Cinayət məcəlləsinin Əmək müqaviləsi olmadan işçilərin çalışdırılması ilə bağlı maddəsində kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

CinayətAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci yəni, Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddəsinin Qeyd hissəsinin 2-ci bəndində kiçik dəyişiklik edilib. Belə ki, əgər əvvəllər  Əmək müqaviləsi olmadan işçi çalışdıran sahibkarlar  əmək müqaviləsi bağladıqda və dövlət büdcəsinə ödəməkdən yayındırılmış vergiləri və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilirdisə, bundan sonra cinayət məsuliyyətindən tam azad olmaq üçün əlavə olaraq yayindirilmiş işsizlikdən sığorta haqlarını da tamamilə ödəməlidirlər. Dəyişikliyin tam mətnini sizə təqdim edirik:

Bax: Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunda dəyişiklik edilib
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

AR Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6,

maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441; Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanunu) 162-1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“2. Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Mənbə: president.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azersun Holding Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: Azersun Holding

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan “Azersun Holding” MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Bax: Vergi üzrə mühasib tələb olunur

Namizədə aid tələblər

– Maliyyə, İqtisadiyyat və ya Audit ixtisası üzrə ali təhsilli olmalı;
– Mühasibatlıq sahəsi üzrə minimum 2 il təcrübə;
– Bütün növ (vergi, DSMF və s.) hesabatların hazırlanma və təqdimetmə qaydalarını bilməlidir;
– 1C, MS Office (xüsusilə MS Excel) proqramlarını bilməli;
– SAP proqramı bilikləri olanlara üstünlük verilir.

İş haqqında məlumat

– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
– Statistika hesabatı, DSMF hesabatın hazırlanması;
– Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması;
– Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanmasi;
– Hesablamaların dəqiqliklə hesablar sisteminə köçürülməsi.

Bax: 1300 manat məvaciblə Mühasib tələb olunur

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  elektron ünvanına (“Mühasib” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

Qəbul ediləcək işçi sayı: 3

Son müraciət tarixi: 17.12.2018

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunda dəyişiklik edilib

posted in: Xəbər | 0

Hüquqi şəxslərin dövlət qeydiyyatıHüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunda bir neçə dəyişiklik edilib. Edilən dəyişikliyə əsasən 5-1.1 maddəsi əlavə edilmişdir, belə ki, bundan sonra Onlayn Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

Eyni zamanda 5.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə bundan sonra Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün ərizə tək təsisçi tərəfindən deyil, həmçinin qanuni təmsilçi tərəfindən də imzalanmalıdır.

Bundan başqa 5.4.5-ci maddədə hüquqi şəxs statusu almaq istəyən qeyri kommersiya qurumunun da hüquqi ünvanını təsdiq edən sənədin tələb edilməsi əlavə edilib. Dəyişikliyin tam mətnini sizə təqdim edirik:

Bax: Elektron xidmət növlərinin siyahısında dəyişiklik edilib
“ Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 8; 2005, № 1, maddə 1, № 8, maddə 700; 2006, № 2, maddə 70; 2008, № 2, maddə 49; 2010, № 4, maddə 265; 2012, № 1, maddə 2, № 7, maddə 651; 2013, № 12, maddə 1479; 2014, № 2, maddə 78, № 7, maddə 769, № 11, maddə 1356, № 12, maddə 1526; 2015, № 11, maddə 1259; 2016, № 4, maddə 644, № 10, maddə 1606; 2017, № 5, maddələr 709, 724, № 10, maddə 1775) aşağıdakı dəyişikliklər edilsin:

  1. 5.2-ci maddəyə “təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər)” sözlərindən sonra “, qanuni təmsilçi (qanuni təmsilçilər)” sözləri əlavə edilsin və həmin maddədə “onun (onların)” sözləri “onların” sözü ilə əvəz edilsin.
  2. Aşağıdakı məzmunda 5.3.2-2-ci maddə əlavə edilsin:

“5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat;”.

  1. 5.4.5-ci maddədə “qurumun” sözü “qeyri-kommersiya qurumunun” sözləri ilə əvəz edilsin.
  2. 5.4.6-cı maddədən “təyin edildiyi halda, onun” sözləri çıxarılsın.
  3. 5-1.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:

“Elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) və qanuni təmsilçi (qanuni təmsilçilər) eyni şəxs olmadıqda, ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçi (qanuni təmsilçilər) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Mənbə: president.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Milyonerlərin özünəməxsus 9 xüsusiyyəti (2-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

MilyonerMilyoner şəxslərlə bağlı hər birimizin öz fikri var. Bəzilərinə elə gəlir ki, onları bu uğur zirvəsinə taleyin təsadüfi şıltaqlığı çıxarıb. Digərləri bu şəxsləri başqa cür görür, onlardan mifik qəhrəmanlar düzəldirlər, hansı ki, əfsanəvi igidlikləri və ciddi səyləri nəticəsində öz sərvətlərini toplaya biliblər. Təbii ki, hər bir milyonerin öz uğur tarixçəsi və öz sirrləri var, amma, onları birləşdirən hansısa cizgilər də vardır ki, bunu onların demək olar ki, hamısında görmək mümkündür.

Milyonerlərin özünəməxsus 9 xüsusiyyəti (1-ci hissə) 
2-ci hissə 
Çoxlu gəlir mənbələrinə malik olurlar

Baxmayaraq ki, milyonerlər özlərini tamamilə öz başlıca layihələrinə cəmləyirlər, bu onlara bir neçə müxtəlif gəlir mənbəyinə malik olmalarına maneçilik törətmir. Onlar gözəl anlayırlar ki, şirkətlərinin yaşaması üçün bir neçə dayağa söykənməlidirlər. Milyonerlər həmişə öz fəaliyyətlərini diversifikasiya etməyə səy göstərir, buraxılan məhsulların çeşid sayını artırır, yeni bazarlar əldə edirlər ki, istənilən iqtisadi tufanlar zamanı üzməkdə davam edə bilsinlər.

Həmçinin bax: Sən niyə heç vaxt varlı olmayacaqsan?!

Təhsilin dəyərliliyini bilirlər

Baxmayaraq ki, bəzi milyonerlərin uğura təhsilləri olmadan çatdıqlarını hamımız bilirik, bunlar qayda deyil, sadəcə istisna hallardır. Milyonerlərin böyük əksəriyyətinin dəyərləndirdiyi başlıca sərvət, məhz, biliklərdir. Və bəziləri ilk mərhələdə təhsillə bağlı kənarda qalmışlarsa da, sonrakı dövrdə həyatlarında buraxılan bu boşluğu doldurmağa çalışmış və təhsil də almışlar. Oxumaq qabiliyyəti və arzusu milyonerlərin xarakterinin başlıca cizgilərindən biridir.

Özlərini varlı hiss etmirlər

Varlı insanların böyük əksəriyyəti qarşılarına ən varlı şəxslər olmaq məqsədi qoymayıblar. Pullar onlar üçün bir qayda olaraq, sevimli işləri ilə məşğul olmaqdan ötrü xoş bir bonus rolunu oynayıb. Onları təkmil məhsul hazırlamaqdan ötrü ən yaxşı kitabı yazmaq, yeni bir ideya düşünmək maraqlandırır və yalnız ikinci növbədə sərvətə çatmaq kimi fikirlər narahat edir.

Varlı kimi nəzərə çarpmaq istəmirlər

Gözə kül üfürmək, öz qızıl suyuna salınmış avtomobili ilə hamını heyrətləndirmək kimi hallar belə adamlara yaddır. Yalnız təsadüf nəticəsində sərvətə sahib olmuş avaralar belə edə bilər. Həqiqətən də varlı adamlar bu kimi snobizm hallarına tamamilə biganədirlər, onlar sakitcə adi maşınlarda gəzir və çox təvazökar evlərdə yaşayırlar. Bu adamlar daha çox öz bizneslərinə və işlərinə vaxt ayırırlar, belə ki, onların bu cür qərarsızlıqlara heç zamanları da olmur. Və onlar əyinlərinə taxdıqları köhnə cinslərinə kənardakıların nə deyə biləcəklərindən, ümumiyyətlə narahat belə deyillər.

Təkbaşına milyoner olmaq olmur

Milyonerlərin böyük əksəriyyəti olduqca sərbəst və kifayət qədər var-dövlətə malikdirlər, lakin bu o demək deyildir ki, onlar bütün bunlara təkbaşına nail olublar. Əksinə, onların hər biri yeni tanışlıqlar qurmaq, əlaqələrindən istifadə etmək, öz komandasına adamlar toplamaq kimi qabiliyyətlərə malik olublar. Onlar biləndə ki, hər hansı bir işin öhdəsindən özləri gələ bilməyəcəklər,  böyük məmnuniyyətlə kömək üçün mütəxəssislərə müraciət edirlər. O səbəbdən, əgər siz həqiqətən uğura çatmaq istəyirsinizsə, onda ilk növbədə insanlarla qarşılıqlı əlaqələr qurmağı, sadə dillə desək dil tapmağı öyrənməlisiniz.

Bu gün bütün dünya üzrə milyonlarla milyoner var. Onlar insan fəaliyyəti ilə bağlı tamamilə fərqli sahələrdə uğur qazanmış müxtəlif adamlardır. Amma, buna baxmayaraq, onların böyük əksəriyyəti biz bu məqalədə qeyd etdiyimiz ümumi xarakerli cizgilərə malikdirlər. Özünüzdə bu keyfiyyətləri inkişaf etdirin və mümkündür ki, siz də onlardan biri ola bilərsiniz.

Keçidə daxil olmaqla məqalənin 1-ci hissəsini oxuya bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.