3 xarici şirkət daha Azərbaycandan getdi

posted in: Xəbər | 0
Azərbaycanda 3 xarici şirkət ləğv olundu

  • “Multivac Export AG” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1302266071) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 10-cu mərtəbə, 57-ci ofis ünvanına bildirə bilərlər.
  • “Mott Masconald CZ, SPOL.S.R.O. Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı (VÖEN: 1303389411) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 3 ünvanına bildirə bilərlər.

ləğv

  • “Kerevitaş Qida Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi (VÖEN: 1400967991) ləğv olunduğunu elan edir. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
Mənbə: vergiler.az
Bax: İcarəyə götürən hansı halda xərc sənədi olmadan kommunal xərcləri gəlirdən çıxa bilər?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

2018-ci ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə YADDAŞ

posted in: Vergi, Xəbər | 0

vergilər2018-ci ilin dekabr ayı ərzində vergi orqanına təqdim edilməli olan bəyannamələr və ödənilməli vergilər barədə

Y A D D A Ş

2018-ci ilin noyabr ayına görəvergi ödəyiciləri tərəfindən tədiyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi,
  • Aksiz bəyannaməsi,
  • Yol vergisi bəyannaməsi,
  • Mədən vergisi bəyannaməsi,
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə Sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim edilmiş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə Sadələşdirilmiş verginin bəyannaməsi cari ilin dekabr ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün – 1 bank günü ərzində ödənilir).
  • Muzdlu işlə əlaqədar 2018-ci ilin noyabr ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və Sadələşdirilmiş vergi ödəyiciləri bəyannaməni illik – növbəti ildə yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2018-ci ilin 4-cü rübü üzrə bəyannaməni növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edirlər).
  • Xüsusi notariusların 2018-ci ilin noyabr ayı üzrə hesabladığı gəlir vergisi cari ilin dekabr ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2018-ci ilin 4-cü rübü üzrə bəyannamə növbəti ildə yanvar ayının 21-dən gec olmayaraq təqdim edilməlidir).

 

Qeyd: 20.01.2019-cu il tarixi qeyri-iş gününə təsadüf etdiyindən həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim edilməsinin son müddəti 21.01.2019-cu il tarixə keçirilmişdir.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Tələbələr üçün Mühasib üzrə vakansiya

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: Humboldt

  • Şəhər: Bakı
  • Yaş: 18 – 25 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən aşağı
  • Əlaqədar şəxs: Fuad Babayev
Bax: 1 ildən az təcrübəsi olan mühasib köməkçisi tələb olunur
İş barədə məlumat
– Humboldt Alman dili və iş mərkəzinin daxili və xarici mühasibatını aparmaq
– Axşam gələn tələbələrə kurs barədə məlumat vermək və ödənişləri almaq
– Əməkdaşların maaşlarının hesablanması
– Dövlət orqanlarına vergi hesabatlarının verilməsi (bu məslədə dəstək veriləcək)
– İş qrafiki: 1-6 günlər, saat 18:00-dan 22:00-dək
Namizədə tələblər
– Mühasibat təhsili
– Excel və ya 1C mühasibat proqramında işləmə bacarığı
– Axşam növbəsində işləmək
– Yalnız oğlan işçilər axtarılır
– Mühasibat oxuyan tələbələrə üstünlük verilir
Müraciət üçün xahiş olunur CV göndərəsiniz.

Bax: Maliyyə Bazarlarına Nəzarət Palatası Mühasib axtarır

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Facebook-un ƏDV ilə bağlı yeni qərarı

posted in: Vergi, Xəbər | 0

ƏDV“Facebook” sosial şəbəkəsi 2019-cu  ilin yanvar ayından başlayaraq Rusiyada qeydiyyatda olan istifadəçilərin reklam alışına 20% həddində əlavə dəyər vergisi  tətbiq edəcək. Şirkətdən verilən məlumata görə bu yenilik  Rusiyanın bütün reklam hesablarına aid olacaq.

Bax: Sadələşdirilmiş vergi ödəyicisi iştirak payını satarsa vergitutma necə olur?

Qeyd olunur ki, vergi reklamın kommersiya və ya şəxsi məqsədlər üçün yerləşdirilməsindən asılı olmayaraq tutulacaq.

Mənbə: fins.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.