Kommunal xərclərə necə qənaət etmək olar?

posted in: Məqalə, Xəbər | 0

kommunalKommunal xərclərdə necə qənaət etmək olar

1-ci hissə

Tariflərdəki yüksəlişin qarşısını biz ala bilmərik, amma qəbzlərdəki məbləğləri azalda bilərik. Budur, hansı ki, kommunal xərclər zamanı az ödəniş etməkdə sizə kömək edən qərarlar.
  • İstilik izolyasiyasını yoxlayın

Ağac çərçivədən olan pəncərələri plastik şüşə pəncərələrlə əvəz etmisiniz. Onlar daha etibarlıdır, amma müəyyən zamandan sonra köpük quruyur, rezin-bərkidicilər kobudlaşır. Yoxlayın, pəncərələriniz küləyi buraxmır ki, əgər buraxırsa, onda qarşısını alın. Eləcə də giriş qapısının istilik izolyasıyasını da nəzərdən keçirin.

 

  • Mənzildə temperaturu tənzimləyin

İşə və ya harasa getdikdə, radiatorların gücünü azaldın. Boş otaqları hansı səbəbdən qızdırmaq lazımdır ki? Geri qayıtdıqdan sonra yenidən istiliyi artıra bilərsiniz. Ən rahatı temperaturun timer-li termostatla tənzimlənməsidir.

Əgər, evdə çox istidirsə, nəfəsliyi açmaq əvəzinə, batareyaların temperaturunu aşağı salın.

  • Çoxtarifli elektrik sayğacı qoyun.

Təbii ki, əgər şəhərinizdə belə tariflər tətbiq olunursa. Söhbət elektrikə görə gecə və gündüz tariflərinin tətbiq olunduğu ölkələrdən gedir.

  • Elektrik lampalarını işıqdiodlu lampalarla əvəz edin

Düzdür, buna bir qədər artıq pul xərcləmək lazım gələcək, lakin onlar öz məsrəflərini çox tezliklə çıxaracaqlar. İşıqdiodlu lampalar adi lamplardan 8-10 dəfə az elektrik enerjisi israf edirlər.

  • Evdən çıxarkən işıqları söndürün

Bayağı məsləhətdir, lakin biz çox vaxt bunu etməyi unuduruq. Xüsusilə də buna uşaqları öyrətmək lazımdır. Siz evdə olmadığınız zaman bütün otaqlarda işığın yanması kimə lazımdır?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Hərəkət sensorları quraşdırın

Bu cihazlar təkcə çoxmənzilli binaların girişləri üçün deyil, həm də şəxsi evlərdə terraslar və çardaqlar, koridorlar, balkonlar, yük qoyulan yerlər və digər otaqlar üçün də keçərlidir. Çünki həmin yerlərə biz çox az-az keçirik və işığın yanılı saxlanılması xeyli itkiyə gətirib çıxara bilər.

  • Məişət texnikasının enerji səmərəliliyini yoxlayın

Müasir məişət texnikası enerji səmərəliliyinə görə siniflərə bölünür.

A –  50-80%-dən çox enerji səmərəli

B – 25-50%-dən çox səmərili

C – 10-25%-dən çox səmərəli

D – 0-10%-dən çox səmərəli

E – 0-10%-dən az səmərəli

F – 10-25 faizdən az səmərəli

25%-dən az enerji səmərəli

Nə qədər yüksəkdirsə (A++, A+, A). Bir o qədər cihaz saat ərzində az enerji istehlak edir. Əgər, soyuducunuz  və elektrik peçiniz C markasından aşağıdırsa, onu dəyişdirilməsi üzərində düşünmək lazımdır. Bəli, bu da müəyyən məsrəflər tələb edir, amma uzun perspektivdə bu sizə daha çox faydalı olacaq.


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

 

İnzibati şikayət zamanı vergi ödəyicisinin bank hesabından pul vəsaitinin silinməsi dayandırılacaq

posted in: bank, Xəbər | 0

bankBu gün Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib.

Brifinqdə qurumun Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin əsas məzmunu və 2019-cu ildə həyata keçiriləcək vergi islahatlarının başlıca istiqamətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.

Bax: Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştləri açıqlanıb

O, bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə çox mühüm dəyişilkilklər hazırlanıb və qanun layihəsini Milli Məclis qəbul edib. Vergi Məcəlləsinə dəyişiklikləri 5 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar sahibkarlığın dəstəklənməsi, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, mövcud və yeni vergi güzəştlərinin səmərəliliyinin yüksəldilməsidir.

Nazirlik rəsmisinin sözlərinə görə, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və iqtisadiyyatın şəffaflaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilən dəqişikliklər əsasən özəl sektorda çalışan işçilərin əmək haqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, malların sənədsiz dövrüyyəsinə, xərclərin rəsmiləşdirilməsinə görə maliyyə sanksiyalarının tətbiqi, bir sıra sahələrdə vergi nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlıdır.

Bax: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

S. Musayeva vergi qanunvericiliyinə edilmiş ən mühüm dəyişiklik kimi qeyri-neft sektorunun özəl bölməsində çalışan vətəndaşların əmək haqlarından tutulan vergilər üzrə vergi güzəştlərinin verilməsini qeyd edib. Dəyişikliyə əsasən aylıq əmək haqqı 8 000 manata qədər olan vətəndaşlar üçün 7 il müddətində gəlir vergisi üzrə 100%-lik güzəşt verilib, 8 000 manatdan çox olan məbləğdə muzdlu işlə əlaqədar gəlir əldə edən fiziki şəxslər üzrə isə gəlir vergisi 14% müəyyənləşdirilib ki, bu da dövlətin sözügedən məsələdə çox böyük fiskal güzəştə getməsi deməkdir. Vergi güzəştinin məqsədi barədə danışan baş direktor bildirib ki, əsas hədəf “kölgə iqtisadiyyatı”nın həcminin azaldılması, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, iqtisadi fəallığın xüsusilə qeyri-neft sektorunun özəl bölməsində işgüzar aktivliyin daha da canlanması, vətəndaşların hüquqlarının daha dolğun şəkildə təmin edilməsidir.

Bundan başqa, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə pərakəndə ticarət və ictimai iaşə sektorunun dövriyyəsinin rəsmiləşdirilməsinə ictimai nəzarətin gücləndirilməsi və bu işdə istehlakçıların stimullaşdırılması məqsədilə onların belə obyektlərdə xərclədikləri vəsaitlərin bir hissəsinin (ƏDV-sinin müəyyən hissəsinin) geri qaytarılması nəzərdə tutulur.

İstehlakçılar tərəfindən pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə (neft və qaz məhsulları istisna olmaqla) ödənilmiş ƏDV-nin nağdsız ödənişlərdə 15%-i, nağd ödənişlərdə isə 10%-i nəzarət-kassa aoaratının çeki əsasında istehlakçılara geri qaytarılacaq. Bu qaydaların tətbiqi ilə bağlı əlavə olaraq prosedurları özündə əks etdirən qanunvericilik aktı qəbul olunacaq.

İstehlakçı fiziki şəxslərin bu qaydada stimullaşdırılması həm şəffaflığın təmin edilməsi baxımdan, həm də vergi ödəyicilərinin ƏDV-nin ödəyicisi kimi fəaliyyət göstərmələrinə müsbət təkan verəcək.

Vergitutma bazasının genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilən dəyişikliklər sırasında vergi uçotunda olmayan şəxslərdən nağd qaydada alına bilən mallara görə aparılan ödənişlərin ödəmə mənbəyinfə vergiyə cəlb edilməsi, sadələşdirilmiş vergi ödəyicilərinin əhatə dairəsinin məhdudlaşdırılması, aksizli və məcburi nişanlanmalı malların dövriyyəsinə səmərəli vergi nəzarəti mexanizminin qurulması, aksizli malların siyahısının genişlənməsi (energetik içkilər, elektron siqaret üçün maye) və aksiz dərəcələrinin artırılması və s. var.

S.Musayeva qeyd edib ki, sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (iaşə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqlarından adətən gəlirlərinin və xərclərinin uçotunu aparmamağa və əməliyyatları lazımı qaydada sənədləşdirməməyə meylli olurlar ki, bu da ölkədə aparılan vergi islahatları və şəffaflaşma siyasəti ilə uzlaşmır. Buna görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalar əsasən sadələşdirilmiş vergitutma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi ilə məhdudlaşdırılıb. Dəyişikliyə əsasən işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışınlı həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və sair sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergi Məcəlləsinə vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə də bir sıra dəyişikliklər edilib. Bunların sırasında yeni nəsil nəzarət-kassa aparatlarının quraşdırılması, vergi ödəyicisinin iqtisadi maraq mərkəzinin olduğu yer üzrə uçota alınması, elektron qaimə-faktura verməli olan şəxslərin əhatəsinin dəqiqləşdirilməsi, ƏDV-nin əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsi və s. var.

Bundan başqa, Vergi Məcəlləsində vergi güzəştlərinin iqtisadi səmərəsinin yüksəldilməsi məqsədilə dəyişikliklər edilib. Bunların sırasında özəlləşdirmədə iştirak edən investorların əmlak vergisindən azad edilməsi, vergi ödəyicisinin azı 3 il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmlərin satışına vergi güzəştinin tətbiq edilməsi və həmçinin həssas sosial təbəqələrə (şəhid ailələrinə) güzəştin verilməsi kimi sosial yönümlü dəyişikliklər də əks olunub. Mühüm dəyişikliklərdən biri vergi güzəştləri əldə edən şəxslərə malların dövriyyəsinin uçotunun aparılmadığı halda maliyyə sanksiyalarının tətbiqi ilə bağlıdır.

S.Musayevanın sözlərinə görə, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və sahibkarlığın inkişafının dəstəklənməsi məsələləri də diqqətdən kənar qalmayıb. Belə ki, sadələşdirilmiş vergi dərəcəsinin bütün ölkə ərazisində 2%-ə endirilməsi, pərakəndə ticarət və iaşə sahələrində nağdsız ödənişlər üzrə güzəştlərin verilməsi və inzibati şikayət zamanı bank hesabından və ƏDV-nin depozit hesabından pul vəsaitinin silinməsinin dayandırılması bu istiqamət üzrə edilən dəyişikliklərə aiddir. 

Mənbə: report.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştləri açıqlanıb

posted in: Vergi, Xəbər | 0

sahibkarlarVergilər Nazirliyi gələn ildən kiçik və orta sahibkarlar üçün nəzərdə tutulmuş vergi güzəştlərini açıqlayıb

Gələn ildən Azərbaycandakı makro və kiçik sahibkarlıq subyektlərinin balanslarında olan əsas vasaitlər üzrə sürətli amortizasiya normaları tətbiq ediləcək.

Bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti Departamentinin baş direktoru Samirə Musayeva məlumat verib.

Bax: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

“Bundan başqa, kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən bu kateqoriya vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa Vergi Məcəlləsinə daxil edilib. Bu dəyişikliyə qədər kiçik sahibkarlıq subyektləri də xalis mənfəətini öz təsisçiləri arasında bölüşdürərkən ümumi qaydada 10% dərəcə ilə vergi tuturdu. Bununla da sahibkarlıq subyektlərinə şəffaf uçot apadıqları halda əlavə vergi güzəştləri veriləcək və onlar tərəfindən təsisçilərinə (payçılarına) ödənilən dividendlər ödəmə mənbəyində 10% dərəcə ilə tutulan vergidən azad olunacaq”, – deyə o, qeyd edib.

S. Musayeva mikro biznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlərin də nəzərdə tutulduğunu diqqətə çatdırdı.

Bax: Operativ vergi nəzarəti zamanı götürülmüş sənədlər səyyar yoxlama zamanı əsas kimi istifadə edilə bilər?

“Kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyesterində qeydiyyata alındıqları andan etibarən 7 il müddətinə mənfəət, torpaq və əlavə dəyər vergisindən azad edilirlər. KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı isə 7 il müddətinə ƏDV-dən azad edlir. Bundan başqa, kiçik və orta biznes klsaterinin iştirakçısı olan sahibkarlıq subyetləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş xidmət) üzrə əldə etdiyi gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir”.

Onun sözlərinə görə, mikro-sahibkarlıq subyektləri üçün nəzərdə tutulan güzəştlərə sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir və mənfəətin 75%-nin vergidən azad edilməsi daxildir: “Bundan başqa, mikro-sahibkarlıq subyekti olan fərdi sahibkarlar və hüquqi şəxslər əmlak vergisindən azad edilirlər. Həmçinin mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startapların startap fəaliyyəti üçün şəhadətnamə aldıqları andan etibarən 3 il müddətinə gəlir və mənfəət vergisi ödənişindən azad edilir”.

Mənbə: report.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi

posted in: Vergi, Xəbər | 0

uçot məlumatlarının dəyişdirilməsiXidmətin adı: Vergi ödəyicisinin filialının və ya nümayəndəliyinin uçot məlumatlarının dəyişdirilməsi;

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında” ərizə

– dəyişikliyi təsdiq edən sənəd

Bax: Fiziki şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 34-cü maddəsi

– Vergilər nazirinin 06.03.2013-cü il tarixli 1317040100206300 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Qaydalar”

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (BŞLGD-nin inzibati binasında yerləşən xidmət mərkəzində yalnız BŞLGD-nin vergi ödəyiciləri üçün), Naxçıvan MR VN-nin struktur  bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin Koordinasiya şöbəsi və Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsi,ünvanlı xidmət zamanı (şəffaf vergi partnyorluğu əsasında fəaliyyət göstərən vergi ödəyiciləri üçün ərazi prinsipi nəzərə alınmır)

Bax: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VN-nin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, MGD-nin və BŞLGD-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinin uçotu şöbələri, BŞKSİD-nin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin Vergi ödəyicilərinin uçotu şöbəsi, ƏVD-nin və ƏVİ-nin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarələrinin/şöbələrinin Qeydiyyat və uçot şöbələri/bölmələri

İcra müddəti: 2 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər:

– Vergi ödəyicisininfilialının, nümayəndəliyinin və ya digər

təsərrüfat subyektinin uçot məlumatlarının

dəyişdirilməsi haqqında bildiriş

(e-qutuya  göndərilir)

– Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında Arayış (e-qutuya göndərilir (uçot məlumatlarının dəyişdirilməsi vergi ödəyicisinin arayışının yenidən verilməsi zərurətini yaratdıqda)
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Elektronlaşdırma səviyyəsi:

Əlaqə məlumatlarının və fəaliyyət növlərinin dəyişdirilməsi üzrə tam elektronlaşıb

Mənbə: taxes.gov.az


Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.