Sahibkarlara dövlət qurumlarından onlayn rejimdə şikayət etmək imkanı yaradılacaq

posted in: Xəbər | 0

şikayət etməkKiçik və Orta Biznesin İnkişaf Agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə sahibkarlara dəstək proqramı hazırlayıb.

Bu barədə Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib.

“İş adamları bu proqram çərçivəsində təşkil olunacaq platformada profillərini yaradıb müxtəlif dövlət qurumlarından onlayn rejimdə şikayətlərini edə biləcəklər”, – o qeyd edib.

Bax: Cinayət məcəlləsinin Əmək müqaviləsi olmadan işçilərin çalışdırılması ilə bağlı maddəsində kiçik dəyişiklik edilib

KOBİA-nın rəhbəri onu da qeyd edib ki, yaradılması nəzərdə tutulan elektron portal ümumilikdə sahibkarların hüquqları ilə bağlı maarifləndirmə, müraciətlərə baxılması və problemlərin çevik həlli funksiyalarını yerinə yetirəcək. Bu yenilik hesabına iş adamı müraciətinə baxılma prosesini izləyə biləcək, vaxt itkisinin qarşısının alınacaq, müraciətlərə daha operativ və şəffaf baxılacaq.

“Dövlət informasiya sistemlərinə inteqrasiya edilmiş portala giriş elektron imza vasitəsilə həyata keçiriləcək ki, sistem sahibkarı avtomatik olaraq tanıyacaq. Sahibkar müraciəti formalaşdırır, təsdiqedici sənədləri əlavə edir və müraciətini Agentliyə göndərir. Portal imkan verir ki, sahibkar avtomatik verilmiş kod ilə müraciətin statusunu izləsin. Agentlik bu müraciəti portal vasitəsilə aidiyyəti quruma sorğu edir və yaxud sahibkar, Agentlik və şikayət olunan qurum arasında görüş təyin edir. Yekunda sahibkar yenə də sözügedən portal vasitəsilə nəticə haqqında məlumat alır”, – O.Məmmədov əlavə edib.

Bax: Yaşayış evinin bağışlanması zamanı vergi tutulurmu?

“Bütün bunlar sahibkarlara daha çox biznesin inkişafı məsələlərinə fokuslanmağa şərait yaradacaq. Agentlik isə bütövlükdə müraciətlərə baxılması sistemini monitorinq edə biləcək. Portalın digər dövlət orqanlarına ineqrasiya edilməsi növbəti hədəflərimiz sırasındadır”, – o deyib.

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published.