Vergi məcəlləsinə kiçik dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklikAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

AR Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193; Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD və 1211-VQD nömrəli qanunları) 90.3.3.9-cu maddəsində “torpaq sahəsinin ayrılması barədə qərarın və tikintiyə razılıq verilməsi haqqında sənədin surəti” sözləri “torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin və tikintiyə icazənin surətləri” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası təsdiq edilib


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Nurgun Group MMC “Maliyyə meneceri” axtarır

posted in: İş elanı, Maliyyə, Xəbər | 0

Maliyyə meneceriMaliyyə meneceri

İş barədə:

  • Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
  • Mal realizəsinin pul istifadəsi planının hazırlanmasında iştirak;
  • Mənfəətin illik, rüblük planlarının və rentabellik göstəricilərinin müəyyən edilməsi;
  • Dövriyyə vəsaitlərinin elementlər üzrə ehtiyaclarının müəyyən edilməsində iştirak və dövriyyə vəsaitlərinin normativlərinin hesablanması;
  • Mаliyyə аnаlizi məlumаtlаrının dəqiqliyinin təmini, оnlаrın nоrmаtiv və büdcə göstəricilərindən аyrılmаlаrının izаhı, həmçinin vахtı-vахtındа şirкət rəhbərliyini əhəmiyyətli кənаr çıхmаlаr bаrədə məlumаtlаndırmаq
  • Rüblük maliyyə göstəricilərinin aylar üzrə bölüşdürülməsi;
  • Növbəti ay və ay daxili dövrlər üçün səyyar maliyyə planlarının hazırlanması;
  • Normativdən artıq ehtiyatların toplanmasının qarşısını almaq məqsədi ilə mal-material dəyərlərinin gətirilməsinə nəzarət edilməsi;
  • Maliyyə, kredit və kassa planlarının yerinə yetirilməsini təmin etmək.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadi)
  • Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
  • Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C mühasibatlıq)
  • Maliyyə sahəsi üzrə analitik biliklər;
  • İş təcrübəsi;
  • Yaş həddi:  25 – 35.
Bax: 1100 manat məvaciblə Mühasib tələb olunur

CV göndərərkən (sara@nurgun.az / ) mövzu qismində müraciət edilən vakansiya qeyd olunmalıdır!


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

“İpək Yolu Sığorta”nın səhmdarları auditorun seçilməsi məsələsini müzakirə edəcək

posted in: Xəbər | 0

auditorun seçilməsiBu ilin dakabrın 6-sı saat 10:00-da “İpək Yolu Sığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report” şirkətə istinadən xəbər verir ki, yığıncaqda “İpək Yolu Sığorta”nın 2018-ci ildə maliyyə-təsərrüfat fəaliyyətinin auditi məqsədilə müstəqil auditorun seçilməsi və sair məsələlər müzakirə olunacaq.

Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələ ilə bağlı materiallarla tanış olmaq üçün “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin baş ofisinə müraciət edə bilərlər. Sənədlər üzrə məsul şəxs Quliyeva R.Ə. təyin edilib.

Xatırladaq ki, “İpək Yolu Sığorta” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 844 manat olan 17 500 səhm əsasında formalaşıb. Səhmlərin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i “Silkway Airlines” şirkətinə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

Bax: Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsi Qaydası təsdiq edilib

Mənbə: report.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Pera Plastik Qrup MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: Pera Plastik Qrup MMC 

  • Şəhər: Bakı
  • Yaş: 28 – 45 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: HR
İş barədə məlumat
– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi
– Bank əməliyyatlarının aparılması
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək
– İş qrafiki: 09:00-18:00
– İstirahət günü: Həftədə 2 dəfə (şənbə və bazar günü)
– Şirkətə gediş-gəliş xidməti avtobusladı

Bax: 600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər

– 1C 8 versiyasını və MS Office proqramlarını bilməli
– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı
– Ali iqtisadi təhsil Xanım
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar
– Elektron portal proqramı ilə işləmək bacarığının olması
– Vergi orqanları ilə yazışmalar
– Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı

Mühasibatlıq sahəsində təcrübəsi olan şəxslər müraciət etsinlər. (uyğun olmayan CV-lər baxılmayacaq)

Mənbə: boss.az

Bax: 1100 manat məvaciblə Mühasib tələb olunur

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.