Yükdaşıma zamanı elektron qaimə-fakturanın verilməsi

posted in: Xəbər | 0

YükdaşımaSual: Yükdaşıma fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə göstərilən daşıma xidmətlərinə görə həmin sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidirmi?

Bax: Xidmətə görə E-qaimə həmin ayın sonuncu günü yoxsa növbəti ayın 1-i verilməlidir?

Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

VM-nin 71-1-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur.

Bunlarla yanaşı,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş «Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.2-ci bəndinə əsasən, elektron qaimə-faktura – bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim olunan ilkin uçot sənədidir.

Qeyd olunanlara əsasən:

Yükdaşıma fəaliyyəti ilə məşğul olan müəssisə tərəfindən sifarişçi müəssisəyə göstərilən daşıma xidmətlərinə görə sifarişçi müəssisəyə elektron qaimə-faktura təqdim edilməlidir.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1100 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: CBC-Caspian Business Consultants LLC

  • Şəhər: Bakı
  • Yaş: 21 – 32 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Nigar Əbdülrəhimova

İş barədə məlumat

– Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması

– Vergi orqanları ilə yazışmalar

– Vergi və mühasibat uçotunun aparılması

– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması

– Əməliyyatların 1C proqramında işlənməsi

– Vergi hesab fakturaların yazılması

– Bank və kassa əməliyyatları

– İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək

Bax: 600 manat məvaciblə Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər

– Xanım mühasiblər

– Məsuliyyətli, dəqiq və peşakar

– Vergi və Əmək Məcəlləsi üzrə biliklər

– 1C, BTP, B3, MS Office proqramlarını bilmək

– Azərbaycan, İngilis və Rus dillərini bilmək

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

2019-cu ilin ehtiyac meyarı barədə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

posted in: Xəbər | 0

ehtiyac meyarı2019-cu ilin ehtiyac meyarı barədə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Mənbə: www.meclis.gov.az

Bax: 2019-cu ilin yaşayış minimumu barədə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Əmanətləri hansı valyutada saxlamaq daha yaxşıdır?

posted in: Məqalə, Xəbər | 0

ƏmanətManat

Müsbətlər

  1. Əgər əməkhaqqınızı manatla alırsınızsa və məsrəfləriniz də onunla baş tutursa, yığımı milli valyutada saxlamaq, sizi pulun dəyişdirilməsi zamanı artıq zərərdən qoruyur.
  2. Manatla bank əmanətlərinin faizləri valyuta ilə olan əmanətlərdə olduğundan daha yüksək olur.

Mənfilər

  1. Manat stabil deyil. 10 il ərzində manat 78 qəpik bir dollar kursundan, 1 dollar 1 manat 70 qəpik səviyyəsinə enib.
  2. İnflyasiya səviyyəsi yüksək olaraq qalır, nəticədə əmanətçilər nəinki öz əmanətlərini artıra bilir, əksinə onun bir hissəsini itirirlər.
Dollar

Müsbətlər

  1. Bu dünyada ən konversiya edilmiş, bütün sövdələşmələrdə istifadə olunan və bir çox Mərkəzi banklar üçün başlıca ehtiyat valyuta hesab olunur. Bu isə dolların stabilliyindən xəbər verir.
  2. Dollar inflyasiyaya çox zəif meyillidir və onun dəyəri bir anlıq tendensiyalardan asılı olmur.

Mənfilər

  1. Manatı dollara, sonra isə yenidən manata dəyişdikdə pul itkisi ilə qarşılaşırsan.
  2. Müəyyən məbləğdə valyutanı əldə etmək üçün limit qoyulur.
  3. Dollar dünyada ən çox saxtalaşdırılan valyutalardan biridir, o səbəbdən ehtiyat yastıq vasitəsi kimi əmanətləri dollarda saxlayırsınızsa, onların bir hissəsi adi kağız topasına çevrilə bilər.
  4. Dövlət tərəfindən bu valyutadan istifadəyə və dəyişdirilməsinə məhdudiyyətlər qoyula bilər.
  5. Depozitlər üzrə çox aşağı faizlər ödənilir.
Bax: Pul kisənizə zərər vuran maliyyə vərdişləri
Avro

Müsbətlər

  1. Bir sıra ölkələrin Avropa ittifaqından çıxmaq arzusuna və digər həyəcanlı hallara baxmayaraq, avro kifayət qədər stabil valyutadır.
  2. Nəzəri olaraq avro bir ölkənin iqtisadiyyatından asılı deyil. Təcrübədə vəziyyət bir qədər mürəkkəbdir, Avropa İttifaqına üzv olan iri dövlətlərin istehsalında olan durğunluq çox güman ki, bu valyutanın stabilliyinə təsir göstərə bilər. Lakin, bütün hallarda avro hələ ki, çox dayanıqlı valyutadır.

Mənfilər

  1. Bir sıra ölkələrin Avropa ittifaqından çıxmaqla bağlı müzakirələr valyutanın stabilliyinə də təsirsiz ötüşmür.
  2. Ümumi valyuta olmasına baxmayaraq, Avrozonada ümumi maliyyə-vergi tənzimlənməsi yoxdur.
  3. Dəyişdirmə zamanı pulun müəyyən hissəsi itkiyə gedir. Həmçinin dəyişdirilmə zamanı müəyyən limit tətbiq olunur.
  4. Depozitlər üzrə avronun minimal üçlüyü var “manat – dollar – avro”. Faizlər də çox aşağı olur.
Bax: Pul vəsaitləri və onların ekvivalentlərinin inventarizasiyası
Ekzotik valyutalar

Müsbətlər

Bu məsələdən baş çıxaranlar və stabil iqtisadiyyatı olan ölkənin valyutasını seçə bilənlər, digər ölkələrin təsirindən asılı olmayaraq, öz əmanətlərini etibarlı qoruya bilərlər.

Mənfilər

  1. Əgər dolar və avronu istənilən bank şöbəsində dəyişdirmək mümkündürsə, ekzotik valyutalarla bunu hər yerdə etmək mümkün deyil.
  2. Onların qorunub saxlanılması üçün yer tapmaq çox çətindir: ya döşəyin altına qoymalısan, ya da yerləşdirmək üçün xaricdə bank axtarmalı olacaqsan.
  3. Maliyyə sektorundan uzaq olan insanlar valyutaları tam şəkildə tədqiq etməlidirlər. Məs, Çin yuanı perspektiv hesab olunur: ölkə iqtisadiyyatı durmadan artıq, valyutanın dəyəri isə digər ölkələrin iqtisadi təsirindən asılı deyil.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Əmanətləri hansı valyuta saxlamalı

Dollar və avronun mənfiləri nə qədər çox olsa da, saya deyil, arqumentlərin keyfiyyətinə diqqət yetirmək lazımdır, belə ki, stabillik çox mühümdür.

Pulları müxtəlif valyutalarda – dollar, avro və manatda saxlamaq daha yaxşıdır, eksprtlər belə hesab edirlər. Bu, riskləri minimuma endirməyə kömək edir, amma hər şeydən əvvəl şok hadisələr zamanı investisiyalarla müqayisədə vəsaitlərin saxlanılması üçün bir metod kimi çıxış edir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.