Nikah müqaviləsi bağlanmalıdırmı?

posted in: Xəbər | 1
Nikah müqaviləsiNikah müqaviləsi bağlanmalıdır mı? (bağlanırsa, hansı şərtlər olmalıdır və nə vaxt bağlana bilər)
Mövzuya keçməzdən əvvəl xatırladaq ki, nikah müqaviləsinikah şəhadətnaməsini heç də eyniləşdirmək düzgün deyildir. Belə ki, nikaha daxil olma həyata keçirildiyi təqdirdə nikah şəhadətnaməsi təqdim edilir. Nikah müqaviləsi isə ər-arvad arasında yaranan və nikahla bağlı bütün münasibətləri tənzimləyən sazişdir.
Qanunvericiliyə əsasən nikah müqaviləsi dedikdə nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən saziş başa düşülür.
Ailə Məcəlləsinə görə ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Həmin müqavilədə həmçinin ər-arvadın əmlakının qanuni rejimi də qeyd edilə bilər. Daha dəqiq desək həmin müqavilədə nikah dövründə əldə olunacaq əmlakın hansı qaydada mülkiyyətə keçəcəyi, kimin istifadəsində olacağı və s şərtlər öz əksini tapacaqdır.
Onu da xatırladaq ki, nikah müqaviləsi nikah şəhadətnaməsindən fərqli olaraq nikahın dövlət qeydiyyatından əvvəl və ya sonra bağlana bilər.
Həmçinin bax: Müraciətə nə vaxt baxılmalıdır??? (1-ci hissə)
Müqavilə hansı qaydada bağlanmalıdır?
Qanunvericiliyə görə nikah müqaviləsi yazılı qaydada bağlandığı və notarial təsdiqləndiyi təqdirdə qüvvəyə minir. Həmin müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin nikaha xitam verildiyi təqdirdə müqaviləyə də xitam verilmiş hesab edilir.
Nikah müqaviləsində hansı şərtlər olmalıdır?
Nikah müqaviləsində məqsədəuyğundur ki, nikah dövründə və nikaha qədər əldə olunmuş əmlakın statusu, nikaha xitam verildiyi təqdirdə əmlakın bölüşdürülməsi qaydası, uşaqların statusu, nikaha xitam verildikdən sonra uşaqların harada qalması, təminatı, alimentin məbləği, saxlanma xərcləri və digər şərtlər qeyd edilə bilər. Ümumiyyətlə nəzərə almaq lazımdır ki, son 10 ilin rəsmi statistikasına diqqət yetirdikdə nikahların sayının azalmasını, boşanmaların sayının isə artmasını görə bilərik.
Belə ki, 2007-ci ildə 81758 nikah qeydə alınmış olsa da, 2016-cı il üçün bu rəqəm 66771 nikah olaraq qeydə alınmışdır.
Bununla yanaşı 2007-ci ildə 8340 boşanma halı müəyyən edilsə də, 2016-cı il üçün bu rəqəm 13114 boşanma halı olaraq qeydə alınıb.
Boşanmaların artması məhkəmə mübahisələrinin yaranmasına, aliment və əmlak bölgüsü kimi mübahisələrin çoxalmasına, uşaqların müəyyən məhrumiyyətlərlə qarşılaşmasına və bir sıra çətinliklərə səbəb olur ki, nikah müqaviləsi də bu çətinliklərin aradan qaldırılması üçün mühüm əhəmiyyət kəsb edir.

Müəllif: Şəhriyar Həbilov /  Praktiki Hüquqşünas

Həmçinin bax: Əmək məzuniyyəti barədə bilmədiklərimiz

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email

  1. Sərdar Quliyev
    | Reply

    Bu gün bu şəhadəti kim oxuyursa mənimlə və ailəmlə birlikdə qeyd etməlidir, çünki hamısı bəzi insanlar üçün zarafat kimi başladı, bəziləri isə bunun qeyri-mümkün olduğunu söylədi. Adım Sərdar Quliyev və mən Bakıdan, Azərbaycandanam, amma həyat yoldaşımla ABŞ-ın Çikaqo şəhərinə köçürəm. Mən iki uşaq və sevimli bir həyat yoldaşı ilə xoşbəxtəm. İşimi itirdiyim zaman və həyat yoldaşım özümə və ailənin ehtiyaclarına yaxşı baxa bilmədiyim üçün evimdən çıxanda ailəmə dəhşətli bir şey gəldi. həmin anda onun və övladlarımın. Doqquz ildir bacardım, uşaqlara yaxşı qayğı göstərmək üçün mənə dəstək ola bilmədim. mən həyat yoldaşıma bir test mesajı göndərməyə çalışıram, amma onunla danışmağımı əngəlləyirəm, rəfiqəsi və ailə üzvləri ilə danışmağa çalışıram, amma yenə də birinin mənə kömək edə biləcəyini bilirəm və sonradan bu qədər şirkətə müraciət etdim, amma yenə də etdilər Məni axtarmayın, həyatımda heç vaxt unutmayacağım bir sadiq bir gün gəlməyincə. Bütün çətinliklərimi izah etdiyim köhnə bir dostumla tanış olduğum zaman mənə yaxşı bir iş tapmağına kömək edən böyük bir insan haqqında danışdı. coca cola şirkəti və o mənə bir sehr kaster olduğunu, amma heç vaxt sehr yazmayacağına inanmayan bir insan olduğumu söylədi və ona bir cəhd verməyə qərar verdim və Drigbinovia mənə göstəriş verdi və bu yeddi günlük naharda nə etməli olduğumu göstərdi. Mən bütün təlimatları izləyirəm və onun xahiş etdiyini edirəm .Digbinovia hər şeyin yaxşı getdiyini və Drigbonovia’ın gözəl işindən sonra həyat yoldaşımın məni yenidən görəcəyinə əmin olun. Həyat yoldaşım mənə naməlum bir nömrə ilə zəng edib üzr istədi və dedi ki, həqiqətən məni və uşaqlarımızı və həyat yoldaşım üçün darıxmışam. Evdən qayıtdıqdan sonra iki gün sonra təşəkkür məktubu göndərdiyim bir şirkət çağırdı, indi menecerəm ABŞ-da paragon şirkəti. Hər hansı bir probleminiz varsa, bu e-poçta bir mesaj göndərin: həkimigbinovia93@gmail.com və ya WhatsApp-ı +2348144480786 nömrəsinə göndərin və ya da viberlə +2348144480786 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz və ən yaxşı nəticə əldə edəcəksiniz. Şübhəsiz şeyləri götür və o səndən alınacaq. Sizə ən yaxşısını arzulayıram …….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *