq və bir daha istifadə olunmayacaq.

Q.Bayramovun sözlərinə görə, məhsulun hərəkəti zamanı elektron-qaimə faktura onu müşayiət edəcək. Bununla da kağız əsaslı qaimə-fakturanın istifadəsinə son qoyulacaq: «Hazırda Vergi Məcəlləsində hər iki formalı qaimə-fakturadan istifadə nəzərdə tutulur. Fikir vermisinizsə, Məcəllədə «qaimə-faktura və ya elektron qaimə-faktura» yazılır. Yeni ildən yalnız elektron qaimə-faktura istifadə olunacaq. Elektron qaimə-fakturada malın kodu qeyd olunacaq.

Qeyd edim ki, alıcı (istehlakçı) öz smartfonuna xüsusi əlavə yükləməklə (IOS və Android bazasında) yerindəcə məhsulun üzərindəki kod vasitəsilə onun saxta və ya həqiqi olduğunu yoxlaya biləcək.

Ancaq bu sistemin tətbiqi böyük vəsait – texniki qurğu, proqram təminatı, monitorinq mexanizmi tələb edən iş olduğundan, çox güman ki, yenilik mərhələli şəkildə tətbiq olunacaq. Vergi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələb olunan malların siyahısının təsdiqi nəzərdə tutulur. Bu siyahının ilk mərhələdə çox geniş olacağını düşünmürəm. Öncə dərmanlar, sonra alkoqollu, daha sonra tütün məmulatlarının məcburi nişanlanmasını həyata keçirmək daha doğru olardı. Çünki hansı məhsul daha çox uçotdan yayındırılır və daha çox saxtalaşdırılırsa, üstəlik satış dövriyyəsi böyükdürsə, məcburi nişanlamaya o məhsuldan başlanılması daha məntiqlidir».

Ekspert sistemin pilot şəkildə sınaqdan keçirilməsini təklif edir və bildirir ki, sistemin normal fəaliyyəti üçün Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə yanaşı, sahibkarların da üzərinə böyük məsuliyyət düşür: «Sahibkarlar ən azından kodlarla işləmək sahəsində təcrübə toplamaqla, pərakəndə ticarət nöqtələri məlumatı onlayn rejimdə dərhal sistemə ötürə biləcək nəzarət-kassa aparatları (onların elektron uçotu aparılacaq) əldə etməlidirlər.

Bax: Azərbaycanda 17 yerli şirkət ləğv edildi

Dəyişikliklərdə məcburi nişanlamanın verilməsinə görə «Dövlət rüsumu haqqında» Qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulması haqda qeyd olunur. Ancaq yaxşı olardı ki, ilkin dövrdə kodlar pulsuz verilsin və bu prosesə qoşulma könüllü olsun.

Yeri gəlmişkən, dəyişikliklərə görə, kassa çeklərində çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd və malın sürətli məlumat kodunun (Quick Response Code) olması məcburi sayılacaq.

Vegi Məcəlləsinə dəyişikliklərdə məcburi nişanlama tələblərinin pozulması ilə bağlı böyük cərimələr də nəzərdə tutulub».

Mənbə: vergiler.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda 17 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

şirkət

  • “ARAN-LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301338031) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti,ev 3153-cü məhəllə, mənzil 194 ünvanına bildirə bilərlər.
  • “QOLDEN İNVESTMENT END MENECMENT QRUP” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1302979791) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 20, məhəllə 494, mənzil 4 ünvanına bildirə bilərlər.
Bax: Azərbaycanda 2 xarici şirkət ləğv edildi
  • “AZEJİ” Məhdud Məsuliyyətlə Cəmiyyəti (VÖEN: 1701993291) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, ev 22, mənzil 19 ünvanına bildirə bilərlər.
  • “TEXNİK TƏCHİZAT” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1500369161) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski, ev 118, mənzil 52 ünvanına bildirə bilərlər.
  • “Vivat Estetik” MMC (VÖEN: 1402058221) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 81 ünvanına bildirə bilərlər.
  • “LUKS SUPPLY” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1603116011) ləğv olduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski, ev 21, mənzil 59 ünvanəna bildirə bilərlər.
  • “ŞEYX TRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyəti  (VÖEN: 1305604291) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı səhəri, Yasamal rayonu, M.Naxçıvani, ev 22, mənzil 23 ünvanına bildirə bilərlər.
  • “ÇELİK SƏNAYE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1301216661) ləğv olunduğuu elan edir. Kredtorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Süleyman Dadaşov, ev 68, mənzil 64 ünvanəna bildirə bilərlər.
  • “FRUİT TRADİNG AZERBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1903601991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, R. Behbudov küçəsi 59, mənzil 63 ünvanına bildirə bilərlər.
Bax: Təsisçi ilə borc müqaviləsi mütləq notariusda bağlanmalıdır?
  • “REFERENCE” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 13044794321) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov, ev 5 ünvanına bildirə bilərlər.
  • “Ars Beton” MMC (VÖEN: 2004404871) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətair rayonu, Məhəmməd Hadi küçəsi, ev 136, mənzil 54 ünvanına bildirə bilərlər.
  • “ALMAS” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1500378201) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, F. Xoyski küçəsi ev 118, mənzil 52 ünvanına bildirə bilərlər.
  • “XOCALI” MÜSTƏQİL KİÇİK MÜƏSSİSƏSİ (VÖEN: 2000030631) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, məhəllə 2942 A ünvanına bildirə bilərlər.
  • “XƏZRİ TEXNOLOJİ-QURAŞDIRMA” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 0200214001) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, A. Mustafayev küçəsi, ev 3, mənzil 47 ünvanına bildirə bilərlər.
  • “GAMMA TECHNOLOGİES” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1404051061) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsi, ev  75, mənzil 1 ünvanına bildirə bilərlər.
  • “ALLMAX” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1401810861) “RELİANCE” Məhdud Məsuliyyətli Cəmiyyətə (VÖEN: 1401766831) qoşulduğunu və bu qoşulma nəticəsində “RELİANCE” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1404766831) yenidən təşkil olunduğunu elan edir.
  • “Almax” MMC-nin (VÖEN: 1401766831) “Reliance” MMC-yə (VÖEN: 1401766831) qoşulduğunu və bu qoşulma nəticəsində “Reliance” MMC-nin (VÖEN: 1401766831) yenidən təşkil olunduğunu elan edir.
  • “ARDİ” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1501751981) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Ziya Bünyadov prospekti, 2084-cü məhəllə ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Bax: Əlavə dəyər vergisindən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur??

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Təsisçi ilə borc müqaviləsi mütləq notariusda bağlanmalıdır?

posted in: Xəbər | 0

borc müqaviləsiSual: 2017-ci ildə şirkətin DSMF ödənişlərini ödəmək üçün təsisçi tərəfindən faizsiz əsasda borca pul verilmiş və şirkətlə təsisçi arasında borc müqaviləsi (faizsiz) bağlanmışdır (notarial qaydada borc müqaviləsi bağlanmamışdır). Hal-hazırda şirkətin pulu olduğu üçün həmin borc məbləği təsisçiyə qaytarmaq istəyir.

  • Sualım ondan ibarətdir ki, şirkət həmin borc məbləğini 2017-ci ildə təsisçi ilə şirkət arasında bağlanılmış borc müqaviləsinə (faizsiz) əsasən qaytara bilər?
  • Əlavə olaraq səyyar vergi yoxlamasında borc müqaviləsinin məhz notarial qaydada bağlanmadığını yoxlayıcı qəbul etməyə bilər?
  • Ümumiyyətlə şirkətlə təsisçi arasında müqavilə bağlananda şirkətin möhürü olduğu üçün iki tərəfdən birinin möhürü var deyə notarial qaydada müqavilənin bağlanmasına ehtiyyac vardırmı?
  • Əlavə olaraq dəqiqləşdirmək istəyirəm ki, əgər məlum olsa ki, bor müqaviləsi səhv bağlanıb bu halda pulu geri qaytarmaq mümkündürmü?
Bax: Barter əməliyyatı zamanı Əlavə dəyər vergisi necə əvəzləşdirilir?

Cavab: Bildiririk ki, təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və təsisçiyə ödənilən faiz məbləğlərindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bax: Vergilərin sadələşmişi və ya vergi yükü artan kimlərdir?
Müəssisə tərəfindən vergi ödəyicisi kimi vergi orqanlarında uçotda olmayan təsisçi fiziki şəxslərə borc pul vəsaitinin qaytarılması “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-cü maddəsində qeyd edilən hədlər daxilində nağd qaydada, vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyatda olan təsisçiyə faizsiz pul vəsaitlərinin qaytarılması isə yalnız nağdsız qaydada həyata keçirilməlidir. Əlavə olaraq bildiririk ki, mülki qanunvericiliyə əsasən təsisçi ilə hüquqi şəxs arasında borc müqaviləsi-nin notarial qaydada təsdiq olunması tələbi nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az

Bax: Əlavə dəyər vergisindən azad əməliyyatlar aparan müəssisənin ƏDV əvəzləşməsi necə olur??

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.