Azərbaycanda 13 yerli şirkət ləğv edildi

posted in: Vergi, Xəbər | 0

  • “Elar-2015” MMC (VÖEN: 1502912551) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148, mənzil 411 ünvanına bildirə bilərlər.
  • “Art Class” MMC (VÖEN: 1404103181) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Fikrət Əmirov küçəsi, ev 10 ünvanına bildirə bilərlər.
  • “TDİC” MMC (VÖEN: 1300789831) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 14, mənzil 7 ünvanına bildirə bilərlər.

Bax: 6 xarici şirkət Azərbaycandan getdi

  • “Həkəri-2016” MMC (VÖEN: 1503170141) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 2/4, mənzil 5 ünvanına bildirə bilərlər.
  • Polad Ailə Kəndli Fermer Təsərrüfatı (VÖEN: 2600516621) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Lənkəran rayonu, Lənkəran şəhəri, H. Əsgərov ünvanına bildirə bilərlər.
  • “Aecom Bakı” MMC (VÖEN: 1701012551) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Nizami, ev 90 A ünvanına bildirə bilərlər.
  • “Onesixseven FMCG” (VÖEN: 1304663141)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, məhəllə 593, ev 97 ünvanına bildirə bilərlər.

Bax: Azərbaycanda uçot dərəcəsi aşağı salınıb

  • “Marketing Kommersiya və Xarici İqtisadi Əlaqələr üzrə Taxıl Birliyi” (VÖEN: 1500393331) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi, 11a ünvanına bildirə bilərlər.
  • “Arif 50” Firması (VÖEN: 3400009881) ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Ağcabədi şəhəri Həzi Aslanov küçəsi, ev 100 ünvanına bildirə bilərlər.
  • “Üçel” MMC (VÖEN: 2901222071) “Şərur” Mənzil-Tikinti Kooperativinə (VÖEN: 1500065791) qoşularaq ləğv olunduğunu elan edir.  “Şərur” Mənzil-Tikinti Kooperativi (VÖEN: 1500065791) “Üçel” MMC-nin (VÖEN: 2901222071) ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.
  • Şirvan-99 firması (VÖEN: 2900237951) hüquqi varisliyi digər şəxsə keçmədən ləğv oldunuğunu elan edir.  Kreditorlar iki ay ərzində  tələblərini Sumqayıt şəhəri, 3-cü məh., Nizami ev 21/16 ünvanına bildirə bilərlər.
  • “İmperiya Trading” MMC (VÖEN: 1602855811)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Nizami rayonu, Yavər Səfərov, ev 21, mənzil 4 ünvanına bildirə bilərlər.
  • “Digital Solutions” MMC (VÖEN: 1701179311)  ləğv olunduğunu elan edir. Kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin, ev 6, m. 3 ünvanına bildirə bilərlər.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Fiziki şəxsin xidmət göstərdiyi obyekt şəxsən özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidir?

posted in: Müqavilələr, Xəbər | 0

icarə müqaviləsiSual: Fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Xidmət göstərdiyi obyekt şəxsin özünə aiddirsə, icarə müqaviləsi bağlamağı məcburidirmi? Ümumiyyətlə Sahibkarlıq fəaliyyəti göstərən (bura topdan və pərakəndə satış göstərən hər bir şəxs aid edilir) istər hüquqi, istərsə də fiziki şəxs icarəyə obyekt götürməlidir? Suallarda göstərilənlərə əməl edilmədikdə hansı cərimələr tətbiq edilə bilər? (Maddələr göstərilməklə)

Bax: Fiziki şəxslərin uçotdan çıxarılması ilə bağlı təkliflər hazırlanır

Cavab: Bildiririk ki, icarə müqaviləsi başqa şəxsin mülkiyyətində olan əmlakdan istifadə ilə əlaqədar bağlanan müqavilə formasıdır. Belə ki, Mülki Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Eyni zamanda sorğunuzdan obyektin Sizin mülkiyyətinizdə olduğu qənaətinə gələrək bildiririk ki, qeyd edilən halda icarə müqaviləsinin bağlanılması tələb edilmir və bununla əlaqədar qanunvericilikdə hər hansı maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Bax: Fiziki şəxsin vergi uçotu məlumatlarının dəyişdirilməsi

Bax: Mülki Məcəllənin 34-cü fəsli.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

AZM Trading MMC Mühasib axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

 

vakansiya

  • Şəhər: Bakı
  • Yaş: 23 – 35 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 1 ildən 3 ilə qədər
  • Əlaqədar şəxs: Səmədova Kəmalə

Bax: Nurgun Holding Maliyyə Meneceri axtarır

İş barədə məlumat

– Vergi, Mühasibat uçotu, DSMF və Statistika ilə bağlı əməliyyatların həyata keçirilməsi

– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara müəyyən edilmiş müddət ərzində Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi (ƏDV, ÖMV, SV)

– BTP proqramında işləməklə vergi bəyannamələrini göndərmək

– E-Qaimə və Vergi Hesab Fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləməyi bacarığına malik olmalıdır

– İş qrafiki: Bazar ertəsi – Şənbə: 09:00-dan 18:00-dək

Bax: Baş mühasib tələb olunur

Namizədə tələblər

– Müvafiq sahə üzrə Ali və riyazi təhsil

– Mühasibatlıq, Vergi biliklərinə – nəzəri və praktiki sahib olmalı

– 1C 8.3 (rus) versiyanı, MS Office və Elektron Hökümət Portalı proqramlarında işləmək bacarığı olmalı

– Mühasibatlıq sahəsində iş təcrübəsi 1 il

– Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı olmalı

Maraqlanan namizədlər mövzu yerində “Mühasib” yazmaqla CV-lərini ünvanına göndərə bilərlər. Qeyd olunan tələblərə uyğun olmayan CV-lərə baxılmayacaq.

Mənbə: boss.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Azərbaycanda sərnişin daşıyıcılarının vergiyə cəlb olunması ilə bağlı qanunverciliyə dəyişiklik edilə bilər

posted in: Xəbər | 0

sərnişin daşıyıcılarının vergiyə cəlb olunması“Avtobusla müntəzəm və qeyri-müntəzəm sərnişin daşıyıcılarının vergiyə cəlb olunmasında ciddi çətinlik yoxdur. Əsas problemlər oturacaq yerlərinin sayı 8+1 və ondan az olan miniven tipli minik avtomobilləri ilə həm ölkədaxili, həm də beynəlxalq istiqamətlər üzrə sifarişli sərnişin daşımalarının tənzimlənməsi ilə bağlıdır”.

Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Həbib Həsənov “Vergilər” qəzetinə müsahibəsində bildirib.

Bax: Daimi işlə məşğul olanların xidməti müqavilə əsasında çalışmasının qadağan ediləcəyi planlaşdırılır

“Belə daşımalarda sərnişinlərin təhlükəsizliyinin və qanuni maraqlarının qorunması, daşıyıcıların vergiyə cəlb edilməsi müəyyən çətinliklər yaradır. Bu məsələnin həlli məqsədilə daşımalar həyata keçirilən tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə məsləhətləşmələr aparılır, onların təcrübəsi öyrənilir, ortaya çıxan probemlərin aradan qaldırılması üçün təkliflər hazırlanır”, – deyə o, qeyd edib.

Xidmət rəisinin sözlərinə görə, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” olmadan avtomobil nəq­liyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksi­yası tətbiq edilir: “Amma sərnişin və yük daşımaları sahəsində vergidən yayınmaya görə maliyyə sanksiyasının tətbiqi ilə bağlı müvafiq tədbirlərin görülməsinin DANX-ın səlahiyyətlərinə aid olmaması müəyyən çətinliklər yaradır. Hazırda NRYTN ilə Vergilər Nazirliyi arasında imzalanmış Razılaşma Protokoluna uyğun olaraq, vergidən yayınma hallarının qarşısının alınması məqsədilə məsuliyyət müəyyən edən yeni normaların və nəzarət mexanizmlərinin hazırlanması istiqamətində işlər görülür. Eyni zamanda, yük və sərnişindaşıma xidməti göstərən sürücülərin vergidən yayınması hallarının aradan qaldırılması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə birgə mütəmadi reydlər keçirilir”.

Bax: Büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarəetməyə verilməsi qaydaları ilə bağlı qərarda dəyişiklik edilib

“Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında vergi nəzarətinin gücləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə müvafiq addımlar atılır. Buraya avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan “E-nəqliyyat” sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və DANX-ın tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi daxildir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr aparırıq. Bununla yanaşı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində tədbirlər görülür. Əsas hədəfimiz daşımalarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərə biznesin bu sahəsi ilə məşğul olmaq üçün kriteriya, standart və tələblərin normativ bazasının müəyyənləşdirilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla xidmətin keyfiyyətini yüksəlt­mək, şəffaflığı təmin etmək, vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır”, – deyə o, əlavə edib.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

H.Həsənovun sözlərinə görə, Azərbaycanda həm sərnişin, həm də yük daşımaları sahəsində tənzimləmə mexanizmləri nisbətən zəifdir: “Vergi Məcəlləsinə və Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi qaydaları”na əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına görə verginin ödənilməsi xüsusiyyətlərindən asılı olaraq, sadələşdirilmiş vergi kimi “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” tətbiq edilir. Həmin qaydalara görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” Nəqliyyat Nazirliyinə həvalə olunub. “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı” alan sahibkarlar sadələşdirilmiş verginin ödəyiciləridir. Bu sahənin tənzimlənməli olan digər vacib elementləri, məsələn, daşıyıcıların maddi-texniki bazası, nəqliyyat vasitələrinin texniki vəziyyəti, sürücülərin və menecerlərin hazırlığı və digər məsələlər isə hələ ki, açıq qalır. Bütün bunlar isə daşıma xidmətlərinin keyfiyyətinə və təhlükəsizliyinə mənfi təsir göstərir. Əgər biz avtomobil nəqliyyatında yük və sərnişin daşımalarının keyfiyyətini yüksəltmək istəyiriksə, hər şeydən əvvəl, bu cür çatışmazlıqların aradan qaldırılmasına nail olmalıyıq. DANX-ın bununla bağlı hazırladığı təkliflər, bir sıra normativ hüquqi aktlara ediləcək dəyişikliklərə dair layihələr aidiyyəti qurumlara təqdim olunub”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.