Mülki Məcəllədə bəzi dəyişikliklər edilib

posted in: Xəbər | 0

MülkiMülki məcəllənin qiymətli kağızlarla bağlı bir neçə maddəsində dəyişiklik edilib.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda göstərilən maddələrində dəyişiklik edilib:
  1. 987.1-ci maddənin ikinci cümləsinə “buraxmış” sözündən sonra “, tərtib etmiş” sözləri əlavə edilsin.
  2. 992-ci maddəyə “investisiya fond payı” sözlərindən sonra “və daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı” sözləri əlavə edilsin.
  3. 993.1-ci maddənin birinci cümləsində “Sənədsiz” sözü “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin.
  4. 993.3-cü maddədə “sənədsiz qiymətli kağızı” sözləri “daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızları” sözləri ilə əvəz edilsin.
  5. 996.1-ci maddənin birinci cümləsində “Sənədsiz” sözü “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
Bax: Cinayət məcəlləsinin Əmək müqaviləsi olmadan işçilərin çalışdırılması ilə bağlı maddəsində kiçik dəyişiklik edilib

“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızlara tətbiq edilmir.”.

  1. Aşağıdakı məzmunda 996.2-1-ci maddə əlavə edilsin:

“996.2-1. İpoteka kağızına mülkiyyət hüququnun yaranması, ipoteka kağızının dövlət qeydiyyatı, ipoteka kağızı üzrə hüquqların ötürülməsi (tədavülü) və ipoteka kağızına xitam verilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı yalnız elektron sənəd formasında tərtib olunur. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqlar bu Məcəllənin 1078-20.11-ci maddəsi ilə müəyyən edilmiş tələblərin elektron qaydada təmin edilməsi yolu ilə ötürülür.”.

  1. Aşağıdakı məzmunda 1078-2.2-1-ci maddə əlavə edilsin:

“1078-2.2-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, daşınmaz əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və daşınmaz əmlakın ipotekası haqqında müqavilədə göstərilən ipoteka hüququnu təsdiq edən sənədsiz adlı qiymətli kağızdır.”.

Bax: Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunda dəyişiklik edilib
  1. 1078-2.4-cü maddədə “Əmlakın” sözü “Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın” sözləri ilə əvəz edilsin.
  2. 1078-2.6-cı maddədə “girov kağızında və ya ipoteka kağızında yazdığı” sözləri “girov kağızı və ya ipoteka kağızı üzrə” sözləri ilə əvəz edilsin.
  3. 1078-2.9-cu maddəyə “ipoteka kağızına” sözlərindən sonra “(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin.
  4. 1078-20.9-cu maddənin birinci cümləsinə və 1078-21.7-ci maddəyə “ipoteka” sözündən sonra “(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri və həmin maddələrin sonuna müvafiq olaraq aşağıdakı məzmunda cümlə əlavə edilsin:

“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların ötürülməsi bu Məcəllənin 996.2-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.

Bax: Sahibkarlara dövlət qurumlarından onlayn rejimdə şikayət etmək imkanı yaradılacaq
  1. 1078-20.11-ci maddədə “İndossament” sözü “Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, indossament” sözləri ilə əvəz edilsin.
  2. 1078-21.4-cü və 1078-22.2-ci maddələrdə “Sənədsiz” sözü “Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin.
  3. 1078-23.5-ci maddədə “ipoteka kağızının” sözlərindən sonra “(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin.
  4. 1078-27.2-ci maddədə “Dövlət” sözü “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət” sözləri ilə əvəz edilsin.

Mənbə: president.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlara dövlət qurumlarından onlayn rejimdə şikayət etmək imkanı yaradılacaq

posted in: Xəbər | 0

şikayət etməkKiçik və Orta Biznesin İnkişaf Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə sahibkarlara dəstək proqramı hazırlayıb.

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.

“İş adamları bu proqram çərçivəsində təşkil olunacaq platformada profillərini yaradıb müxtəlif dövlət qurumlarından onlayn rejimdə şikayətlərini edə biləcəklər”, – o qeyd edib.

Bax: Cinayət məcəlləsinin Əmək müqaviləsi olmadan işçilərin çalışdırılması ilə bağlı maddəsində kiçik dəyişiklik edilib

KOBİA-nın rəhbəri onu da qeyd edib ki, yaradılması nəzərdə tutulan elektron portal ümumilikdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və problemlərin çevik həlli funksiyalarını yerinə yetirəcək. Bu yenilik hesabına iş adamı müraciətinə baxılma prosesini izləyə biləcək, vaxt itkisinin qarşısının alınacaq, müraciətlərə daha operativ və şəffaf baxılacaq.

“Dövlət informasiya sistemlərinə inteqrasiya edilmiş portala giriş elektron imza vasitəsilə həyata keçiriləcək ki, sistem sahibkarı avtomatik olaraq tanıyacaq. Sahibkar müraciəti formalaşdırır, təsdiqedici sənədləri əlavə edir və müraciətini Agentliyə göndərir. Portal imkan verir ki, sahibkar avtomatik verilmiş kod ilə müraciətin statusunu izləsin. Agentlik bu müraciəti portal vasitəsilə aidiyyəti quruma sorğu edir və yaxud sahibkar, Agentlik və şikayət olunan qurum arasında görüş təyin edir. Yekunda sahibkar yenə də sözügedən portal vasitəsilə nəticə haqqında məlumat alır”, – O.Məmmədov əlavə edib.

Bax: Yaşayış evinin bağışlanması zamanı vergi tutulurmu?

“Bütün bunlar sahibkarlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmağa şərait yaradacaq. Agentlik isə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək. Portalın digər dövlət orqanlarına ineqrasiya edilməsi növbəti hədəflərimiz sırasındadır”, – o deyib.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“Lisenziyalar və icazələr” mövzusunda təlim keçiriləcək

posted in: Xəbər | 1

LisenziyalarAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi, Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) təşəbbüsü ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Sahibkarlığın dövlət tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərə dəstək” layihəsi çərçivəsində “ Lisenziyalar və icazələr” mövzusunda təlimin keçirilməsi planlaşdırılır.

Təlimin keçiriləcəyi ünvan: Bakı ş., Akad. Həsən Əliyev küç., 57

Təlimin keçiriləcəyi tarix: 08.12.2018

Təlimin müddəti: 10:00 – 16:00

Son qeydiyyat tarixi: 07.12.2018 saat 15:00-a kimi

Bax: Yaşayış evinin bağışlanması zamanı vergi tutulurmu?

İştirak edəcəyiniz təqdirdə aidiyyəti şöbənin mütəxəssislərindən https://sahibkarliq.typeform.com/to/y2zMlR linkinə daxil olaraq qeydiyyatdan keçmələri xahiş olunur.

Təlimdə iştirakı təsdiq edən sertifikat təqdim olunacaq. Təlim ödənişsizdir.

Təlimin proqramını və təlimçi haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Tel: (994 12) 465 72 42 (daxili: 113)

E-mail: 

Mənbə: ask.org.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yaşayış evinin bağışlanması zamanı vergi tutulurmu?

posted in: Vergi, Xəbər | 0

vergiSual: Yaşayış evinin bacının ərinə bağışlanması zamanı notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulurmu?

Cavab: Vergi Məcəlləsinin (VM) 13.2.7.7-ci maddəsinə əsasən bacıların ərləri və qardaşların arvadları vergi ödəyicisinin ailə üzvlərinə aid edilmişdir.

Bax: Eyni zamanda həm mənfəət həm də sadələşdirilmiş vergi ödəyicisi olmaq olar?

Təqvim ili ərzində hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri gəlir vergisindən azaddır (VM, maddə 102.1.3.2).

Yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, VM-in 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin VM-in 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludur (VM, maddə 150.1.9).

Mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin VM-in 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir (VM, maddə 218.4.3).

Bax: Operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər səyyar yoxlama zamanı əsas kimi istifadə edilə bilər?

Qeyd olunanlara əsasən:

Mülkiyyətində olan yaşayış sahəsinin vergi ödəyicisi tərəfindən bacısının ərinə bağışlanması ailə üzvləri arasında yaşayış sahəsinin təqdim edilməsi hesab edildiyindən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.