İstehsalatda bədbəxt hadisələrdən icbari sığorta haqqında Qanunda kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

icbari sığorta“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 931-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə qərara alır:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 572; 2011, № 12, maddə 1089; 2013, № 11, maddə 1318; 2014, № 1, maddə 9, № 7, maddə 777; 2015, № 2, maddələr 74, 96, № 3, maddə 253; 2016, № 2, I kitab, maddə 184, № 3, maddə 416; 2017, № 7, maddə 1290) 7.1.2-ci maddəsində “təhqiqatında” sözü “araşdırılmasında” sözü ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il.

Mənbə: president.az

Bax: Şirkətin korporativ bank kartından ödəmələr xərcə silinə bilər?

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

800 manat məvaciblə Mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

MühasibVəzifə: Mühasib

İşəgötürən: “ME.GA.AN MMC”

  • Şəhər: Bakı
  • Yaş: 25 – 50 yaş
  • Təhsil Ali
  • İş təcrübəsi: 5 ildən artıq
  • Əlaqədar şəxs: Murad m

Bax: 1000 manat məvaciblə Mühasib axtarılır

İş barədə məlumat

– Mal material uçotunun aparılması
– Anbar hesabatının hazırlanması
– İstehsal hesabatının hazırlanması
– Kassa əməliyyatının işlənməsi
– Bank əməliyyatının işlənməsi
– Satış və debitor borc hesabatın hazırlanması
– Alış və kreditor borc hesabatının hazırlanması
– Vergi və mühasibat uçotunun aparılması
– Mühasibat sənədlərinin düzgün tərtib edilməsi
– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması
– Gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
– Əmək haqqının hesablanması
– Bütün növ hesabatların hazırlanması və aidiyyəti orqanlara Vergi Departamenti, DSMF və Statistika Şöbəsinə təqdim edilməsi
– 6 günlük iş qrafiki
– İş saatı: 09:00-dan 18:00-dək
– Əmək haqqı 600 AZN dən başlayır
– Mühasibin biliyinə və təcrübəsinə görə danışılacaq

Bax: Ticarət mərkəzinə Mühasib köməkçisi tələb olunur

Namizədə tələblər

– Xahiş edirik, az səriştəsi olan təcrübəsiz şəxslər narahat etməsinlər

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər naziri Portuqaliyada görüşlər keçirib

posted in: Vergi, Xəbər | 0

Vergilər naziriPortuqaliyanın Lissabon şəhərində keçirilən “Rəqəmsal İqtisadiyyat”a dair Vergi Sammiti çərçivəsində vergilər naziri Mikayıl Cabbarov Portuqaliyanın Vergi və Gömrük Administrasiyasının baş direktoru xanım Helena Borxes ilə görüşüb. Görüşdə iki qurum arasında əməkdaşlıq və gələcəkdə qarşılıqlı hüquqi-müqavilə bazasının daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Tərəflər ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanmasının vacibliyini vurğulayıblar.

Səfər çərçivəsində Azərbaycanın vergilər naziri İspaniyanın Vergi Agentliyinin baş direktoru Xesus Qaskon ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli formatlarda qarşılıqlı əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, xüsusilə Avropa İttifaqının Tvinninq yardım aləti vasitəsilə həyata keçirilən və İspaniya Krallığının aidiyyəti qurumlarının tərəfdaş olduğu layihələrin vergi sisteminin təkmilləşdirilməsi prosesinə verdiyi töhfələrin əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin, Azərbaycan və İspaniya arasında ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın hüquqi qüvvəyə minməsi, eləcə də Məlumat mübadiləsi və vergi borclarının alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı məsələləri müzakirə ediblər.

Vergilər naziri Mikayıl Cabbarov Sammit çərçivəsində Litva Respublikasının Maliyyə Nazirliyi nəzdində Dövlət Vergi Müfəttişliyinin rəhbəri xanım Edita Yanuşene və Ukraynanın Dövlət Fiskal Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Oleksandr Vlasov ilə də görüşüb. Hər iki görüşdə əməkdaşlığın mövcud vəziyyəti və inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Şirkətin korporativ bank kartından ödəmələr xərcə silinə bilər?

posted in: Xəbər | 0

bank kartından ödəmələrSual: Bizim şirkətin cari hesaba bağlı kartı vardır (korporativ kart). Biz marketdən ofisə lazım olan mal-material alırıq və ödənişi marketdə quraşdırılmış pos-terminala kart vasitəsilə edirik. Ödədiyimiz ödənişlər bank çıxarışında öz əksini tapır. Pos-terminal vasitəsilə ödədiyimiz ödənişə görə marketdən elektron qaimə ala bilmirik. Bilmək istəyirik ki, bizim kart vasitəsilə aldığımız mal-material bizim xərcimizə sayılırmı? Xatırladım ki, ödənişlərimiz bank çıxarışında öz əksini tapır. Ətraflı, detallı cavablandırmağınızı xahiş edirəm.

Bax: Təsisçi tərəfindən şirkətə borc verilərsə mütləq notarial qaydada təsdiqlənməlidir?

Cavab: Bildiririk ki, nəzarət-kassa aparatının çeki və ya qəbz (o cümlədən də pos-terminal qəbzi) malların alınması ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd hesab olunmur. Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin Vergi Məcəlləsi ilə təsbit olunmuş vəzifəsi olduğundan, təsərrüfat obyektindən malları aldığınız vergi ödəyicisi də bu tələbə riayət etməyə borcludur.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Mənbə: taxes.gov.az

Bax: Normadan artıq ezamiyyə xərci hansı hallarda işçi üçün vergi öhdəliyi yaradır?


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.