Nikah müqaviləsi bağlanmalıdırmı?

posted in: Xəbər | 1
Nikah müqaviləsiNikah müqaviləsi bağlanmalıdır mı? (bağlanırsa, hansı şərtlər olmalıdır və nə vaxt bağlana bilər)
Mövzuya keçməzdən əvvəl xatırladaq ki, nikah müqaviləsinikah şəhadətnaməsini heç də eyniləşdirmək düzgün deyildir. Belə ki, nikaha daxil olma həyata keçirildiyi təqdirdə nikah şəhadətnaməsi təqdim edilir. Nikah müqaviləsi isə ər-arvad arasında yaranan və nikahla bağlı bütün münasibətləri tənzimləyən sazişdir.
Qanunvericiliyə əsasən nikah müqaviləsi dedikdə nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş başa düşülür.
Ailə Məcəlləsinə görə ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Həmin müqavilədə həmçinin ər-arvadın əmlakının qanuni rejimi də qeyd edilə bilər. Daha dəqiq desək həmin müqavilədə nikah dövründə əldə olunacaq əmlakın hansı qaydada mülkiyyətə keçəcəyi, kimin istifadəsində olacağı və s şərtlər öz əksini tapacaqdır.
Onu da xatırladaq ki, nikah müqaviləsi nikah şəhadətnaməsindən fərqli olaraq nikahın dövlət qeydiyyatından əvvəl və ya sonra bağlana bilər.
Həmçinin bax: Müraciətə nə vaxt baxılmalıdır??? (1-ci hissə)
Müqavilə hansı qaydada bağlanmalıdır?
Qanunvericiliyə görə nikah müqaviləsi yazılı qaydada bağlandığı və notarial təsdiqləndiyi təqdirdə qüvvəyə minir. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin nikaha xitam verildiyi təqdirdə müqaviləyə də xitam verilmiş hesab edilir.
Nikah müqaviləsində hansı şərtlər olmalıdır?
Nikah müqaviləsində məqsədəuyğundur ki, nikah dövründə və nikaha qədər əldə olunmuş əmlakın statusu, nikaha xitam verildiyi təqdirdə əmlakın bölüşdürülməsi qaydası, uşaqların statusu, nikaha xitam verildikdən sonra uşaqların harada qalması, təminatı, alimentin məbləği, saxlanma xərcləri və digər şərtlər qeyd edilə bilər. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, son 10 ilin rəsmi statistikasına diqqət yetirdikdə nikahların sayının azalmasını, boşanmaların sayının isə artmasını görə bilərik.
Belə ki, 2007-ci ildə 81758 nikah qeydə alınmış olsa da, 2016-cı il üçün bu rəqəm 66771 nikah olaraq qeydə alınmışdır.
Bununla yanaşı 2007-ci ildə 8340 boşanma halı müəyyən edilsə də, 2016-cı il üçün bu rəqəm 13114 boşanma halı olaraq qeydə alınıb.
Boşanmaların artması məhkəmə mübahisələrinin yaranmasına, aliment və əmlak bölgüsü kimi mübahisələrin çoxalmasına, uşaqların müəyyən məhrumiyyətlərlə qarşılaşmasına və bir sıra çətinliklərə səbəb olur ki, nikah müqaviləsi də bu çətinliklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Həmçinin bax: Əmək məzuniyyəti barədə bilmədiklərimiz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

İstehsal müəssisəsi mühasib köməkçisi axtarır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

mühasib köməkçisiVakansiya : Mühasib köməkçisi

Şirkətin adı: Fəxrəddin-K MMC

İş yeri (şəhər): Xırdalan şəhəri
Əmək haqqı: Razılaşma yolu ilə
Son tarix : 2018-11-25
Telefon +99412 342 6700
E-poçt: mail@fbrick.com / 

Bax: 1000 manat məvaciblə İnsan resursları üzrə menecer axtarılır

Şirkət barədə məlumat  : İstehsal müəssisəsi (kərpic zavod)

İş barədə məlumat

– Aylıq istehsalat və satış hesabatlarının hazırlanması

– Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların hazırlanması
– Nağd pulun hərəkəti haqqında hesabatların hazırlanması
– Elektron Vergi Hesab Fakturalarının hazırlanması və Elektron Qaimələrin yazılması
– Aylıq daxili maliyyə hesabatların hazırlanması
– İş qrafiki: 6 gün, saat 09:00-dan 18:00-dək
– İstirahət günü: Bazar günü

Bax: 3000 manat məvaciblə Maliyyə Meneceri tələb olunur

Tələblər

– 22-30 yaş arası
– Ali təhsil
– Mühasibatlıqda iş təcrübəsi
– Mühasibat uçotu, Vergi qanunvericiliyi,Əmək qanunvericiliyi,
– Microsoft office proqramları üzrə dərin biliklər
– Elektron hökümət portalı, İnternet Vergi İdarəsi, onlayn kargüzarlıqda işləmə bacarığı olmalı

Mənbə: jobsearch.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

1000 manat məvaciblə İnsan resursları üzrə menecer axtarılır

posted in: İş elanı, Xəbər | 0

Vəzifə: İnsan resursları üzrə menecerİnsan resursları üzrə menecer

İşəgötürən: Beynəlxalq şirkət

Əmək haqqı: 800-1000 AZN (NET)

Vəzifə təlimatları:

• AR Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, əmək kitabçalarının müvafiq qaydada doldurulması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;

Bax: 3000 manat məvaciblə Maliyyə Meneceri tələb olunur

• İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
• İş vaxtının rejiminə riayyət etmək üçün gündəlik davamiyyətin qeydiyyatının aparılması; aylıq tabelin hazırlanması, tabelin maliyyə şöbəsinə təqdim edilməsi;
• Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların müxtəlif informasiya resurslarında yerləşdirilməsi və uyğun namizələrin seçilməsi;
• İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
• Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
• İşçi heyətinin motivasiyası üçün materialların hazırlanması;
• İşçilərin təlim ehtiyyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması, təlim təchizatçılarının seçilməsi, təlimlərin qiymətləndirilməsi və hesabatların hazırlanması, təlimlərin sənədləşdirilməsi;
• İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
• Korporativ mədəniyyətin formalaşdırlması və təkmilləşdirilməsi məqsədilə müxtəlif növ layihələr, təlimlər və proqramların hazırlanması və tətbiq edilməsi.

Bax: 1500 manat məvaciblə Auditor tələb olunur

Tələblər

• Hüquq və ya insan resursları üzrə ali təhsil (Magistr təhsili arzuolunandır);
• İnsan resurslarının idarə edilməsi sahəsində minimum 5 il təcrübə;
• Yaş həddi (35-45 yaş)

Bax: 1500 manat məvaciblə Auditor tələb olunur

Nəzəri biliklər:

– Əmək qanunvericliyi və hüquqi normativ aktlar;
– AR Əmək məcəlləsi;
– İnsan resurslarının idarə olunması, funksiyaları, prosedurları haqqında biliklər;
– Personalın qiymətləndirmə sistemi və metodları;
– Kadr uçotu, lazımi hesabatların hazırlanma qaydası;
– Sosiologiya, psixologiya və əməyin təşkilinin əsasını bilməli;
– Əməyin mühafizəsi qayda və normaları.
• Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmalı;
• Komputerdə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook, 1C proqramı);
• Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
• Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini mövzu yerində (subject) “ İnsan resursları üzrə menecer” qeyd edərək  ünvanına göndərə bilərlər.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

“İdarəetmə uçotu” üzrə təlimlər təşkil edilir

posted in: Audit, Xəbər | 0

İdarəetmə uçotuAzərbaycan Respublikasının Auditorlar Palatası “İdarəetmə uçotu” üzrə təlimlər təşkil edir

Azərbaycan Respublikasının Auditorlar Palatası rəhbər işçilər, fərdi sahibkarlar,  mühasibatlıq və maliyyə mütəxəssisləri üçün faydalı olacaq “İdarəetmə uçotu” təlimlərinə başlamışdır. “İdarəetmə uçotu” təliminin keçirilməsində əsas məqsəd müəssisələrdə fəaliyyətin planlaşdırması və ona nəzarət edilməsi üçün lazım olan mühasibatlıq üsulları barədə bilikləri mütəxəssislərə ötürməkdir. Təlimlər ACCA-nın üzvü, “Davud Mamedov” MMC-nin direktor-auditoru Davud Məmmədov tərəfindən tədris ediləcəkdir.

Təlimin proqramı aşağıdakı kimidir:

– İdarəetmə məlumatların mahiyyəti, mənbələri və məqsədi;

– İdarəetəmə uçotunun üsulları;

– Büdcələmə;

– Standart maya dəyəri;

– Nəticələrin qiymətləndirilməsi.

Sizin 13-29 noyabr 2018-ci il tarixlərində saat 1600 – 1800-da Auditorlar Palatası tərəfindən təşkil ediləcək “İdarəetmə uçotu” üzrə xüsusiləşdirilmiş təlimdə iştirakınızdan məmnun olardıq. Təlimin proqramı ilə keçiddən tanış ola bilərsiniz.

Bax: “Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

Təlim və bütün materiallar Azərbaycan dilində təqdim olunur. Təlimin standart müddəti 12 saatdır. Həftə ərzində 2 gün (II və IV günlər) olmaqla ödənişli əsaslarla keçiriləcəkdir. Təlimlərdə iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:

– Kurslarda iştirak etmək üçün müəyyən olunmuş formada yazılmış ərizə;

– Şəxsiyyət vəsiqəsinin surəti.

Əlaqələndirici şəxs: Kadr hazırlığı və ictimaiyyətlə əlaqə şöbəsinin müdir müavini    Aytən Seyidəliyeva ().

Ünvan: S.Y. Bakuvi küç., 35; əlaqə telefonları: (012) 564-80-62; 055-866-44-29.

Qeydiyyat üçün son tarix: 2018-ci il 08 noyabr.

Mənbə: audit.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün bu linkə daxil olun.