Vergi Məcəlləsində kiçik dəyişiklik edilib

posted in: Vergi, Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklikAzərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Bax: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2, I kitab, maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12, I kitab, maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193; Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1194-VQD və 1211-VQD nömrəli qanunları) 102.1.14.6-cı maddəsində “aspirantlara (magistrlərə)” sözləri “doktorantlara və magistrlərə” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

Mənbə: president.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Baş mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVəzifənin adı: Baş Mühasib

Şöbə: Maliyyə şöbəsi

Şirkət: “İDRAK Texnoloji Transfer” MMC

Vəzifə ohdəlikləri:

 Şirkətin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır.
 Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir.
 Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
 Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
 Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
 İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasının, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edir.
 Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir.
 Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət edir.
 Şirkətə gələn mal alış deklarasiyalarının yoxlanılıb kompüter proqramına daxil olunmasına nəzarət edir.
 Müştərilərdən köçürmə yolu ilə firmanın hesabına daxil olan ödəmələrin kompüter proqramına daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət edir.
 Şirkət adından ödəmə aparılarkən köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət edir.
 Fəaliyyəti ilə əlaqədar əməliyyatların aparılması və işlərin görülməsi ilə bağlı işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.
 Sənədlər dövriyyəsinin reallaşdırılmasını və imzalanmasını təşkil etməlidir.
 Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil etməlidir.
 Tabeçiliyində olan işçilərin şirkətin strukturu və idarəetmə prinsiplərinə, subordinasiya və etika qaydalarına riayət etmələrini təmin etməlidir.
 Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və mülkü-müdafiə qaydalarına riayət olunmasını təmin etməlidir.
 Fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, kommunikabellilik nümayiş etdirməli, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmalıdır.

Bax: 1000 manat məvaciblə Mühasib axtarılır

Tələblər:

 Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibini;
 Şirkətin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
 Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
 Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
 Debitor və kreditorlarla hesablaşma qaydalarını; mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
 Yoxlanış və sənədli təftişin qaydalarını;
 İqtisadiyyatın əsaslarını;
 Əsas vəsaitlər,materiallar, maddi qiymətlilərin uçotunun aparılması;
 Anbar hərəkətinə nəzarət, anbar hesabatlarının hazırlanması;
 Aktivlər üzrə inventarizasiyanın həyata keçirilməsi;
 Əsas vəsatlər üzrə amortizasiyanın hesablanması;
 Vergi (BTP proqramı), DSMF, B1, B3, Statistika və digər hesabatların hazırlanması, təqdim olunması;
 İllik balans hesabatı üçün Aktivlər üzrə hesabatın hazırlanması
 1C 8.3 proqramında şirkətin fəaliyyətinə uyğun məlumatların təşkili və idarə olunması;
 Mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;

Bax: 800 manat məvaciblə Mühasib tələb olunur

İxtisas tələbləri: mühasibat uçotu üzrə ali ixtisas təhsili və maliyyə-mühasibat işi üzrə 5 ildən az olmayaraq iş stajı.

Tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Baş Mühasib” qeyd edərək CV-ni  elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Publik hüquqi şəxslərə mənfəət vergisi ilə bağlı güzəşt müddətli şəkildə tətbiq olunmalıdır

posted in: Vergi, Xəbər | 0

mənfəət vergisi ilə bağlı güzəşt “Hesablama Palatası tərəfindən həyata keçirilən nəzarət tədbirlərinin, o cümlədən analitik fəaliyyətin nəticələrinə əsaslanaraq növbəti il üçün nəzərdə tutulan büdcə-vergi siyasətinin hədəflərini büdcə-vergi sisteminin təkmilləşdirilməsinə, eləcə də vergi orqanlarının və vergi ödəyicilərinin fəaliyyətinə əsasən müsbət töhfə verəcəyini qeyd etməklə yanaşı, bəzi məqamların səmərə verəcəyinə optimist yanaşmırıq”.

Bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Bax: Vergi azadolmalarının yüksək rentabelli sahələrdə tədricən aradan qaldırılması zərurəti yaranıb

Rəydə qeyd olunub ki, müvafiq qanunvericilik aktlarına əsasən, dövlət qeydiyyatı kommersiya qurumlarına bərabər tutularaq müvafiq reyestrə daxil edilən publik hüquqi şəxslər – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

“Maddi-texniki bazanın formalaşdırılması məqsədilə yeni yaradılan publik hüquqi şəxslərə fəaliyyətin ilk illərində dövlət büdcəsinin vəsaitləri hesabına maliyyə dəstəyinin verilməsi əsasən təbii proses kimi qəbul edilsə də uzunmüddətli perspektivdə belə yanaşma təbii hesab edilməməlidir. Yəni, publik hüquqi şəxslərin uzun müddət ərzində (misal üçün, 5 ildən artıq müddətdə) dövlət büdcəsindən əvəzsiz əsaslarla ayrılan vəsaitlərdən asılılıqlarının aradan qaldırılmaması (tam və ya əsas etibarı ilə), həmin qurumların büdcə təşkilatı deyil, məhz kommersiya qurumlarına bərabər tutulan publik hüquqi şəxs statusu altında fəaliyyətinin davam etdirilməsinə yenidən baxılması zərurətini yaradacaq. 2019-cu il üçün 19 publik hüquqi şəxs üzrə 405,4 mln. manat məbləğində vəsait nəzərdə tutulub.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

Göstərilənləri nəzərə alaraq, Vergi Məcəlləsində publik hüquqi şəxslərin gəlirlərinin mənfəət vergisindən müddətsiz olaraq azad olunmasını nəzərdə tutan müddəaların məhdudlaşdırılması və həmin güzəştin müddətli şəkildə tətbiq olunması daha məqsədəmüvafiq hesab edilir. Gəlirlərin müddətsiz olaraq vergidən azad olunması şəraitində publik hüquqi şəxslər tərəfindən yalnız gəlirlərin əldə olunması ilə bağlı xərclərin gəlirdən çıxılmasına yol verilməsi kimi məhdudiyyətlərə əməl olunmayacağını da əvvəlcədən ehtimal etmək olar ki, bu da maliyyə, mühasibat və vergi uçotunun (xəzinə nəzarəti ilə əhatə olunmayan hesablaşma hesabları vasitəsilə aparılan əməliyyatlar üzrə də) kommersiya qurumunda olduğu kimi deyil, büdcə təşkilatında olduğu kimi aparılması ilə nəticələnəcək”, – deyə rəydə vurğulanıb.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Vergi azadolmalarının yüksək rentabelli sahələrdə tədricən aradan qaldırılması zərurəti yaranıb

posted in: Xəbər | 0

Vergi azadolmalarıVergi azadolmalarının yüksək rentabelli sahələrdə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) tədricən aradan qaldırılması zərurəti yaranıb.

“Report” bu barədə Hesablama Palatasının gələn il dövlət büdcə layihəsinə rəyinə istinadən xəbər verir.

Rəydə qeyd edilib ki, qeyri-neft ÜDM-in strukturunda təxminən 6%-lik xüsusi çəkiyə malik kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən istehsalçıların vergi güzəştlərinin 2019-cu il üzrə müəyyən edilmiş büdcə-vergi siyasəti çərçivəsində daha 5 il müddətinə uzadılması nəzərdə tutulub.

Bax: 2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilib

“Məlum olduğu kimi, qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsi vasitəsilə əvəzsiz dövlət dəstəyi iki istiqamətdə həyata keçirilir. Birinci istiqamət kənd təsərrüfatı məhsullarının istehsalçılarının torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olunmasından ibarətdirsə, digər istiqamət həmin istehsalçıların kommersiya fəaliyyətinin subsidiyalaşdırılmasının nəzərdə tutulmasıdır. Artıq uzun müddətdir ki, hər-hansı məhdudiyyətlər tətbiq olunmadan eyni istehsalçı tərəfindən qeyd olunan hər iki subsidiya növündən istifadə etmə imkanları mövcuddur. Nəzərə alınmalıdır ki, ÜDM-in strukturunda kənd təsərrüfatı sahəsi üzrə istehsal edilmiş əlavə dəyərin həcmi 2017-ci ildə 3949,3 mln. manat təşkil etməklə, 2018-ci il üzrə gözlənilən, 2019-cu il üzrə isə təklif olunan göstəriciləri, müvafiq olaraq 4 246,1 mln. manata və 4 522,5 mln. manata bərabərdir. Eyni zamanda, müxtəlif istiqamətlər üzrə kənd təsərrüfatı istehsalçılarına dövlət büdcəsindən ayrılan subsidiyaların məbləği 2017-ci ilin nəticələrinə görə 190,1 mln. manat təşkil edib, 2018-ci ilin sonuna 378,4 mln. manat olacağı gözlənilir, 2019-cu il üçün isə, əvvəlki illərlə müqayisədə, müvafiq olaraq 232,9 mln. manat və ya 2,2 dəfə və 50,6 mln. manat və ya 13,3% artırılaraq 431,6 mln. manat məbləğində təsdiq olunması nəzərdə tutulub. Göründüyü kimi, dövlət büdcəsindən ayrılan subsidiyaların kənd təsərrüfatı sahəsində istehsal edilən əlavə dəyərə nisbəti artır (2017-ci il üzrə 4,8%, 2018- ci il üzrə 8,9% və 2019-cu il üzrə 9,5%). Məhsulların istehsalçılar tərəfindən təqdim olunması əməliyyatlarının vergilərdən azad olunmasını da nəzərə alsaq, kənd təsərrüfatı sahəsinin ümumi subsidiyalaşdırılma həcminin kifayət qədər yüksək olduğunu təsəvvür etmək çətin deyil. Halbuki, kənd təsərrüfatına dövlət dəstəyi mexanizmlərinin uzun müddət ərzində tətbiq olunması şəraitində bu sahədə rentabelliyi dayanıqlı olan fəaliyyət növlərinin və iri təsərrüfat subyektlərinin (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) mövcudluğu artıq təmin edilib və sayları artır”, – deyə rəydə vurğulanıb.

Bax: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Palatada hesab edirlər ki, göstərilənlər kənd təsərrüfatı sahəsində risklərin sığortalanması mexanizmlərinin təkmilləşdirilməsini, kənd təsərrüfatı istehsalçıları üzrə subsidiya məbləğlərinin fəaliyyətin maliyyə nəticələrindən asılı olaraq müəyyənləşdirilməsini, kənd təsərrüfatı sahəsinin rentabelli seqmentləri üzrə dövlət büdcəsi hesabına həyata keçirilən subsidiyalaşdırma mexanizmlərinin yığcamlaşdırılmasını və vergi azadolmalarının yüksək rentabelli sahələrdə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) tədricən aradan qaldırılması zərurətinin yaranmasını deməyə əsas verir: “Bu baxımdan, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik təsərrüfatlar (ailə təsərrüfatları və s.) istisna olmaqla iri təsərrüfat subyektlərinə (kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə istehsalı seqmentində) investisiyalarının faktiki həcmindən asılı olaraq iqtisadiyyatın digər sahələrindən fərqli daha aşağı vergi dərəcələrinin tətbiq olunmasına başlanılması məqsədəmüvafiq hesab edilir ki, inkişaf etmiş ölkələrin mütərəqqi təcrübələri də analoji yanaşmaların daha çox səmərə verdiyini göstərir”.

Bax: 6 xarici şirkət Azərbaycandan getdi

Qeyd edək ki, Azərbaycan Hesablama Palatası tərəfindən vergi orqanlarında aparılan nəzarət tədbirlərinin nəticələri kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan vergi ödəyiciləri üzrə hesabatlılığın (vergilərdən azad olunan gəlirlərinin bəyan olunmasının) təmin olunması üzərində inzibatçılığın zəif təşkil olunmasını göstərir: “Halbuki, kənd təsərrüfatı məhsullarının istehsalçılarının təqdimetmə prosesində vergi qanunvericiliyinin müvafiq müddəalarına əsasən vergilərdən azad olunması hesabatlılığın icbariliyini tənzimləyən digər müddəalarla müəyyən edilmiş vergi hesabatlarının işlənməməsinə heç bir halda əsas vermir. Göstərilən kənarlaşmaların geniş əhatə dairəsini və aradan qaldırılmasının zəruriliyini nəzərə alaraq vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azaldılmış gəlirin müvafiq faiz nisbətində vergi ödəyicisinə maliyyə sanksiyasının tətbiq edilməsi mexanizminin formalaşdırılması məqsədəuyğun hesab edilir. Eyni zamanda Rəydə artıq göstərildiyi kimi, 2019-cu il üzrə büdcə-vergi siyasətinin tərkib hissəsi olan vergi və gömrük güzəştlərinin dövlət büdcəsinə, sahibkarlıq fəaliyyətinə və əhalinin sosial müdafiəsinə təsiri baxımından səmərəliliyinin qiymətləndirilməsi mexanizminin hazırlanması çərçivəsində güzəşt və azadolmaların tədiyyə növləri səviyyəsində zəruri meyarlar üzrə “Büdcə zərfi”ndə də əks etdirilməsi məqsədəmüvafiq olardı”.

Mənbə: report.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.