Vergi və rüsumların onlayn ödənişinə maraq artır

posted in: Vergi, Xəbər | 0

VergiVergi və rüsumların elektron qaydada ödənilməsi vergi sahəsində aparılan islahatların mühüm istiqamətlərindən birini təşkil edir. 2018-ci ilin 10 ayı ərzində dövlət büdcəsinə 190,8 milyon manat vəsait elektron qaydada ödənilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faizə yaxın artım deməkdir. Bu sahədə müsbət dinamikanı təmin edən başlıca amil isə son zamanlar vergi, rüsum, cərimə, icarə haqqı və digər büdcə ödənişlərinin ölkəni əhatə edən geniş ödəmə infrastrukturları vasitəsilə toplanılması məqsədilə həyata keçirilən təşviqedici siyasətdir.

Bax: Təhtəlhesab şəxs şirkətin xərclərini şəxsi kartından ödəyə bilər?

Vergilərin elektron qaydada ödənişi beynəlxalq təşkilatların hesabatlarında respublikamızın mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təsir göstərib. Dünya Bankının «Doing Business 2019» hesabatında ən mühüm indikatorlardan biri olan  «Vergilərin ödənilməsi» («Paying Taxes») üzrə Azərbaycanın göstəricilərinin yaxşılaşması bunu təsdiqləyir. Hesabat hazırlanarkən dövlət büdcəsinə vergilərin ödənilməsi və bəyannamələrin təqdim edilməsi sahəsində vergi sistemində tətbiq olunan yeniliklər, sosial müdafiə ayırmaları üzrə hesabatların və ödənişlərin elektron formada aparılması  və digər sahələrdə əldə edilmiş nailiyyətlər nəzərə alınıb.

Ölkəmizdə elektron vergi ödənişlərinin tətbiqinə 2008-ci ilin yanvar ayının 1-dən başlanıb. İlkin mərhələdə ƏDV ödəyiciləri ƏDV depozit hesabı vasitəsilə həm ƏDV, həm də digər tədiyyələr üzrə ödənişləri dövlət büdcəsinə tranzaksiya edə bilirdilər. 2012-ci ilin aprel ayından «Vergi və rüsumların internet vasitəsilə ödənilməsi» xidməti istifadəyə verildikdən sonra bütün tədiyyələr üzrə dövlət büdcəsinə edilən ödənişlərin elektron qaydada həyata keçirilməsi təmin olunub. Bu prosesin başlandığı dövrdən növbəti illər üzrə elektron qaydada ödəmələrin dinamikasında hər il artım olub. «Elektron hökumət» infrastrukturunun genişlənməsi, müasir ödəniş mexanizmlərindən istifadə edilməsi, bu prosesə ödəniş şirkətlərinin cəlb olunması da onlayn ödəmələrin həcminin artmasına müsbət təsir göstərib.

Bax: Aksiz vergisi ilə bağlı qanun təkmilləşdirilir
Hazırda vergi və rüsumların internet vasitəsilə ödənilməsi üçün elektron ödəniş sistemləri genişləndirilməkdədir. Bu günlərdə dövlət başçısının iştirakı ilə istifadəyə verilən Elektron Hökumətin İnkişafı Mərkəzi «ASAN xidmət»in mobil versiyası da vergi ödənişlərinin onlayn şəkildə asan və rahat həyata keçirilməsini təmin edir.

Elektron ödənişin tətbiqi vergi inzibatçılığının təkmilləşdirilməsinə və çevik nəzarət sisteminin yaradılmasına da müsbət təsirini göstərir.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Nazirlər Kabineti ofşor zonaları ilə bağlı siyahıdan iki yerin adını çıxarıb

posted in: Xəbər | 0

ofşorAzərbaycan Nazirlər Kabineti “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

Qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.

Dəyişiklikdən sonrakı siyahı belədir:

1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Antill (Niderland).

10. Panama.

11. Samoa.

12. Sent-Kits və Nevis.

13. Seyşel.

14. Turk və Kaykos.

15. Vanuatu.


Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Aksiz vergisi ilə bağlı qanun təkmilləşdirilir

posted in: Vergi, Xəbər | 0

AksizMilli Məclisin plenar iclasında təsdiqlənmiş «Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında» qanun layihəsinə  əsasən, aksiz vergisinin dərəcəsinin ölkəyə idxal edilən bütün avtomobillər üzrə artırılması nəzərdə tutulur.

Aksiz dərəcələri necə hesablanacaq?

Minik avtomobillərində mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0, 30 manat (hazırda 0, 20 manat);

Bax: Vergilər Nazirliyi: Gələn ildən əmək haqqılar belə hesablanacaq

Mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat (hazırda 400 manat) +mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat (hazırda 3 manat);

Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda 5600 manat (hazırda 3400 manat) +mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə -13 manat (hazırda 8 manat);

Mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18.600 manat (hazırda 11.400 manat) +mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə -35 manat ( hazırda 20 manat);

Mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53.600 manat (hazırda 31.400manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 70 manat (hazırda 40 manat)

Bax: Ezamiyyə zamanı orta əmək haqqının saxlanması ilə bağlı VN-nin cavabı

Qeyd edək ki, Azərbaycana idxal olunan avtobuslar da aksiz vergisinə cəlb ediləcək. Məcəllənin 190-cı (Aksizli malların siyahısı və vergi dərəcələri) maddəsinə edilən 190.4.1-1-ci əlavəyə əsasən mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda 8000 manat və əlavə olaraq mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 8.000 kubsantimetrədək olduqda 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6001- 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10.000 kubsantimetrdək olduqda 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.

Məcəlləyə əlavə edilən 190.4.1-2-ci maddəyə əsasən ölkəyə idxal olunan avtobusların istehsal tarixi 1 ildən artıq və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda, aksiz bu Məcəllənin 190.4.1-1-ci maddəsinə əsasən hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.

«VİP Escort» şirkətinin rəhbəri, avtomobil bazarı üzrə ekspert Rəşad Quliyev bildirib ki,  bu addımın atılması avtomobil bazarında tez-tez dəyişən qiymət rentabelini stabilləşdirəcək: «Avropanın bir sıra ölkələrində avtomobillər üçün idxal vergisindən savayı yol və s.  vergilər mövcuddur. Azərbaycanda isə avtomobillər idxal olunarkən yalnız aksiz və əlavə dəyər vergisinə cəlb olunurlar.

Bax: Təsisçi dəyişikliyi zamanı hansı vergi öhdəlikləri yaranır?

 2017-ci ildən Almaniya Federativ Respublikası hökuməti ekologiyanı qorumaq üçün dizel mühərrikli avtomobillərin ölkədə istismarı və istehsalını dayandırmaq üçün müəyyən müzakirələrə başlayıb. Ətraf mühitin qorunması məqsədilə Almaniyada ilk dəfə olaraq 2008-ci ildə Berlin, Hannover və Köln şəhərlərində «Umwelt Zone» adlanan 270.1 nişanları quraşdırıldı. 3 rəngdən ibarət olan bu nişan – qırmızı (Avro2), sarı (Avro3), yaşıl (Avro4) standartına cavab verən nəqliyyat vasitələrinin şəhərə girişinə icazə verilməsi mənasını daşıyırdı. Bu, tədricən bütövlükdə ölkəyə şamil edildi. Bu qanunun tətbiqindən sonra artıq «Avro 2» standartına cavab verən avtomobillərin ixracında kifayət qədər artım müşahidə olundu. Hazırda bizim yollarımızda şütüyən bir çox maşınlar (Mercedes C klass, E klass və s.) məhz o qanundan sonra ölkəmizə idxal olunanlardır.

Avropadakı dizel «skandal»ından sonra ölkəmizə kütləvi şəkildə idxalın başlayacağı gözlənilir. Düşünürəm ki, hökumət bunu nəzərə alaraq, stabilliyi qorumaqla yanaşı, köhnə avtomobillərin vergiyə cəlb edilməsini təmin etməlidir. Xatırladım ki, 2019-cu il yanvar ayından Avropada Avro4 və Avro5 standartlı  dizel mühərriki ilə işləyən avtomobillərin istismarı qadağan ediləcək. Həmin avtomobillərin isə ölkəmizə kəskin sürətdə idxalı qaçılmazdır».

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal edilən avtomobillərin sayı 19 min 336 ədəd olub.

Mənbə: vergiler.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

iş təcrübəsiVəzifə: Mühasib köməkçisi

İşəgötürən: International Consulting Group MMC

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili və aparılması
– EVHF,Hesab Faktura, Ödəniş tapşırığı, Internet Bankinqdə işləmək  və s. bu kimi gündəlik işlərin edilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Məsuliyyətlik, Dəqiqlik qabiliyyətinin olması.
– MS Excel və 1C (8.3/7.7) proqramları ilə işləmək bacarığı;
– Azərbaycan və Rus dili (orta) bilikləri;
– Ayliq Vergi, DSMF və s hesabatların təqdim edilməsi.

Bax: Baş mühasibin köməkçisi tələb olunur

– Əmək haqqı  500-600  AZN

– İş qrafiki: Həftənin 6 günü, saat 09:00-dan 18:00-dək ( 6 cı gün qısa iş günü)
– Xanım və bəy namizədlər tələb olunur.

Ofis ünvani: Baş ofis 28 may, AF BİZNES HOUSE

E – mail:  ,   .


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.